Səni gözləyirdim,
siqareti
bir-birinin ardına calayırdım
sən
gəlmək bilmirdin
getmək
bilmədiyin kimi.
sən
danışmırdın,
mən
susa bilmirdim.
Səni
gözləyiridim,
islanmış
cücələr kimi
gur
yağışın altında,
sən
gəlmək bilmirdin.
qanad
çalıb uça bilmədiyin,
dəryalara
baş vurub,
üzə
bilmədiyin kimi.
Səni gözləyirdim,
rəngim
də qaçmışdı,
ruhumdan
danışmıram heç,
özümdən
də danışmıram heç,
yüz
il olar unutmuşam özümü.
Sevgi
belə şeydi,
yolunu
gözləyə-gözləyə adam özünü də unudur,
sevgini
də unudur hətta.
mən
niyə durmuşdum axı bu küçədə?
səni
gözləyirdim yoxsa?
sən
gəlmək bilmirdin yoxsa?
sən
heç yoxuydun əslində,
heç vaxt
olmamışdın bəlkə də?
bilmirəm
niyə?
Amma səni gözləyirdim...
Комментариев нет:
Отправить комментарий