среда, 26 мая 2010 г.

Azərbaycan Avronun Viziyasında


Artıq bir neçə ildir ki, Avroviziya adlı yarışma Azərbaycanda maraqla izlənilir. Mən də bu yazımı məhz adiçəkilən müsabiqəyə həsr etmək qərarına gəldim.


Tarix boyu böyük güclər tabe kütləni idarə etmək üçün müxtəlif mexanizmlər işlədiblər. Bu tendensiya XXI əsrdə də davam edir. Hansısa qüvvələr azadlıq və demokratiya, hansısa qüvvələr dinlə, hansılarsa əyləncə və şou ilə. Avroviziya da bu qəbildəndir. Beləliklə, Avrovizya və Azərbaycan.

Günlərin bir günü eşidəndə ki, Azərbaycan Avrovziyaya qatılır avropalılara yazığım gəldi. Düşündüm ki, çalıb-oynamaqda birinci olan millətimiz Avropaya gün verib işıq verəsi deyil. Ancaq hər şey gözlədiyimi kimi olmadı...

Birinci il. Samir və Elnur cütlüyü, “Day After Day” parçası ilə. Avropada daha nələr deyilmədi bu cütlük haqda. Ədalət naminə qeyd etmək lazımdır ki, həqiqətən olduqca uğursuz partnyor seçimi olmuşdu. Musiqi parçalarının janrını opera rok adlandırırdılar ancaq mən əminəm ki, həmən adamalar opera rokun nə olduğunu bilmirlər. Mahnının mətni təbiidir ki, ingiliscə idi. Janrı bilinməyən (həftəbecər) o mahnının sözləri xeyir və şərin əbədi mübarizəsi ilə bağlı olub sonda xeyirin qalib gəlməsi haqqında idi. Ancaq onlar unutmamalıdırlar ki, şər hələ də qalibdir...!

İkinci il. Aysel və Araş cütlüyü, “Always” parçası ilə. Həmən il də, Araş ilə Avropanı fəth etmək istədik. Musiqi parçasının janrı bayağı pop, mətni yenə də ingiliscə (ayıb olar) idi hansıni ki, sadəcə mənasız söz çoxluğu adlandırmaq olardı. Nə isə, həmən mövsümü də belə yola verdik.

Üçüncü il. Səfurə Əlizadə, “Drip Drop” parçası ilə. Bu il, bizi məhz bu sima təmsil edəcək Avropanın viziyasında. Drip drop... Bu nə deməkdir? Bunun anlamı nədir? Bu Avropada Azərbaycan haqqında hər hansı bir fikir oyadacaqmı? Qız ağlayır, sevgilisi atıb, göz yaşları və.s. Bunu azərbaycanlıdan başqa bir də azərbaycanlı düşünə bilərdi. Bərəkallah!

Əgər biz ki bu Avroviziya deyilən nəsnəyə qatılmışıq, nəyə görə də ondan istifadə etməyək? Düşmənlərimiz kimi. Ermənistanın elə bir çıxışı yoxdur ki, həmən il nə isə milli (oğurlayıb özününküləşdirdiyi) bir şey olmasın. Ən azından ermənicə bir kəlmə də olsa mətnin məzmununda yer alır. Avrovizya təbliğat üçün olduqca gözəl platformadır. Bəs biz nə üçün o platformadan öz zəngin milli-mədəni irsimizi, tariximizi əks etdirməyək? Hər il külli miqdarda pullar töküb, Araşkimilərini gətirib, hoppanıb düşməkdənsə olmazmı ki, düşünək və əlimizdə olan fürsətdən bəhrələnək?

Biz Avropanın silahı ilə Avropanı fəth etmək istəyirik. Bayağı pop mahnıları ilə. Avropa üçün “Day After Day”, “Always”, “Drip Drop” maraqlı deyil. Onlar üçün qulaqlarının eşitmədiyi yeni bir səs, etnik mədəniyyət maraqlıdır. Onlara Samirlə Elnurun əl-ələ tutaraq şərə qalib gəlmələri yox, Alim Qasımovun zəngurələri maraqlıdır. Popun yaradıcılarını biz bayağı popla mat qoymaq istəyirik. Bu nə dərəcədə ağılabatandır? Üç il ərzində mən Azərbaycanın çıxışında milli bir çalar görmədim. Ona görə yox ki görmək istəmədim, ona görə ki, o yox idi.

Ermənistan. Bizdən bir il öncə qatılıb bu müsabiqəyə. Ötən il Ermənistan Avroviziyaya nə ilə çıxdı? Zurna, nağara, qafqaz ritmləri.... Hansı ki, həmən vaxt Araşla Aysel tullanıb düşürdülər. Bizim axı haramıza yaraşır hoppanıb düşmək? Mən demək istəmirəm ki, ağlayaq ancaq düşmən etnogenezimizə aid olanları özününküləşdirir, təbliğ edir, müdafiə edir. Biz nə edirik bəs? Biz “drip drop” edirik... Mənim bilgisayarımda isə Aysellə Araşın mənası, mənşəyi aydın olmayan mahnıları yox, qanımı qaynadan, əsl TÜRK ritmlərindən ibarət, Ermənistanın mahnısı yer aldı... Zəngin mədəniyyətə malik olmaqdan daha vacib mədəniyyətə sahib çıxmaqdır!

Avropanı heyran etmək üçün ingiliscə oxumaq gərək deyil! Avropanı heyran etmək üçün ucuz RnB ritmləri altında dingildəmək gərək deyil! Avropanı heyran etmək üçün Avropa kimi yarımçılpaq geyinmək gərək deyil! Bunlar Avropaya maraqlı deyil! Avropaya saz, zurna, nağara, muğamat maraqlıdır! Avropaya Azərbaycanın milli geyimləri maraqlıdır! Avropaya Azərbaycanın milli rəqsləri maraqlıdır! Avropaya görmədikləri bir şeyi göstərmək, heç zaman eçitmədiklərini eşitdirmək lazımdır! Bunun üçün isə uzağa getmək yox, milli-mədəni, tarixi irsimizə baş burmaq lazımdır! Bunun üçün biz özlüyümüzə dönməliyik!

Azərbaycanı Avropalaşdırmaq lazım deyil, Avropanı Azərbaycanlaşdırmaq lazımdır. Heç olmaya üç dəqiqəlik...

среда, 10 марта 2010 г.

Dollar Yağışı

Biri var idi, biri yox idi. Kiçik bir şəhər vardı, onun özünə görə əhalisi var idi. Bu insanlar varlı deyildilər. Səfil də deyildilər. Adi kasıb həyatlarını yaşayırdılar. Yox, burada da bütün kapitalist quruluşlu yerlərdəki kimi, iri sahibkarlar, biznesmenlər vardı. Sadəcə biz böyük əksəriyyətin yaşam səviyyəsini yalnız kasıblıq sözü ilə ifadə edə bilərik. Aylar, illər keçirdi... Ancaq adamların maddı durumları yaxşılaşmırdı, hər şey olduğu kimi qalırdı. Yerində saymaq, gündəlik tələbatları güclə ödəmək. Ancaq o kasıb adamlar bilmirdilər ki, günlərin bir günü taleh onların üzünə güləcək. Bəlkə də ağlayacaqdı, hər halda qarşıdan bütün şəhər əhalisini sevindirəcək olay gəlirdi.

O, bu gün həmişəki kimi işdən gəlib, yornuq-arnıq televizora baxır, kanalları çevirir, maraqlı nəsə axtarırdı. O, daxilən çox güclü, ədalətli, prinsipial, savadlı, tipcə praqmatist insan idi. Bütün şəhər əhalisi kimi o da normal (əgər belə demək olarsa) həyat tərzi sürürdü. Tələbəlikədn sonra bu şəhərə köçdü və yerli bankların birində çalışmağa başladı. O, heç zaman narazıçılıq eləməzdi, əksinə. Bundan başqa o, öz işində nöqsana yol vermirdi, eşitdiyimiz “çak-çuk” sözləri onun üçün təhqir sayıla bilərdi. Bu insan qeyri adi düzgünlüyə malik biri idi və bəzən buna görə də çox axmaq durumlara düşürdü. Məsələn, bir dəfə avtobusda bir nəfərin cibinə girən zaman cibgirlərə mane olmaq istəmiş, cibgirlər də onu avtobusadan düşürüb yaxşıca çırpışdırmışdılar.

Bu gün də o, işdən sonra, yorğun bədənini divana sərib xəbərlərə baxırdı, həmişəki kimi. Bəlkə də, heç zamankı kimi. Həmişə belə xəbər eşitmək mümkün deyil: “Hidrometereoloqların praqnozlarına görə üç gün sonra, günün ikinci yarısı, şəhərimizdə az müddətli lakin güclü anormal leysan müşahidə olunacaq. Anormaliyaya səbəb bu dəfə göydən yağış əvəzinə dollar əskinaslarının yağması olacaq. Bu aralar küçəyə çıxarkən özünüzlə zənbil götürməyi unutmayın. Gecəniz xeyir qalsın”. O, dondu. Do-do-do-dollar yağışı??? Gözlərini ovxalayıb:
- Yəqin çox yorğunam, yoğunluqdan səs hallüsinasiyaları olur.
Deyib, pultun qırmızı düyməsini basıb, yatmağa yollandı.

