Bəlkə
də ana bətnində yox,
Gözlərində
doğuldum.
Bir
gün anlayanda...
Anlayanda
ki varlığında yoxam,
Yoxluğunda
var olmaq istədim.
Bacarmadım.
Bağışla.
Bağışla.
Gözlərimi
yumdum və getdim.
Uçuruma
doğru.
Bilərək.
Sənin
uçurumundan enmək belə gözəldir.
Mən
ana bətnində doğulmadığım kimi,
Torpağa
da gömülmədim.
Elə
sənin gözlərində öldüm mən.
Комментариев нет:
Отправить комментарий