Saatın
çıkkıltısı,
Tüstüləyən
siqaret.
Boş
içki şüşələri,
Əriyib
axan şam.
Mən...
Və
sənsiz otaq.
Bəlkə
bir ümid?!
Pəncərəmdə
işıq...
Çöldəki
fənər.
Xam
xəyallar.
Mən...
Və
sənsiz otaq.
Divarlar
qışqırar.
Tavan
yerə,
Döşəmə
göyə sıxılar.
Təqvim
vərəqləri ilə
Zibil
vedrəsi də,
Dolar,
daşar...
Qəflətən
ləkəli güzgüdəki,
Saç-saqqallı
zombi.
Mən...
Və
sənsiz otaq.
Qırılmış
şüşələr.
Cırılmış
vərəqlər.
Rəflər
də tozlu.
Güllər
də solğun.
Qəfil
qapı zəngi.
Gözlük...
Yenə
kimsə yox.
Mən...
Və
sənsiz otaq.
Günlər
də keçər.
Fəsillər
dəyişər.
Ama
hər gün payız.
Hər
gün xəzan.
Çürüyən
yarpaq.
Kök
atmış mən.
Tənha
otaqda.
Kirli
yataqda.
Yenə
sərxoş,
Yenə
sərsəmələr.
Mən...
Və
sənsiz otaq.
Bitib
təqvim vərəqləri.
İtib
saatın əqrəbləri.
Yanmır
daha çöldəki fənər.
Çalmır
daha qapının zəngi.
Susub
telefon aylardır.
Radioda
qəribə səslər.
Divarda
qorxunc kölgələr.
Hərlənir
lüstur.
Bağırır
piano.
Çalır
masa.
Rəqs
edir stullar.
Dəli
bir paranoya.
Yenə
soyuq tər.
Titrəyən
əllər.
Qurumuş
dodaqlar.
Şəklənmiş
qulaqlar.
Güllə
səsi...
Pəncərədən
uçan quşlar.
Damcılayan
qan...
Sükut.
Sənsiz...
Və
mənsiz otaq!