Səhəri gün həmişəki kimi, yuxudab durub əl-üzünü yuyub, əlinə keçəndən atışdırıb, çantasını götürüb evdən çıxdı. Qapını elə bağlayırdı ki, qonşusu, ağsaqqal Salam dayını gördü.
- Salam, Salam dayı.
- Salam a qonşu, nə var, nə yox? Xəbərin var?
- Nədən, Salam dayı?
- Nətər yanı nədən?! Eşitməmisənmi ayə, televiziya bar-bar bağırır, dollar yağışı! Bə torban hanı, a qonşu?
Özünü saxlaya bilməyib güldü.
- Salam dayı, vaxtım yoxdu. Siz televiziyaya çox aludə olmayın, millətin başını indi dollar yağışı ilə aldadırlar. Dedi və pilləkənləri iki-iki düşdü. Salam dayı onun arxasınca baxıb, başını yelləyib əli ilə “kül başıva” ümumilli işarəsini verdikdən sonra dedi:
- Ömür boyu əlində kitab ora-bura qaçır, səfeh ki, səfeh.
Daha sonra nə qədər az adam bilsə o qədər yaxşıdır fikiri gəldi ağılına və qoltuğunda torba, sevincək aşağı endi.

Kiçik şəhərin sakinləri. Onları doğurudan da heç yuxularında belə görə bilməyəcəkləri bir sürpriz gözləyirdi. Əslində bu həqiqət idi, hidrometereoloqların özləri də şokda idilər. Doğurudan da kiçik şəhərin sakinlırinin başına dollar yağışı yağacaqdı... Artıq şəhərdə hazırlıq işləri gedirdi. Adamlar daha ağıllı fəndlər fikirləşmək üçün baş sındırırdılar. Şəhərdə ara-sıra çaxnaşmalar olurdu. Məsələn, bina sakinlərinin bəziləri binanın damına çıxıb ora böyük tor atmışdılar. Buna digər sakinlər ciddi etirazlarını bildirirdilər. Bəziləri isə binaların ortasında böyük tor açmağı, daha sonra pulları bölüşdürməyi təklif edirdilər. Buna isə ədalətli bölgüyə inanmayanlar etiraz edirdilər. Beləliklə bu tip davalar gün ərzində şəhərin müxtəlif yerlərində baş verirdi. Bəzi adamlar kiçik şəhərin ən hündür nöqtəsi olan Para dağına üz tutmuşdular. Onlar paralarını hammıdan öncə Para dağında qarşılamağı planlaşdırmışdılar. Artıq Para dağında adamlar düşərgə salıb, yağışa qədər dollarları orada gözləməyi qərara almışdılar. Para dağına qalxmaq da asan başa gəlmirdi. İlk ora qalxanlar daha sonra arxalarınca “quyruqların” gəldiyini görüb, dağın ətəyində müdafiə qrupu yaratmışdılar. Lap hərbi hissələrdəki kimi. Adamlar nə qədər hündürdə olsalar pula o qədər yaxın olacaqlarını, daha çox toplayacaqlarını düşünürdülər. İlk gün xırda çaxnaşmaları çıxmaqla sakit keçdi. Şəhər əməli hazırlığa girişmişdi. Tək ondan başqa, ən axmağı. Bəlkə də, ən ağıllısı.

Həmin gün evə təsik gəldi. Evə girib televizoru yandırdı, kompüterini açıb internetə qoşuldu. Deyəsən iş yoldaşlarının da dollar yağışından danışması onda artıq buna şübhə yaratmışdı. Saat doqquz, xəbərlər efirdədir. Yarım saat ərzində kiçik şəhərin televiziya kanalı həmişəki kimi eldən obadan yox, veriliş boyu gözlənilən dollar yağışından xəbər verdi.
- Hidrometereoloqlar qeyri adi hava şəraitinin gözlənildiyini hələ də istisna etmirlər. Bu dəfə evdən çıxarkən özünüzlə çətir deyil, zənbil götürməyi unutmayın. Dollar yağışına iki gün qaldı!
Xəbərlərdən sonra kompüter arxasına keçidi və rəsmi mənbələrin bu xəbəri israrla təsdiqlədiqlərini eşitdikcə lap dəli olurdu.
- Ya bunlar dəli olublar, ya mən. Dollar yağışı... Gop da olsa maraqlıdır. Hmm, avantüristlər! Bu əsl avantüradır! Buarad başqa məqsəd nə ola bilər? Yox, bunu rəsmi instansiyalar deyir, hər hansı şokbaz internet saytı ya hoqqabaz astroloq yox. Bəlkə, həqiqətən yağdı? Yox, bu ola bilməz!
Suallara cavab tapa bilmədiyindən sinirləndi və yenə yatmağa yollandı.

Səhəri gün yenə oyanıb, əl-üzünü yuyub, əlinə keçəndən yeyib evdən çıxdı. Qapını kilitləyəndə qonşu, ağsaqqal Salam dayı həmişəki kimi onun arxasında durmuşdu.
- Salam, a qonşu.
- Salam, Salam dayı.
- Hara belə, a qonşu?
- Hara olacaq, Salam dayı, işə.
- Ay bala, nə iş bazarıdı?! Dollar yağacaqe göydən, dollar, yam-yaşıl dollarlar...
Salam dayı az qaldı ki, sevincindən ağlasın.
- Yaxşı Salam dayı, gecikirəm. Əlvida xalaya salam deyərsiiiz.
Pilləkənləri düşə düşə dedi. Salam dayı isə yenə cavan qonşusunun başına kül qoyduqdan sonra dərin nəfəs alıb, aşağı endi.

Balaca şəhər qaynaşırdı. Çayxanalar, kafelər ağzına qədər insanlarla dolu idi. Hammı gözlənilən olayı müzakirə edirdi. Şəhərdə hər kəs torba ilə gəzirdi. Çünki insanlar hidrometereoloqlara o qədər də inanmırdılar. Onlar hidrometereoloqların yalnışlıqlarını çox görmüşdülər deyə hər an yağışı gözləyirdilər. Küçələr adamlarla dolu idi. Bəzi binaların başlarında torlar görmək mümkün idi. Para dağında da adamlar yağışı gözləməkdə idilər. Bir çox adamlar gecələri küçələrdə, maşınlarda gecələyirdilər. Hammı sevincli idi... Hammı ümidli idi... Ümid edirdilər ki, bu bataqlıqdan nəhayət ki, qurtulacaqlar.

- Ən son aldığımız məlumatlara görə, dollar dolu buludlar hələ də şəhərimizə tərəf irəliləyirlər. Praqnozlara görə gözlənilidyi kimi sabah günün ikinci yarısı şəhərimizdə qısa müddətli, intensiv leysan, dollar yağışı gözləniləcək. Küçələrə çıxarkən özünüzlə zənbil götürməyi unutmayın. Dollar yağışına bir gün qaldı! Bizi izləyin.
Yarıyuxulu halda son xəbərləri izlədi, televizoru söndürdü, fikirli halda eyvana çıxdı. Küçəyə baxdı, gecə olmasına bamayaraq küçədə xeylaq adam vardı. Düşündü...
- Eh, dünya, dünya... Hələ bu insanların başına nələr gətirmirsən?! İnsanlar nəyə görə bu qədər pul hərisidirlər? Yoxsa onlar varlanacaqlarını düşünürlər? Bu ola bilər? Axı varlılıq, imkan müqayisəli şəkildə doğur, axı o nisbidir. Tutaq qapı qonşu Salam dayı ilə alt qonşu Manat, hər ikisi kasıbdılar. Sabah onlar lap milyon yığsalar, hansı varlı olacaq? Heç biri. Bəlkə hər ikisi? Yox, çünki o milyondan hammıda olacaq. Sadəcə onlar daha “milyonlu yoxsullar” olacaqlar. Sahibkarlar da avam deyillər. Onlar da adamaların milyonu olduğunu bildikədən sonra qiymətləri artırmayacaq qədər ağılsız deyillər. Çox güman ki, beş manatlıq mal ən azı beş yüz manata olacaq. Hmm, durum dəyişəsi deyil. Yaxşı, süd görəsən neçəyə olacaq? Yəqin ki, yüz-yüz əlli manata. Onda mən neyləyəcəm?
O, hər səhər süd içirdi deyə, süddən ötrü çox narahat oldu. Hələ ki, qoltuğuna zənbil vurub, pul yığmağı düşünmürdü. Elə bu an qapı qonşusu Salam dayı, qonşu eyvandan başını çıxarıb, onun eyvanına tərəf əyildi.
- Axşamın xeyir, a qonşu.
- Bisimillah! Qorxutduz, Salam dayı. (Fikirli idi)
Salam dayı hırıldayaraq.
- Ə, qorxma, adətən biz zibili olanlar hürkür. Qulaq as, a qonşu, bəri gəl. Bu xəbər çıxandan gözümə bir təhər dəyirsən. Olmaya nəsə bir zad fikirləşirsən? Ali təhsilli adamsan, mən kimi bisavad deyilsən, həm cavansan. Bura bax, sözüm onda deyil, bir planın varsa maa da de, yazıq adamlarıq. Əlvida xalan da xəstədi. Əl tutmaq Əlidən qalıb. O planını bizə də de, suvab qazanarsan. Həm mən səni oğlum sayıram, səndən başqa kimimiz var ki?!
Salam dayı, guya ki kövrəldi, yazıq sifət aldı və davam etdi:
- Hə qonşu, nə düşünmüsən hə? De, tez elə, skvaznyak belimi apardı, sətəlcəm olduq, di danış nə fikirləşmisən.
- Ay Salam dayı, nə düşünəcəm?! Məndən olsa heç pul yığmağa getməyin. Mən əminəm ki, kütləvi davalar olacaq.
Salam dayının sifəti çöndü. Görünür soyuq eyvanda durub bayaqdan qonşusunu dilə tumasından sonra qonşusunun bu cavabı onu narazı salaraq, qəzəbləndirdi.
- Ə, bura bax! Məni axmaq yerinə qoyufsan? Axmaq özünsən, beş də artıq! Fikirləşirsən ki, nə qədər az adam pul yığsa o qədər yaxşıdır? Ay hay! O başınçün! Yoxsa bir dırınqılet diplomun var deyə, bizi küt-əfəl sayırsan?
- Ayıb olur, Salam dayı.
- Ə, ayıb sənə olsune, nolsun diplomum yoxdu, min səni kimisin suya susuz aparıb, susuz gətirərəm.
- Qonşular eşidir, Salam dayı.
- Qoy eşitsinlər! Qoy bilsinlər ki, necə afirist qonşuları var. Yoxsa elə bilirsən bayaqdan öz-özünə danışdıqlarını, pulları saydıqlarını, özünə süd biznesi açmaq istədiyini eşitmirdim? Sən öləsən, polisə verərəm səni...

