Gəl
dur yerimdə
bax
burda,
bu
uçurumun kənarında.
Görüm
bacarırsan?!
Nə
yüksək dozada alkoqol,
nə də
rəngli həblər
yoxluğunu
unutdurar.
Bu
şəhər sanki,
sənin
posterlərinlə bəzədilmiş
dörd
divar.
Gəl
döz öz yoxluğuna,
gəl
çək öz həsrətini mənim yerimə...
Görüm
bacarırsan?