Bir neçə ön
söz:
Azərbaycan gömrüyündən çıxar
çıxmaz fərq hiss olunmağa başladı. Azərbaycan tərəfinin gömrüyündən fərqli
olaraq İran gömrüyü xarabalığa bənzəyirdi. İnsan faktorundan danışsaq isə
Azərbaycan tərəfi bizi ədəb-ərkanla yola saldı və elə o tərəfə yeni ayaq
basmışdıq ki, köhnə butkanın içində iki hərbiçi bizi qarşıladı. Hara gedirsən,
niyə gedirsən zad...
Nəysə,
düzəldik yola, ulu Təbrizə sarı. O böyük, qədim Azərbaycan şəhərini görmək üçün
səbirsizlənirdim, çoxdankı arzum idi Təbriz.
Yolboyu
getdikcə Azərbaycan yollarına şükür etməyə başlamışdım.
Yol
uzunu rəngli boyalarla yazılmamış divarlara rast gəlmək çox çətindir. Farsca
nəsə yazıblar. Sonra bildim ki, bunlar sadəcə reklamlardır. İranda reklam
lövhəsinə rast gəlmək çox müşkül məslədir.
Sərhəddən
düz Təbrizə qədər nə bir işıqfor nə də bir işıq dirəyi var. Təbrizə çatmağa 5
dəqiqə qalmışa qədər qayaların arasındakı asfalt yol ilə hərəkət edirsən.
Təbrizin birdən açılan işıqlı panoraması, sürpriz olur.
Təbrizə
gircək mənzərə 180 dərəcə dəyişdi. İşıqlı, səliqəli yollar, restoran, fəst
fudlar hətta yol qırağı parklarda otluqlarda oturub dincələn cavanlar. Bakı
vaxtı ilə 21:15 idi. Açığı Bakıda hər addımbaşı bu cür mənzərə ilə qarşılaşa
bilməzsən. Bunlar hələ avtobusdan gördüklərim idi.
Şamdan
sonra yol yorğunu olsam da əsla yata bilməzdim, Təbrizdə hər dəqiqə qızıl idi.
Məni Təbrizin ən böyük parkına apardılar. Şah zamanında bu yerə Şahgölü
deyərdilər indi isə Elgölü adlanır. Parkın içində böyük göl və qayıqlar var.
Könülündən keçənlər sürə bilər. Saat gecəyarısı oldu, millət qaynaşır.
Atraksionlar tam gücü ilə işləyir. Bakı bulvarından da böyük əraziyə malik olan
bu parkda iynə atsan yerə düşməzdi. Skamyalar minimumdur, otluqlarda boş yer
tapmaq çətin məslədir. Qızlı-oğlanlı, cavanlı-qocalı hammı oturub əməlli piknik
edir, çadırlar saya gəlmirdi. Bu izdiham gecə saat ikiyə üçə qədər davam edir. Bir
anlıq özümü hardasa Qərbdə Avropada hiss etdim.
Görməmişdən
öncə Təbrizi, çarşabları kimi qaranlıq və qapalı yer təsəvvür edirdim. Ancaq
yaylıqları kimi rəngarəng və azad idi.
Mən
əməlli şokda idim. Adamlar rəsmən əylənməyi bacarırlar. Bakıda cəmiyyət arasında
psixoloji basqı qat-qat yüksəkdir. Bu hələ Təbrizdə keçirdiyim ilk saatlar idi.
Bunu
isə qeyd etməsəm olmaz. Təbrizin mərkəzi parkında, disk satışı dükanında,
Üzeyir Mehdizadə...Lap istəsən bu şəhərdən gedərəm, təki sən xoşbəxt olasan
yarim... Tam səsdə. No comment.
Səhər
oyandıq. Yedik-içdik çıxdıq. Bu səfər Təbrizin iri ticarət mərkəzlərinə və
dünyanın ən böyük qapalı bazarına. Ora getmək üçün Tərbiyəti küçəsindən
keçirsən, eynilə bizim Nizami küçəsinin oxşarı. Müasir insanlar, müasir
qiyafələr bir sözlə bura mənə çox doğma gəldi. Məhz bu üzdən örtülü bazarı
dolaşdıqdan sonra bir daha xahiş etdim ki, Tərbiyətidən keçək.
Bütün
bu müasirliklərə baxmayaraq Təbriz necəsə özündə bir sirrli, görünməyən
qədimilik saxlayıb. Bu Təbrizin paradoksu, sintezi idi.
Bir
neçə haşiyə:
Mənə
elə də fərq etməsə də, Təbrizə gedərkən öz qiyafəmə, tipimə görə gülüş hədəfinə
çeviriləcəyimi düşünürdüm. Hər şey fərqli oldu. Burada insanlar daha zövqlü və
stil ilə geyinirlər. Saç düzümü, saqqal falan... Qızlar da yaylıq, cins,
keta...
Təbrizdə
işıqforlar barmaqla sayılacaq qədərdir. Yollar elə salınıb ki, kəsişmələr çox
azdır.
Qadın
sürücüləri bizdəkindən çoxdur. Hələ qadın taksi sürücülərindən və qadın
polislərdən danışmıram. Heç kəs də xor baxmır, psixologiyaya oturuşub.
Küçədə,
bazarda, marketlərdə 7-dən 77-yə hammı azərbaycanca danışır. Bu insanlar
özlərinə türk, dillərinə türk dilili deyirlər!
Ölənə
qədər banan yedim. Kilosu cəmi 50 qəpikdir.
Hər
nəmənə yesələr düyü var demək olar. Düyüləri dadlıdır, bizim kimi yağlı-mağlı
hazırlamazlar.
Siqaretləri
çox keyfiyyətsizdir.
Unitaz
mənin üçün mühüm əhəmiyyətli strateji obyekt olduğundan bu mövzu yaralı yerim
oldu. O boyda şəhərdə unitaz yoxdur.
Bir
neçə model maşınları var. Kia, pejo, nissan, samand. Ancaq hammısını İran özü
istehsal edir.
Avtobuslar
üçün xüsusi yollar var və heç kim dayanacaqdan kənarda durmur və düşmür.
İranın
(Orta Asiyanın həmçinin) ən böyük universiteti Azərbaycan Universiteti adlanır.
Təbriz ətrafındadır.
Təbrizin
ən böyük prospektlərindən biri Azərbaycan prospektidir. (Azerbaijan Boluvard)
Təbrizdə
Səttərxan və Bağırxanın abidələri kifayət qədərdir, Şəhriyarın məzarı üstündəki
böyük abidənin ətrafında isə təmir işləri gedir.
Bakıda
infrastruktur yalnız bir nöqtədə qurulub. Təbrizin isə bu başından o başına
infrastruktur bərabər paylaşıb.
Sonda
isə bunu deyim, Təbrizdə məni ən çox heyrətə salan Təbriz qızları oldu. Sadəcə,
həddindən artıq çox gözəldirlər. Sağa, sola, hara baxırsan biri-birindən gözəl
qızları görürsən. Oradan qayıdandan Bakıda zombi kimi gəzirəm.
Yuxarıdakıları
lap çox sadalamaq olar. Əsası odur ki, mən Təbrizdə Azərbaycan gördüm. Təbriz
muzeyləri, Təbriz küçələri başdan ayağa Azərbaycan tarixidir. Təbriz nə qədər
modernləşsə də uşaqdan böyüyə adətinə, ənənəsinə, dilinə, kimliyinə sahib olan
bir şəhərdir. Təbriz, Bakının anasıdır. Azərbaycanı görmək istəyən, Təbrizə
getsin.
Комментариев нет:
Отправить комментарий