Günəş şən-şən parlayır, səma təmiz, quşlar oxuyur... Təbiət öz gözəlliyini insanlardan əsirgəmirdi, di gəl ki, bu aydın səmanın altında insanlar məkrli düşüncələrə dalmışdılar. Bu gün gözlənilən gün idi. Günün ikinci yarısı dollar yağışı yağacaqdı. Bu gün üzlərdə öncəki kimi sevinc yox idi. Həyəcan qorxuya, məkr hiyləyə, qəzəbli gözlər çatılmış qaşlara qarışmışdı. Küçələrdə sakitlik olsa da, hər kəs küçədə idi. Hammı eynəklərini taxıb, göyə baxırdı. Az qalıb... Lap az... Dollar yağışı...

Kütlə arasında hər kəsi tapmaq olardı, böyüklər tərəfindən təlimatlandırılmış uşaqlardan tutmuş Salam dayı, Əlvida xalayacan. Tək ondan başqa, evdə oturub sevdiyi filmlərə baxırdı. Yağış haqda olduqca az düşünmək istəyirdi ancaq gözü arada qapının ağzındakı zənbilə sataşırdı, dərhal gözünü çəkib sifətini turşudurdu. O çox ədalətli idi, ancaq ədalətsizliklə çox üz-üzə gəlirdi. Bu lap maqnitin əks qütblü tərəflərinə bənzəyirdi. Mənfi ilə müsbət daim bir-birilərinə tərəf itələnirlər. Ancaq buludlar nə qədər sıx olsa da, günəş gec tez onu yarır.

Döyünən ürəklər... Həyəcan... Qara eynəklər altından bərəlmiş gözlər... Sükut. Bu sadəcə saat üçə qədər davam etdi. Səma təmiz idi, üfüqdə bulud görsənmirdi. Adamlar təşvişə düşməyə başlayırdılar. Deyəsən bizi aldadıblar, günün ikinci yarısı deyirdilər, günorta saat üçdür, yağış havası da yoxdur. Şəhər əhli bu tip danışıqlara başladılar. Saatlar ötürdü, günəş batmağa yaxınlaşırdı. Dollar yağışı yağmaq bilmirdi ki, bilmirdi. İnsanlar isə küçələrdə oturub pulların həsrətini çəkir, müxtəlif xəyallar qururdular. Bəziləri pul yığıb özünə ev, maşın almağı düşünürdülər. Bəziləri oğullarının evləndirmək, qızlarına cehiz almağı fikirləşirdilər. Əksər düşüncələr eyni idi, məişət durmunun yaxşılaşdırılması. Bəziləri uşaqlarını, xəstə valideynlərini əməliyyat etməyi düşünürdülər. Ancaq yəqin ki, o adamlar bilmirdilər ki, şəhərdə ictimai tualetlərdən tutmuş hər şeyin qiyməti birə beş atracaqdı. Bəziləri lap fatalistik xəyallar qururdular. Pul çox olandan sonra tualetə gedib yanlarını dollara silməyi, daha sonra nəcisə bulanmış pulları unitaza atmağı düşünənlər də vardı. Bir sözlə, fantaziyalar rəngarəng idi. Yaşıl dollarlar, bir çoxlarının həyatını əlvan rənglərə boyayacaqdı.

Saat altı oldu. Səmada buludlar yoxdur. Saat yeddi oldu. Havadan dollar qoxusu gəlmir. Adamlar bir-birlərinə dəyməyə başladılar. Yağış yağmaq bilmirdi. Saat doqquz oldu. Kiçik şəhərin bütün işıqları, projektorları yandı.

“Xəbərlər efirdədir. Əziz şəhər sakinləri, panikaya düşməyə lüzum yoxdur. Hidrometereoloqlar bu gün güclü dollar yağışının yağacağını istisna etmirlər. Şəhər Mühafizə Xidməti pul yığarkən sizi təmkinli olmağa çağırır”. Bu sözlər yenə televizordan bütün otağa yayılırdı. O yenə tək oturub düşünürdü. Yenə qapının ağzındakı zənbilə baxdı. Ağılından nələr keçirdi... Ancaq yenə fikirindən yayındı, işıqları söndürüb elə divandaca uzandı.

Gecə yarısına beş dəqiqə qalıb. Göydə dalğalanan bir dollarlıq əskinas... O göydə fırlana-fırlana, yavaş-yavaş yerə doğru enirdi... Dığırlana-dığırlana bina damında oturanların birinin qarşısına düşdü. Yuxulu adam gözlərinə inanmadı. Tez dolları acgözlüklə götürdü, əli ilə yoxladı, əzib-büzüb, şakkıldatdı, iylədi. Sevincini gizlədə bilməyib bağırdı: DOLLAR YAĞIŞI!!! Zaman ötdükcə bir dollarlıqlar daha çox yağmağa başladı. Daha sonra bir dollarlıq əskinaslar beş dollarlıqlara, beş dollarlıqlar onluqlara, onluqlar iyirmiliklərə, iyirmiliklər əlliliklərə, əlliliklər Franklinlərə çevirilməyə başladılar. Yüz dollarlıqları görən adamlar əldən-ayaqdan getdilər. Yağış öncədən deyildiyi kimi az müddətdə ancaq intensiv yağacaqdı.

Franklin həmişə qulların dostu olub. O Amerikada 18-ci əsrdə qulları xilas etdi, indi də 21-ci əsrin qullarını xilas etməyə gəlmişdi. Elə bir kasıb yoxdur ki, Franklinin gül camalını görüb sevinməsin. Franklin hər bir evin fəxri, sevimli qonağıdır. Franklin hər bir kasıbın sevincli gözləridir, təsələrək evinə, uşaqlarına, ailəsinə sevinclə daşıdığı ərzaq dolu paketlərdir. Franklin kasıbın kömək əlidir. Franklin qulların və kasıbların dostudur!

Franklin evdir, maşındır, mebeldir, paltardır, çörəkdir, ərzaqdır, dərmandır, sağlamlıqdır. Franklin hörmətdir, sevgidir, qorxudur. Franklin paxıllıqdır, hiylədir, çirkinlikdir, rüşvətdir, qandır, cinayətdir. Franklin azadlıqdır, eləcə də, dəmir barmaqlıqdır. Franklin həm xoşbəxtlik həm də, bədbəxtlikdir. Ən əsası, Franklin insanların iç üzüdür!

Qapını döyüldü. Qapını açdı. Bu, Salam dayı idi. Boyu xeylaq hündürləşmişdi, tavana dəyirdi. Onun boğazından yapışıb yuxarı qaldırdı, sanki bir gecənin içində pəhləvan olmuşdu.
- Sən məni kimsəsiz, zəif qoca bilmişdin? İndi mənim hər şeyim var, sən isə axmaq kimi çürümüş kitablarınla qaldın. Vaxt var idi mənə baxıb gülürdün, indi al payını, əclaf!
Salam dayı onu boğurdu, o, qışqırır, vurnuxur, qaçmaq istəyir ancaq qaça bilmirdi. Bütün əzələləri işləyir ancaq yerindən tərpənə bilmirdi, sanki iflic olmuşdu. Qəfil qan tər içində oyandı. Təngənəfəs olmuşdu. Bunun sadəcə yuxu olduğuna sevindi. Ətrafına baxdı, elə divandaca yuxuya getmişdi. Qalxıb gərnəşdi, əl-üzünü yuyub televizoru açdı. Uzun siqnal... Adətən şəhər telekanalında profilaktik tədbirlər olduqda belə olurdu. Telefona əl atdı, şəbəkə yox idi. Saata baxdı, işə gecikirdi, birdən yadına düşdü ki, bu gün bazar günüdür. Mətbəxə keçdi, soyuducunu açdı, süd qutusu boş idi, çörək də qurtarmışdı. Evə bazarlıq etmək lazım idi. Əyinini geyinib, portmanatını götürüb evdən çıxdı. O, qapını kilitləyəndə reflektiv şəkildə geriyə baxdı. O, hər gün evdən çıxarkən Salam dayının onu qarşılamasına öyrəşmişdi. Daha sonra yağış yadına düşdü. Fikirləşdi ki, Salam dayı Əlvida xala ilə yəqin ki, indi haradasa kurortdadır. Pilləkənləri enib, blokdan çıxdı.

Qanlı dollarlar... Cəsədlər... Ovuclarda sıxılmış, torbalar dolu dollarlar... Bəzi başlarda güllə izləri... Bıçaq yaraları... Ayaq altında ölmüş uşaqlar... Cəsədlərin üzərinə qonmuş qara qarğalar, leşləri dimdikləyirdilər... O bütün bunların üzərindən adlayıb keçirdi. Qanlı dollarlar ayaqqabısının altına yapışırdı. Sanki bütün şəhər ölümcül infeksiyaya yoluxub, bir gecənin içində qırılmışdılar. Xoşbəxtlik bu şəhərə elə sərt gəmişdi ki, hər şeyi bədbəxtliyə çevirmişdi.

İnsanlar daim xoşbəxtlik axtarışında olurar. Ancaq bəzən xoşbəxtlik insanın həyatına elə gəlir ki, o insanda olan hər şeyi bədbəxtliyə çevirir.

