Yüz əlli bal
söhbəti sosial
şəbəkələrdə (qeyri) ciddi rezonans doğurdu. Bizdə baş verən hər bir hadisəyə
olduğu kimi bunu da qeyri ciddi , ironik yanaşma oldu.
Valehəm
əslində. Hər nəmənə olsa bir qulp qoyub gülmək istedadımız var bizim.
Əslində
bu faciədir. Can verməkdə, xırıldamaqda olan təhsilimizin faciəsi. Əgərki bu
olay normal cəmiyyəti olan, sivil bir ölkədə baş versəydi toplum buna, bizim
kimi məsxərəyə çevirmək əvəzin.etiraz edərdi.
Bir-iki
kəlmə mövzu haqqında. Yüz əlli bal. Pakizə. Bu daha çox abituriyentin tələbə
olmaq imkanı əldə etməsi deyil. Öncə yüz tələbə 250 balla ali məktəbə daxil
olurdusa indi eyni sayda tələbə 150 balla daxil olacaq.
Bu
ilbəil ali məktəblərə daxil olan abituriyent kütləsinin savadsızlaşması
deməkdir. Elementar riyaziyyatdan qəbul imtahanında on dənə düzgün cavab cavab
yaza bilməyən abituriyent, ali riyaziyyatı, matriksləri, ehtimal nəzəriyyəsini
necə qavrayacaq?!
Kimdir
müqəssir? Abituriyent? Yox. Çünki o ilboyu məktəbin qapısını belə açmayıb. Yolu
belə yadından çıxıb. Xoş, beş, onbeş –təpik döyüb hazırlıqlara.
Rüşvəti
verəndə yox, alandadır suç.
Başqa
rakursdan yanaşaq. Məktəbdə tədris olunan fənnlər, metodika, dərsin keyfiyyəti
abituriyentə TQDK imtahanlarından uğurla keçməyə icazə vermir.
Valideyn
faktoru. Heç bir valideyn övladının pisliyini istəməz təbii. Övladını məktəbə
göndərən, onu müəllim vicdan(sizlıq)ının ixtiyarına buraxan valideyn sonda
məcbur olur ki, uşağını repititor yanına göndərsin.
Bəlkə
TQDK-dadır günah? Düşünmürəm. Həmişə demişəm; Azərbaycanda nisbətən düzgün
işləyən tək-tük qurumlardan biri TQDK-dır.
Kimdədir
bəs günah? Nəyə görə 11 il məktəbə təpik döyən şagird sonda yüz əlli bal yığa
bilmir?! Məncə bu sualların cavabını Təhsil Nazirliyi düşünməlidir.
Bu
bir xalqın faciəsidir.
Nəzərə
alaq ki, dörd ildən sonra bu yüz əlli ballı tələbələr ixtisaslaşdırılmış kadr
olmalıdırlar. Bu gedişlə bir neçə il sonra bizdə güclü kadr çatışmamazlığı
olacaq. Onsuz indidən heç kim öz ixtisasında işləmir.
Təhsili
olmayan xalq məhvə məhkumdur. Qısası uzatmayaq, bu söhbətlərin kökü kök atmış
bir yerə gedib çıxır.
Комментариев нет:
Отправить комментарий