Yazmaq boşalmaqdır, ona
görə yazmaq ən güclü seksdir.
Yaşlanacaqsan, saçların ağaracaq, üzündə
qırışlar çoxalacaq ama əsla bu vərdiş səndə zəifləməyəcək, yaşadıqca daha da
qüvvətlənəcək.
Sənə qoruyucu lazım olmayacaq... Yazmaq çox
təhlükəsiz.
Bəzən də olmayan kimi təhlükəli.
Amma yazmaq yaşadır, əsla öldürmür.
Yazacaqsan, yaşayacaqsan. Boyununu vursalar, dərini soysalar, bədənini
şaqqalasalar... Yenə yazaraq yaşayacaqsan.
Yazmaq cismani var oluşdan, ruhani, mənəvi
varoluşa gedən yoldur.
Yazmaq danışmaqdan daha effektlidir. Sözünü
kəsməzlər.
Bəzən deyə bilmədiyin sözləri yazaraq ifadə
edərsən.
Qələm dildən güclüdür.
Mövcud olmaq üçün nəfəs almalısan, yaşamaq
üçün isə əlinə qələm almalısan...!
Yazmaq ən güclü seksdir, təhlükəsiz,
qoruyucusuz...