Son
O, sanki yuxu görürdü. Hər şeyə baxıb, heç nə olmamış kimi marketə tərəf yollandı. Marketin qapıları açıq, şüşələri qırıq, içəridə dağınıq... İçəri keçdi, ərzaqlar bölməsinə yaxınlaşdı. Özü üçün lazım olan ərzaqları götürdü. Süd, pendir, çörək, çay. Ərzaqları paketə yığdıqdan sonra sevinərək düşündü ki, indi bunların hamısı tam pulsuzdur. Kassanın yanından keçəndə dayandı. Sanki içindən bir səs onu buna vadar etdi. Kassa... İçi dolu pullar...Bir anlıq düşündü, nə isə hesabladı. Əlini şalvarının arxa cibinə atıb nə isə çıxardı, sonra saydı. Daha sonra kassa aparatının arxasına keçib, onu açdı və ehmalca ora nə isə qoydu.

вторник, 23 февраля 2010 г.

Ordan Burdan

Əhvalım yüksək olmayan bir zaman belə bir “həftəbecər” yazı yazmağı qərara aldım. Bu qısa yazıda, beynimdə olan bəzi əlaqəsiz düşüncələr yer alıb. Əziyyət çəkib oxuduğunuz və ya səbiriniz çatmayıb oxumadığınız üçün sağ olun deyib, sayqılarımı bildirirəm.

Həftəbecər

Bəzi insanların mücadiləsi cəmiyyətlə olur, cəmiyyəti düzəltmək. Biz böyük ambissiyalar dalınca gedərkən özümüzdəki xırda ancaq əsaslı çatışmamazlıqları görmürük. Bizim ideyalarmızdakı cəmiyyət, onda görmək istədiyimiz yaxşılar və görmək istəmədiyimiz pislikər bizim özümüzdə, yaxın çevrəmizdə, dostlarımızda, ailəmizdə yoxdurmu? Mən səmimiyyətlə boynuma alıram ki var. O üzdən öncə özünü, ailəni, dostlarını dəyiş, daha sonra cəmiyyətlə uğraş. Bir atalar sözü yerinə düşdü: Öz gözündə tiri görmədən, başqa gözlərdə çöp axtarma!

Hər kəs, özünü, çevrəsini dəyişsə, cəmiyyət də dəyişəcək. Çünki bu cəmiyyət elə bizim özümüzük.


* * * * * * * * * * * * * *


Yalnız bizdə avtobuslarda “əşyalarınızı cibgirlərdən qoruyun” elanı yazılır.
Yalnız bizdə zibili zibil yeşiyinin yanına atırlar.
Yalnız bizdə kişiliyin ölçü kəmiyyəti təsbeh hesab olunur.
Yalnız bizdə xalqın dayanacaqlara xüsusi allergiyası var.
Yalnız bizdə yas yerində mərhumun yaxınına baş sağlığı verəndən sonra “başqa nə var, nə yox” soruşurlar.

* * * * * * * * * * * * * *

Mən siyasəti bir şahmat taxtası sayıram. Bu taxtada piyada da olsan, şah da olsan sən sadəcə fiqursan. Deməli bu fiqurları idarə edənlər də var. Mən bu gün anladım ki, şahmat taxtasında statusundan asılı olmayaqraq fiqur olmaq lazım deyil. Fiqurun arxasındakı idarəedici olmağa can atmaq lazımdır həmişə. Yəni istər siravi partiya üzvü ol ya da partiya sədri, sən sadəcə fiqursan, oyuncaqsan.

Ümumiyətlə əgər insan sosial proseslərə laqeyd deyilsə mütləq siyasət seli onu bir gün öz ağuşuna alacaq və nə qədər təmiz duyğuların olsa da çirkli oyunun oyunçusuna çevriləcəksən, səni istismaq edəcəklər. Siyasət elə bir şeydir ki, o ucaldır ancaq bir gün mütləq yerə çırpır.

Sonda siyasət haqda bir lətifdəni pallaşmaq istərdim. Lətifəni uzun zamandır eşitmişəm, ona görə yadımda qalan formada yazacam. Deməli bir gün bir nəfərin kanalizasiyası tutulur, santexnik çağırır. Santexnik gəlir, başlayır kanalaizasiyada qurdalanmağa. Bu zaman televizorda siyasətdən məşhur bir veriliş başlayır. Ev yiyəsi santexniki çağırır ki, bəs gəl bax. Santexnik cavabında “mən mundar işlərlə məşqul olmuram” deyir.

* * * * * * * * * * * * * *

Sonda könlümdən “Bura Bakıdır” şerimdən bir bənd keçdi ki, onu da bu yazıya yapışdıraraq yazını bitirirəm.

Gəzdim mən Bakını qarış-qarış.
Hər tində nifrətli baxış,
Hər döngədə əzablı yalvarış.
Açıq əllərdə qırılmış qəlblər,
Məyus gözlərdə sınmış ümidlər.
Böyük şəhərin kiçik insanları,
Kiçik insanların böyük dərdləri.
Bura Bakıdır.

Neyronların İnqilabı

Uğur Özgür Hutradual və Rafiq Əhməd Qantürk
təqdim edirlər:

N e y r o n l a r ı n      İ n q i l a b ı


Diqqət! Yazıda radikal fikirlər və söyüşlər yer alıb. Söyüş oxumaq istəmirsinizsə və ya sinirləriniz zəifdirsə  “geriyə” düyməsinə tıklamaq məsləhət olunur. Daha sonra gec ola bilər!

Ön söz: Günlərin bir günü Həbiblə birgə yazı yazmaq barəsində fikirə gəldik. Düşündük nədən yazaq, sonda qərara gəldik ki, hədəfimiz qara kütlə azərilər və ya azərbaycanlı cəmiyyəti olacaq. Biz bu yazıda tipik azərbaycanlının maraqlarını, dini baxışlarını, həyat tərzini işıqlandırmağa çalışacağıq. Əziyyət çəkib oxuduğunuz və ya səbiriniz çatmayıb oxumadığınız üçün təşəkkürümüzü və sayqılarımızı bildiririk!


* * * * * * * * * * * * * *

Qamçı Terapiyası ( I Hissə)


İri addımlar, qulaqcıq, gözlərimizi bu sifətlərdən qaçırmağımız belə bizi bu qəzəbdən ayıra bilmir. Biz hər gün cəmiyyətin ən sıx məkanlarında oluruq, hər gün biz bu cəmiyyətin içindəyik ancaq adaptasiya ola bilmədik bu növ insanciyəzlərə, yapışa bilmədik və ya yapışdıra bilmədilər bizi özlərinə. Əslində biz peşman deyilik ki, onlar kimi telefon, maşın, bazlıq eşqi ilə yaşayan, yediyi yerə sıçan, sıçdığı yerdə yeyən insanciyəzlərdən deyilik. Əksinə! Biz özümüzə qarşı süni sevgini deyil, təbii nifrəti üstün tuturuq. Biz istərdik ki, siz bizə tüpürəsiniz, çünki biz sizin aynanızıq!


Azərbaycanlının dini.

Qədim Azərbaycan torpağında ta qədimdən xristianlıqdan tutmuş (Albaniya dönəmində) İslama qədər müxtəlif dini inanclar olub. Qədim Türk eli Azərbaycanda ən son bərqərar olan din İslam oldu. İslam Azərbaycana öz “humanist” idealogiyası kimi yumuşaq gəlmədi. İslam Azərbaycana qılınc-qalxanla gəldi. İslam Azərbaycana qanla gəldi. İslam Azərbaycana Babəki tikə-tikə doğrayıb, bədən hissələrini şəhərin küçələrindən asmaqla gəldi. Düzdür sonralar başı dinlə yuyulmuş Azərbaycan övladı fitva verib, Babəki kafir elan etdi. Sən demə Babək İslamın düşməni imiş. Nə isə, bu alayı mövzudur, sözüm onda deyil. Beləliklə Ərəb Xilafətinin Azərbaycanı işğal etməsindən sonra Azərbaycanda hakim din İslam oldu və azərbaycanlı o gündən bu günə qədər İslam dininə etiqad edir. Ancaq hansı formada? Bax burada Kərəmi ağlamaq tutur. Orta statistik azərbaycanlı üçün din nədir?

Azərbaycanlı üçün din ramazan ayında alayarımçıq özünü ac saxlamaq, iftara qədər söyüş söyməmək, siqaret çəkməməkdən başqa bir şey deyil. Elə ki iftar bitdi, həyat öz axarına qayıdır, yenə çirkinlik, yenə “haram”.

Azərbaycanlı üçün din qoyun şaqqalayıb sonra onun dərisini yumruğu ilə soymaqdan, uşaqlarının alnına qanlı barmaq basmaqdan başqa bir şey deyil.

Azərbaycanlı üçün din yuxuda ölülərini görəndən sonra nəzir verib, ruhuna yasin oxutdurmaqdan başqa bir şey deyil. Çünki hamısı yuxudan ayılanda sevinir, sevinir ki bu yuxu imiş çünki hər birilərinin ölüləri yanında suçu var. Cəlil Məmmədquluzadənin “Ölülər”indəki kimi.

Azərbaycanlı üçün din pirə əski-üskü bağlamaqdan, pirin daş-divarlarını yalamaqdan, oradan konfet götürüb acgözcəsinə gəmirməkdən başqa bir şey deyil. Azərbaycanlı pirdən üstünə milçəklər qonmuş qəndi elə müqəddəsləşdirib yeyir, hələ üstəlik gətirib qohum əqrabasına paylayır ki, guya bu şəfalıdır, qeyri adi qənddir.

Azərbaycanlı üçün din evində, maşınının günlük yerində seyidlərin şəkilini saxlamaqdan başqa bir şey deyil. Guya o şəkil onun sərxoş halda idarə etdiyi maşını qəzadan qoruyacaq. İşdi əgər o həməm halda evə sağ çatsa səhəri gün şeşələnərək deyəcək ki, “bax ey, o şəkil olmasaydı...”. Qəza olsa isə o şəkil heç kimin yadına düşməyəcək.

