Bu
gün göylərdə qarğalar uçacaq
tənhalığın
başqa adı;
oturub
o qarğaları bir-bir saymaqdır.
Gecə
on ikidə qonşu binanın
ən
yuxarı mərtbəsindəki evin işığı sönəcək
səhər
yeddidə yanacaq.
Tənhalığın
başqa adı;
hər
gün o pəncərədəki işığın yanıb-sönməsini gözləməkdir.
Tənhalığın
başqa adı;
o
tavandakı çatları,
kranın
damcılarını,
kəfkirin
çıkkıltısını saymaqdır...
Əlini
yalamayacaq pişiklər
səni
islatmayacaq yağış
pəncərənə
qonmayacaq daha quşlar...
Tənhalığın
başqa adı;
son
avtobusu heç vaxt tutuzdura bilməməkdir.
Tənhalığın
başqa adı;
tənhalığın
adı yoxdur.