Azərbaycanlı üçün din anlamını bilmədiyi sözləri gündə beş dəfə təkrarlamaqdan başqa bir şey deyil. Çox adam heç o sözlərin nəyə görə əcnəbi dildə olmasını belə düşünməyib. Çünki dində çox düşünmək belə haramdır. Deyirlər öl, öl! Din doğrunu bilmək istəməməkdir. Bu yerdə Nitşenin gözəl ifadəsi yerinə düşür: İnanc həqiqəti bilmək istəməməkdir.

Azərbaycanlı üçün din “ağıllı, dindar” obrazı yaratmaq üçün istifadə olunan vasitədən başqa bir şey deyil. Bu ölkədə dindar qızın və ya dindar oğlanın “maya dəyəri” dindar olmayandan üstündür.

Azərbaycanlı üçün din Həccə gedib “Həci” statusunu alıb, məhlədə qarnını şişirdərək gəzməkdən başqa bir şey deyil.

Azərbaycanlı üçün din yas çadırlarında yekəqarın mollaların nağıllarını dinləyib, ağzını ayırıb uzunqulaqcasına başını yelləməkdən başqa bir şey deyil.

Azərbaycanlı üçün din İranın Məşhəd şəhərinə getmək, orada hicablı şəkil çəkdirmək, evə dönüb “press-təqdimat” keçirib, Məşhədi sertifikatını nümayiş etdirməkdən, müsafirlərə təsbeh paylayıb, tütyə içirtməkdən savayı bir şey deyil. Azərbaycanlı üçün Məşhədə, Kəbəyə getmək, gündəlik yemək menüsü soğan çörək olan qapı qonşusundan daha vacibdir.

Özüm ziyarətgahlarda mütəmadi olaraq oluram. Ziyarətgahların içərisini bir bəzək düzək vururlar ki , gəl görəsən. Mən inanıram ki Tac-Mahal bizim Mir Mövsüm ağanın qəbri üzərindəki piri görsəydi utanardı, qızarardı və dünyanın 7 möcüzəsi siyahısındakı yerini baş əyərək Mir Mövsüm ağaya verərdi. Doğrudan azərbaycanlılar dünyanın yeddi yox, bəlkə də yeganə möcüzəsidir. Dünyada uçuq komalarda gecələyən, bir qarın çörəyə möhtac insanlar varkən, bir əsr öncə ölmüş, qəbirdə çoxdan çürümüş bir adamın qəbirini bu qədər bəzəyərək, milyonlar məsrəf etməyin adı nədir? Siz deyin. Mən desəm...

Düşünürəm ki, Azərbaycan xalqı pirlərə, nəzir qutularına tökdüyü pullara kitab alıb oxusaydılar, özlərinə və cəmiyyətə daha yararlı olardılar. Üstəlik bu ölkədə seçki qutuları kimi nəzir qutuları da qeyri şəffafdır.

Ümumiyyətlə statistiklərin maraqlı hesabatları var. Onlar hesablayıblar ki, əgər dünyada dindən gələn gəlir (istənilən dindən) bütün dünyaya paylansaydı yer kürəsində ac insan qalmazdı. Din mövzusunu bu ehtiraslı yerdə bağlayıram. Yenədə hər kəs öz inancını seçməkdə azaddır və bu onun özəl işidir. Cəmiyyətin neqativlərini söyləmək, tənqid etmək isə bizim borcumuzdur.

Ədalətsizliyə göz yumanlar, ədalətsizliyi yaradanlar qədər suçludurlar!!!


Azərbaycanlının qadına münasibəti.

Təbiidir ki, genetik amilləri nəzərə alsaq çox istiqanlıdır. Ancaq əgər 21 ci əsrdə kimsə özünü şorgözlükdən saxlaya bilmirsə bu artıq düşkünlükdür, barbarlıqdır. Biz “Dədə Qorqud” dastanındakı Sarı çobanın hurini zorladığını anlaya bilərik, ancaq bu gün azərbaycan kişisinin qadına baxıb ağzının şorbasını tökməsini anlaya bilmirik. Düzdür öküz göz eləməsə buğa onun üstünə cummaz. Bu da alayı mövzudur, sözüm intim münasibətlərdən getmir.

Azərbaycanlı kişisi üçün qadın kimdir? Azərbaycanlı kişisi üçün qadın daha çox “nə?” sualına cavab olan bir varlıqdır. Azərbaycanlı kişisi üçün qadın bozbaş iyisi verən, gecə-gündüz mətbəxdə eşələnən varlıqdan başqa bir şey deyil. Azərbaycanlı kişisi üçün arvadın mətbəx böcəyindən fərqi, mətbəxdə qurdalanmaqdan savayı onun üçün yataq həzzi yaşatmasındadır. Azərbaycanlı kişisi qadına “seks maşın” kimi baxır. Klassik Azərbaycan kişisi üçün qadının ictimai işlə, incəsənətlə məşqul olması, maşın sürməsi fahişəlik kimi bir şeydir. Azərbaycan kişisi mütəmadi olaraq qadına əl gəzdirməyi də özünə borc bilir. Azərbaycan qadın hüquqlarının ən çox pozulduğu ölkələrdəndir. Qadın azadlığına qarşı qəddar olan, onu bir çox hüquqlarından məhrum edən, kişilərdən aşağı səviyyəli yaratıq kimi qəbul edən İslam dininin də bu prosesdə rolu təbiidir ki, çox böyükdür. Mentalitetdən savayı qadına qarşı aqressivliyi ilə seçilən İslam dini də Azərbaycan kişisinin qadına qarşı münasibətini xeylaq sərtləşdirir.

Azərbaycan kişisi özünə qadın seçəndə də çox ehtiyatlıdır. O özünə ən işgüzarını, ən gözəlini və bakirəsini seçir. Səbəb? İşgüzarlığına görə motalını doyduracaq. Gözəlliyinə görə aydın məsələdir. Bakirəliyinə görə isə mentalitet. Azərbaycan kişisi üçün qızın bakirəliyi onun insanlığından daha vacibdir! Azərbaycanlının arvad alması onun mağazadan şalvar alması ilə tam eynidir. Ən optimalı (ciblər filan), ölçüyə uyğun və geyinilməmişi.

Nəyə görə çoxdan bakir olmayan kişilər özlərinə bakirə axtarırlar? Bəlkə onlar qadının kişinin qabırğasından yaradılması kimi nağıllara inanaraq özlərinə haqq qazandırırlar? Kişilərə olar, xeyir ola? Əgər təmizlik şərtdirsə, hər iki tərəf təmiz olmalıdır. Bu lap qabanın insanı mundarlıqda suçlması kimi absurddur. Bunlar bir qırağa, azərbaycanlı kişilər ailə qurduqdan sonra da ümummili adətə xilaf çıxmayaraq arvadlarına başqa “mini-yupkalılarla” xəyanət edirlər. Ancaq qarşı tərəfin xəyanətinə görə başlarını kəsirlər. Burada qəribə heç nə yoxdur, mentualet öz sözün deyir!

Bilirsiz Azərbaycanda nəyə görə fahişələr çoxdur? Kim deyə bilər? Mən deyim. Ona görə ki, Azərbaycanda arvadlarına xəyanət edən, baz kişilər çoxdur! Tələb-təklif komponentini unutmaq olmaz! Azərbaycanda fahişələrə tələb, ehtiyac var! Ona görə də bu durumda fahişələri suçlamağa ehtiyac yoxdur! Buna görə Azərbaycanın bığı burma, baz erkəklərini qınamaq və ilk növbədə onları yandırmaq lazımdır!!! Əsl fahişələr və fahişəliyi yayanlar kişilərdir!!!

Pulla satılan da, alan da fahişədir!


Klassik Azərbaycan gəncliyi.

Azərbaycan gəncliyi çayxanalarda domino vurmaqdan, çatlarda qız ovuna çıxmaqdan, küçələrdə eşşəklik etməkdən, məhlələrdə panyatka dərdi çəkməkdən o tərəfə getməyib. O “qaqaşlar” ki gecə-gündüz qeyrət torbası ilə gəzir, Azərbaycanın himnini bilirlərmi? O insanların Rəsulzadə haqqında məlumatları varmı? O insanlar yaşadığı ölkənin tarixini məktəbli səviyyəsində bilirlərmi? Bəs haradan qaynaqlanır bu qeyrət qoxusu? Ancaq o “qeyrət ağacları” hansı tində hansı barın olduğunu, hansı blokda hansı civinin qaldığını çox gözəl bilirlər. Onlar lotuların həyatını əzbərdən bilirlər. Bilmək pis deyil, ancaq sən vətən haqda bilmədən gedib Avstraliyadakı kenqurularla maraqlanırsansa bu artıq idiotizmdir! Mən inanıram ki, həmən ca(h)illər 26 fevralı ən yaxşı halda Valentin günü sayarlar.

Məhlədə özündən deyən oğlanlar görmüşəm ki əsgərlikdən yayınıblar. Əllərində də şüar: Vətən mənə nə verib ki... Ay brat, vətən sənə nə verməlidir ki, ayıb olmasın? Vətən nə eliyə bilər ki, onu eləmir? Yoxsa vətən səhər yatağa yemək gətirməlidir? Torpağında yaşayırsan, çörəyini yeyirsən, suyunu içirsən, dalıvı yekəldib o baş bu başa gəzirsən ancaq həyatından bir ili (1-1.5) vətənə xidmətə qıymırsan? Ay səni qeyrətivin üfunətində boğulasan elə... Həmən qaqaşlar çatda qız üstündə söhbətə gedib, “tretini” bıçaqlayır ancaq həmən adamlardan soruşmaq lazımdır sabah müharibədə erməniyə qarşı həmən qəhrəmanlığı edə bilərmi? Ona görədir müharibə adı gələndə şalvarlardan “tırıq” iyisi gəlir. Uzun söhbətdir, ancaq nə qədər ki cəmiyyət bu cür tipajlarla dolacaq, nə qədər ki gəncləri məskəni barlar olacaq, nə qədər ki gəncliyin gözü qızların “arxasında” qalacaq, o qədər də arxada qalacağıq!

Bir qədər Azərbaycan gəncinin gündəlik həyatına, maraqlarına nəzər salaq. Müxtəlif ölkələrdə gənclərin müxtəlif əşyalara maraqları var. Azərbaycan gəncinin isə ən çox dəyər verdiyi əşya mobil telefondur. Mobil telefon Azərbaycan gəncinin hər şeyidir.

Kamerası- ki onunla gic-gic görüntülər çəksin. Məsələn yolda qəzadır, telefonlar iş;ə düşür... Haradasa yanğındır, telefonlar işə düşür...

Maqnitafonu- ki onunla nəğməyə qulaq assın və asdırsın. Azərbaycan gənci telefonda mahnı qoyub, səsini dibinə qədər verib gəzməyi çox sevir.

İnterneti- ki Azəbaycan gənci onunla agentə, ölü yeri düşük azəri tanışlıq çatlarına girə bilsin.

Blutuzu- ki öz taylarından özlərinin hit mahnılarını götürsünlər, üstəgəl ora romantik şəkillər yükləsinlər ki, metroda boş vaxtlarında qızlara göndərib tanış olsunlar. Gördüyümüz kimi Azərbaycan gənci vaxtdan maksimum yararlanmağı sevir, onun gözünün düşməni boş qalmaqdır, hətta yolda belə o özü üçün səmərəli bir məşquliyyət tapıb. Biz çox tez-tez, gözündə eynəkli, ciddi duruşlu (stoyka), romantik qaqaşların şəkillərinin fonunda telefon nömrələrinin yazdıldığını görmüşük, bu ümumilli adətdir.

Siyahıya fotoaparat, video göstərici, bilgisayar, zəngli saatı və sadəcə reputassiya (özünü göstərmək) əşyası olmasını da əlavə etsək komplekti tamamlaya bilərik. Nəhayət ən sonda mobil telefon Azərbaycan gənci üçün mobil əlaqə, operativ ünsiyyət vasitəsidir.

Bu yaxınlarda Azərbaycan gəncliyi çox sevinirdi. Azərbaycan Avroviziya musiqi yarışmasında yer tutmuşdu. Ancaq mənə bir şey maraqlıdır, görəsən Aysel Azərbaycan bayrağının rənglərinin anlamını, himnin sözlərinin müəllifini bilirmi? Yoxsa, tüpürüm elə uğura!!!

Tunelin sonundakı işığı yox, üzəbəüz gələ biləcək qatarı da nəzərə al!


* * * * * * * * * * * * * *

MENTALİTET = MEN TUALET © ( II Hissə)


SİFON

Həə, mənim gərdişi-dövrani kəcrəftarə qurban gedən “azərbaycanlı”larım və “azəri”lərim... Rafiqlə birgə cızmaqara etmək istəyimizi yuxarıda O, özü yazıbdır. Baxmayaraq ki, Sizi “azərbaycan”lı hesab etməyərək, bu qaralamaya nişanlamışıq, hərçənd ürəyiniz bulansa və qusmaq istəsəniz işarənizi silin. İşdir də, olanda birdən olur, qusub-batıran olar birdən...


Sözüm onda yox, on birdədir. İstəyirəm, bir az bu mentalitet deyilən zibili qurdalayım. Atalar da (mən yooox haa, ATALAR!) deyib ki, poxu tapdalama, iy verər. Di gəl ki, cızmaqaram elə ona həsr olunur ki, mentaliteti də, onu formalaşdıran ataları da analizdən keçirək. Pox sözü Sizə iyrənc gələ bilər, eybi yox, nəcis deyəlim. Ey Qarabağı ermənilərin, o gözəl qafası isə “azərbaycanlı” ( qısaca “az.lı” ) pafosunun təcavüzünə məruz qalan bədbəxt insanlar... Söz nəcisdən düşmüşkən elə bir şeyi xatırlatmasam, ölləm, Səlmixanım Yaqub (fraza səhv etmirəmsə, Doktor Ravikə məxsusdur) demişkən. Həə, onu deyirdim axı: nəcis Sizə iyrənc gələ bilər, əmmaaa... Bax “əmma”sı çox maraqlıdır. Məlum məsələdir ki, insanın əsasən daxili orqanlarında olan problemləri bilmək üçün onun nəcisindən həkimlər nümunə götürüb labaratoriyada analiz edir. Nəticədə mərəzin nə olduğu aydınlaşır və düzgün müalicə kursu müəyyənləşir. Hərgiz, bu bizə (Sizə) iyrənc gələ bilər. Amma sağlamlığımızın mühafizəçisi olan həkimlər bu mundar, amma şərəfli (insan həyatı!) işi öz öhdələrinə götürürlər, buna görə onlara minnətdar olmaq lazımdır. Sözümün Mustafa Sandalı odur ki, bu “az.lı”ların mentaliteti də yuxarıda dediyim kimi zibildir, poxdur, nəcisdir. Nə istəyirsiz, deyin. Mentalitet cəmiyyətin ifrazatıdır. Həkimlər insanın ifrazatını analiz edib diaqnoz qoyan kimi, biz də cəm(dək)iyyətin ifrazatı olan mentaliteti (çünki mentalitet də cəmiyyətin İÇİNDƏN gəlir) fikir labaratoriyamızda analiz edib, onun sağalmağı üçün diaqnoz qoyaraq, müalicə kursu yazmaq niyyətindəyik. Niyə görə FİKİR labarotoriyası??? Çünki, bilirsiz də: Fikir - adamı ..... !


Elə başlayaq sözün adından: MEN-TA-Lİ-TET. Keçənlərdə Rafiqin özü ilə bir FB söhbətimiz zamanı mentalitet sözünü mentualet sözü kimi işlətdim. Az əvvəl toxunduğum nəcis-ifrazat söhbətini xatırlarsaz, sözün nə qədər yerinə düşdüyünü özünüz görüb, Ulu Yaradana həmdü və sənalar edərsüz! Heyf ki, Uca Rəbbimiz mələklərində belə qüsura yol vermədiyi halda, öz şah əsəri (!) olan insanlarda bağışlanmaz nöqsana yol verib. Əmmaaa nə yaxşı ki, verib. Yoxsa necə analiz edərdik? =) Hmm.. Məhkəmələrdən fərqli olaraq ədalətli tapıntıdır: bu mentalitet elə mentualet adlanmağa layiqdir. Özü də məhz MEN tualet! Kişilər üçün... Niyə??? Rafiqin yuxarıdakı yazdıqlarına istinad edirəm: “Nəyə görə çoxdan bakir olmayan kişilər özlərinə bakirə axtarırlar?” Bura onu da əlavə etmək olar ki, maşın sürmək, rəqqasə olmaq, müğənni olmaq (bu artıq leqallaşdırılmış fahişəlikdir), kişilərdən ibarət personalla işləmək və s. və i.a. ..... Yəni ki, bunlar hamısı kişilərə olar, amma qadınlara çatanda bir əmbərqulusu mütləq çıxacaqdır! Bunun da dalınca qadının “adı çıxacaqdır” ! Axırda da lap Pal-süddən çıxmış qaşıq da olsan, İçxəbər demişkən fahişə, yəni ki, qəhbə olduğuvu boynuva qoyacaqlar. Məncə bu yerdə ataların bu sözünü: “mərdi qova-qova namərd edərlər” - bu cür uyğunlaşdırmaq lazımdır XXI əsrimizə: Qadına qara yaxa-yaxa fahişə edərlər... Çünki OLMAZ! Mentualet “YOX” deyir! Ay camaat, niyə əsəbiləşürsüz ki?! Əslində burada anormal olan bir şey yoxdur, adı üstündə MEN tualet. ... və haqlı olaraq bu kişilər üçündür! İndi mən başa düşə bilmirəm, sizin məntiqinizdən belə çıxır ki, kişi tualetində qadın da öz işini görə bilər? Aaaya, Süz dəli olmusuz, ya nədir?!...

Deməli, mentalitet də elə tualet kimi üfunət iyi verir, lap adamın bağrı çartlayır. Hələ, hələ bu tualet yazıq cəmaətin torpaqda qazma şəkilində düzəltdiyi tualet ola...

Söhbət elə, atlardan, qaıdnlardan düşmüşkən, bir nihilist olaraq XIX əsr rus yazarı Turgenevin “Atalar və oğullar” romanından Yevdoksiya Kukşina adlı obrazın dilindən sevdiyim bir cümləni sitat gətirəcəm:

“Arvadların yox, qadınların hüququnu müdafiə edirəm və son damla qanıma qədər müdafiə etməyə and içirəm...”


Tualetdə nəcasətin düşdüyü yerdə qalıb iylənməsinin qabağını almaq üçün də sağ olsunlar, bilənlər, yaxşı bir ixtira ediblər: Sifon. Bəliii, sifon... Nəcisin orda qalmağını istəmirsizsə, çəkin sifonu, buraxun! Bu yerdə aşıq aldı, görək nə dedi... Ötən il yazdığım qalmaqallı frazalarımdan biri yadıma düşdü:

“Azərbaycanlı”lar üçün bir təpəgöz lazımdır ki, onların hamısını yığıb yesün, doysun, qarnı köpsün, axırda da gedib qarnını unitaza boşaldıb, sonra da birdəfəlik sifonu çəkib buraxsın!”

P.S. İndi məlum olur ki, o vaxtı Basat Təpəgözü əslində niyə öldürmüşdü...



YAPON BAYRAĞI

Bayaqdan bəri yazdıqlarımızda Sizi qusdura bilməmişiksə, egüb olsun bizə. Eybi yox, indi vədimizi yerinə yetirərik ki, mədəniz yuyulsun. Belə bir ifadə var: ingilis bayrağı. Bu sözü bilirsüz ki, o adamlara deyirlər ki, öz prinsipləri yoxdur. Külək hayana əsir, onlar da o tərəfə... İndi bu frazanı görüb kimsə fələyin kor qoyduğu gözlərini ovxalayır ki, bəlkə qəflət yuxusunun təsirindəndir. Ola bilər. Eləysə, izah edim: Keçənlərdə ismini xatırlamadığım bir saytdakı indi yazacağım məsələ ilə əlaqədar olan videoya gəlmiş komentlərin içində bu frazaya rast gəldim. Yəni müəllifi mən deyiləm və müəllifini də xatırlamıram. Amma çooox yerində deyilmiş söz idi, ləzzət elədi və düşündüm ki, bu frazaya aid cızmaqara eləməsəm, ölləm! =))

Əvvəlcədən, bu yazını hansısa təsadüf nəticəsində oxumuş Ural-Altay dil ailəsinə aid olan yapon qardaş və bacılarımızdan dönə-dönə üzr istəyirəm! Mə;sələ Sizin bayrağınızda deyil, əziz yaponlar. Çox gözəl bayrağınız var. Rənglərini də sevirəm. Amma di gəl ki... Hmm... Di gəl ki, bizim bu həşəratların yaralı yeridir, ona görə də qüsuruma baxmayasız.

Hər bir insanın həyatında həyacanla, sevinclə, gözlədiyi ÖZƏL anlar və günlər olması təbiidir. Və təbii ki, bunlardan biri də Toy Günüdür. O ki qaldı, “az.lı” toyu... Həə, bax burda artıq Dünya iqtisadi böhranı kimi sinirlərinizdə kriz yaranıbsa gedün, yatun. Əvvəlcədən mənə mentualeti və onun komponentlərini tərifləmək, və nəcasətin nəcis deyil bal olduğunu sübut etmək istəyənlərə məsləhət görürəm ki, özlərini yormasınlar. Sadəcə bircə dəfə 2006`cı ildə Prezident fərmanı ilə latın əlifbalı Azərbaycan qrafikası ilə çapdan çıxmış “Azərbaycan Etnoqrafiyası” adlı kitabı oxusunlar. Ən azı vərəqləyib şəkillərinə baxsınlar. Ondan sonra yenə də durub desələr ki, yox ee bu pox deyil e, baldır ee, balll... - bax onda elə yenə ATA`lardan bir sitat gətirəcəm: “Babam sıçıb, pox deyil”.



Hə, bu “az.lı” toyundan lap dissertasiya da yazmaq olar. Amma uzunçuluğa hacət yox. Artıq burası hamıya məlumdur ki, hər dəfə polemikalar zamanı söz tapa bilməyəndə dinini sevən “azəri”lər keçirlər təhqirə, söyüşə. Amma belə bir şad gündə onlar bir əllərində manıssayağı mikrofon tuturlar, o biri əllərində də “RUMKA”. Əttökən çıxışdan sonra sözlərini də belə yekunlaşdırırlar ki, “ALLAH xoşbəxt eləsin!” Paradoks... Bunlar becəhənnəm ki, hələ bu harasıdır...?!

Burada bir haşiyə çıxıram. Çünki toylardakı uzunqulaqların qopardığı damba-durumb yadıma düşdü. Keçən həftə hər səhərki kimi dərsə gedirəm, qatarda yenə sıxlıqdır. Rafiq də yuxarıda qeyd edən kimi “İri addımlar, qulaqcıq, gözlərimizi bu sifətlərdən qaçırmağımız belə bizi bu qəzəbdən ayıra bilmir...” Qulaqcıq. Taxmışam qulağıma ki, bu çərləmişlərin sir-sifətindən yayınsın gözüm. Səfeh chat reklamlarını düşünüb səhər tezdən ürəyimin ağrısı tutmasın. Pristup lap salır əldən adamı.. Ona görə də, rok (!) dinləyirəm. Səsi elə də yüksək deyil, əmma yenə də lap yaxınımda duranlar “cızıltısı”nı eşidiblərmiş. 28-30 yaşlarında bir “mamli-matan az.lı” qadın var idi. Fikrim səhər tezdən qaynayan qanımla Məhəmməd kimi meraca çıxıb, bu da məni dümsükləyir. Nəsə çönüb baxdım. Gördüm nəsə qırıldadır, sağ qulağımdan çıxartdım ki, görüm nə deyir. Mənə nə desə yaxşıdır? =)) Deyir ki, onun səsini al də! Rok da vurub beynimə. Enerji dağıdır, istədim bir səhər-səhər məzələnim bu “az.lı” ilə, deyim ki.... Sonra lənət sənə şeytan (yəni “az.lı”) deyib, qayıtdım ki: özüm üçün qulağ asıram dəə... Yenə dedi ki, mən də deyirəm ki, özün üçün qulaq as də. Vallah, billah, and olsun o 12 imama, 124000 peyğəmbərə və xudabəndi-aləmin digər agentlərinə ki, səsini ekvalayzer də heç qaldırmamışdım. Amma anladım ki, bu kənara çıxan cüzi cırıltı səhər tezdən əsəbi olan (yəqin gecə qane olmayıb, acığını başqa kişilərdən çıxır) xanımcığazı qıcıqlandırıb. Daha cavab vermədim, üz-gözümü turşudub, nümayişkaranə şəkildə əl atdım ekvaleyzerə, “polni” səs verdim. Ohh olsun! İndi deyəcəksüz ki, ay Uğur sən nə oğraş adamsan! And olsun, o Cənnətdə musurmannara sunulacaq bakirə hurilərə ki, bunu deyən özü təmiz “az.lı”dır, DNT testinə də hacət yoxdur. A kişilər, sözümün Məhəmməd Mustafası ondan ibarətdir ki, ağəz, bəs nətəri olur ki, o bəzənib-düzənib getdiyün toylardakı dambadurumblarda 6 saat oturursan, amma burdan-bura xırda bir cırıltı beynüvi tökür?!

Hmm... Gəlin Sizə toyun ilk gecəsindən danışım. Daha bağışlayın də, üzümün suyunu sıxıb (ağlıvuz “az.lılar kimi meyvə-tərəvəzə, yəni ki, təhəngdəki üzümə getməsin haa, sifətimi deyirəm), analizə keçirəm. Böyük bir zırıltıdan, guppultudan sonra, zavallı gənclər, sevənlər, çoxdan həsrətdə olub yarına qovuşmaq istəyən insanlar hətta toy gecəsində də öz canlarını “az.lı”lardan xilas edə bilmirlər. Aya, mən hələ də başa düşmürəm ki, daha bu İmam Mehdi nəyin baş verməyini gözləyir ki, gəlib İNSANLARI “az.lı”larda xilas eləsün ??? Həə, sözüm onda döül... Elə ki, 6 saat bəylə gəlinin mazgisini “ay canı yanmışla” zorlayandan sonra (!), hələ bir həyasızcasına “gərdək gecəsində zifaf otağı”na da soxulurlar. Məşhur yengə əhvalatını danışıram, düz tapdız... Ay dinsizlər, ay imansızlar... Adamın vicdanı olar! Ayə, belə gözəl və özəl gecədə niyə bu yazıqları baş-başa qoymursuz?! Niyə bir yengəni də gənclərin dalıyca otağa göndərürsüz ki, yeni ailənin dəngini aparsın? Məncə yengənin adını dəyişdirib DƏNGƏ qoymalıyıq, elə buna görə! Və təklif edirəm ki, cəm(dək)iyyətin fəal şüvənləri mollaların əlindən cümə axşamlarını qəsb etmiş Elgizin rəhbərliyi altında Milli Məclisə təkliflə müraciət etməli və parlementimizdə, sosial məsələlər bağlı Parlament komissiyasında bu yengələrimizin adının rəsmən, qanunverici aktlarda Dəngə olaraq dəyişdirilməsi haqda qanun qəbul etməlidirlər! Dəyişək, inkişaf edək! =) Bu hələ ediləcək işlərdir, gəlin, mən Sizə hazırda olandan danışım. Deməli bilirsüz də, bu yengə canıyanmışın işi nədən ibarətdir? .. Bilmirəm, nətərisə olursa, otağın hansısa deşiyindən içəriyə sızır və deyilənə görə nəyəsə şahid olur. Buna deyirlər ki, qız təmizdir. Siz bir barbarlığın, vəhşiliyin dərəcəsinə baxın! İki insan arasında olan münasibətə hansısa 3`cü bir xiyar şahidlik eləməlidir, gözüylə qanlı ağ görməlidir. Buradan da ortaya çıxır “YAPON BAYRAĞI”! Yox, hələ bir çubuğa bağlayıb, onu “balkon”dan da asmaq lazımdır! Mən düşünürəm ki, yapon qərdeşdərimiz, onların dövlət atributu olan bayraqlarını hər toyda (düşünsək ki, il ərzində ölkədə minlərlə toy olur...) təhqir etdiklərinə görə, “az.lı”ları Avropa İnsan Hüquqları Məhkəməsinə verməlidirlər. Lazım gəlsə, lap belə Hərbi Tribunala çıxarmalıdırlar! Bir TAYFANIN (!) yüksək inkişaf eləmiş MİLLƏTƏ (!) qarşı həqarətinə göz yummaq, yengələrlə əlbir olmaq deməkdir! Mən inanmıram ki, əhli-Avropa bu yamyamlarla şərik olmağı qəbul edər. Nəticədə həm yapon bayrağı “az.lı” təhqirindən xilas olar, həm də gənclərimiz yengələrdən və dəngələrdən can qurtarar.


Mən burada 3 şeyi anlamıram:

1. Müsəlmanam deyən bu axmaq “az.lı”lar əvvəla elə, yengə əhvalıtı ilə İslamın özünün qayda-qanunlarını pozurlar. Başqa vaxt Mameddən o qədər sitat (yəni ki, hədis) gətirirlər ki, adam deyir, sən öləsən, bu Mamed lap Aristotel olub ki! Amma onu bilmirlər ki, İslam 2 insan arasında olan cinsi və intim münasibətlərin başqalarına əyan edilməsini qadağan edir, böyük bir vəhşilik sayır və günah sayır. Vəəə... nəzərə alın ki, bunu Sizə mən-dinləri və İslamı da RƏDD EDƏN biri deyir!

2. Hansısa çəkiliş zamanı falan-filan jurnalistlərə dəyən 2 dənə dubinkaya görə “srazu” bütün dünyaya çığır-bağır” salırlar ki, Azərbaycanda ay insan hüquqları elə pozuldu, belə təhqir olundu, nə bilim flan şeyə xurma yedizdirirəm... Amma bəs o ağzı köpüklənə-köpüklənə yer-yetimçənin “hüquq”larının müdafiəsinə qalxan “xalq vəkil”ləri hara qeybə çəkiliblər axı İsa Məsih kimi ki, gəlib intim münasibətləri ilk gündəcə qohum-əqrabaya, başqa insanlara car çəkilən zavallı gənc ailələrin hüquqlarını müdafiə eləmirlər? Nədir, nədir bunun adı mentualetdir ??? Qusum elə belənçinə mentualetə! Ailə və Qadın Problemləri üzrə nəsə bir Komitə olmalıydı deyəsən ölkəmizdə.. Görəsən, onlar bu məsələləri gündəliklərinə salırlar, yoxsa ki, əri tərəfindən əzişdirilən qadınlardır onlar üçün müştəri ancaq? A balam, bir az determinist olun də... Kazuallıq bilmirsüz nədir? Səbəb-nəticə... Əgər ki, Siz hələ ilk gecədən bir QADININ bu cür ənənəvi, yazılmamış mentualet qanunları ilə rəzil edilməsini “leqallaşdırarsaz”, bunu görən ər o qadını dögər də, sögər də...

3. Burda da başqa bir fikir ortaya çıxır: Ponyatkadan, qanacaqdan-qabiliyyətdən, məhlədə qeyrət qovalamaqdan dəm vuran igidlər, razborşiklər görəsən niyə bütün “pasyolka”da qoluzorlu cəyil kimi tanındıqları halda, onların qadınları ilə aralarında olan intim münasibətin bu cür biabırçılığa uğramasına “normal” yanaşırlar?...

Bizi haqsız və ya çoox sərt hesab edənlərə, haqsız sayanlara cavabım yenə də “Atalar və Oğullar”dan olacaq ( bu dialoq Arkadinin mühafizəkar ƏMİSİ ilə Arkadinin dostu, baş qəhrəman BAZAROV arasındadır).



Bazarov: “-Mənim babam yer əkirdi. Sizin kəndlilərdən hansından istəyirsiz, soruşun, görək ikimizdən hansını, sizi ya məni daha çox özünə vətəndaş hesab edir? Siz heç onlarla danışmağı da bacarmırsız.
Arakadinin Əmisi: -Sizsə onlarla danışır, eyni zamanda onlara həqarələ baxırsız.
Bazarov:-Əgər həqarətə layiqsə, nə olar ki? Siz mənim əqidəmi pisləyir və mənə xalq adından hücum edirsiz, sizə kim deyib ki, bu əqidə məndə təsadüfən əmələ gəlib və xalq ruhundan doğulmayıbdır?”



P.S. Söyüş və vulqarizmdən istifadə elədiyimə görə “ağını çıxartdığımı düşünənlərə” cavabım o gün ki bir statusum olacaq:

“Oğraşa oğraş dediyinə görə oğraş deyilən adama oğraş deyənlər özləri oğraşdırlar...”

SON

İri addımlar, qulaqcıq, gözlərimizi bu sifətlərdən qaçırmağımız belə bizi bu qəzəbdən ayıra bilmir. Biz hər gün cəmiyyətin ən sıx məkanlarında oluruq, hər gün biz bu cəmiyyətin içindəyik ancaq adaptasiya ola bilmədik bu növ insanciyəzlərə, yapışa bilmədik və ya yapışdıra bilmədilər bizi özlərinə. Əslində biz peşman deyilik ki, onlar kimi telefon, maşın, bazlıq eşqi ilə yaşayan, yediyi yerə sıçan, sıçdığı yerdə yeyən insanciyəzlərdən deyilik. Əksinə! Biz özümüzə qarşı süni sevgini deyil, təbii nifrəti üstün tuturuq. Biz istərdik ki, siz bizə tüpürıəsiniz, çünki biz sizin aynanızıq!

понедельник, 8 февраля 2010 г.

Azərbaycanın Silikonları Dondu

Azərbaycan bu dəfəki qarlı-buzlu yollarda insanları ilə birlikdə ayağı sürüşüb yıxıldı, burxulma diaqnozu ilə xəxtəxanaya daxil olan Azərbaycanın travmalarını, travmatoloq olmasam da aydınlaşdırmağa çalışacam. Öncədən əziyyət çəkib oxuduğunuz və ya səbiriniz çatmayıb oxumadığınız üçün təşəkkür edib, sayqılarımı bildirirəm.

Bakıya qar yağdı yenə və bu günlərdə ən aktual olan məsələ düşən qarın hündürlüyü, havanın temperaturu deyil, hakimiyyətin iynələyib şişirtdiyi Azərbaycanın silikonlarının donması oldu. Bir qədər bu haqda.

Bu dəfə ağ qar üzərində qara ləkələr göründü. Bu da hökumətin yalanları oldu. Televiziya kanallarından qulaqlarımızı öz iqtisadi inkişaf xəbərləri ilə qabar edən hökumət bu ilki qara tam hazır idi. Bir həftə öncəki qardan sonra sinəsini qabardıb xalqın qarşısına çıxdı ki, “bəs budur, hökumət qışa hazırdır, biz xalqın rahatlığını təmin edirik”. Deyirəm yaxşı ki təbiət var, qorxusundan qısılan millətin edə bilmədiyini qar etdi. Əsdi külək, oyandı bəhri biyaman, yağdı qar... Hər şeyə hətta zələzələ kimi fövqəladə təbiət hadisəsinə günün 24, ilin 365 günü hazır olan dövlətin verdiyi sözlər palçıq kimi qarın altında qaldı. Yağan qar hökumətin bu qışa nəinki əlcəkləri, heç düzəməlli ayaqqabılarının olmadan çxdığını göstərdi.

Qarda nəinki izlər hətta yalanlar da aydın görünür.

İndi qısa bir təsvir. Dan yeri sökülməmiş işıqlar söndü, sular gəlmədi, qazlar yox dərəcəsinə qədər azaldı. İşdi iştahanız isti çaya çəksəydi o zaman yarımca saat gözləməli olacaqdınız. Nə isə, oyanıb pəncərədən o yana bu yana baxınca oldu günorta, çıxdım evdən ki gedim işimin gücümün dalınca. Yollar iflic, hərəkət etmək mümkün deyil, yolda bir neçə dəfə avtobusu itələməli olduq, sürücü qaza, millət də qollarına güc verdi, lap azərbaycansayağı səhnə... Avtobusun qiymətinin 70 % qaldırmasını və saatlarla dayanacaqda dona dona avtobus həsrəti çəkdiyimi də nəzər alsaq səhnəni tam təsvir edə bilərik.

Qar cəmi cümlatanı bir gün yağdı, bir gün! Qarın bir gün yağması regionun super dövləti, dünyada iqtisadi artımına görə birinci yerdə olan Azərbaycan dövlətini parter vəziyyətinə saldı. Bir gün içində Azərbaycan sanki beyin iflici keçirən bir xəstənin durumuna düşdü. Biz ancaq paytaxt Bakını gördüyümüzdən, deyə bilərik ki şəhərin böyük hissəsinə elektrik verilişi dayandırıldı və bu bir çox yerlərdə iki gün davam etdi. Bundan savayı, öz abonent saylarını gözümüzə soxan mobil operatorları da axsadı bu qarda. Şəbəkədə açıq aydın ciddi problemlər vardı. Yolları təmizləmək üçün bir-iki traktor mərkəzi prospektlərə o tərəf bu tərəfə dırıldasa da bu ümumi nəticəyə təsirsiz ötüşdü. Texniki cəhətdən hökumət çatdırmadı. Maraqlıdır, anlamı olmayan gic-gic bayramlara milyonlarla dollar səpələyən hökumət, icra strukturları Azərbaycana texnika almırlar.

Bir tərəfdən düz eləyirlər, nəyimizə gərəkdir ki, ildə bir dəfə qar yağır onsuz, durub ona görə para məsrəf etməyin adı nədir? Ondansa qarşıdan yay gəlir, icra başçılarımızdan, nazirlərimizdən nə bilim məmurlarımızdan biri Nabrandan zaddan bir yer götürüb, istirahət məzrkəzi açar və bu daha məqsədəuyğun olar. Eybi yox, xalq qışın qar yağan bir gününü qar içində, sürüşə sürüşə keçirsin, əvəzində yayda gəlib istirahət kompleksində bir ay rahatlanar, həm də soyuq dəyməsi çıxar.

Beləliklə qar bizə qəlbimizin dərinliyində gizlədiyimiz sevincdən başqa çoxlu problemlər gətirdi. Əslində il boyu qarlı bölgələr, ölkələr var və onlar qarla çox gözəl yola gedirlər. Qar əslində qışın yaraşığıdır, qar hər bir tərəfə, lap səhraya da yaraşır. Mən yenə də öz fikirmin üzərinə gəlirəm, o adamlar ki deyirlər bizə qar yaraşmır, mən o fikiri qətiyyən qəbul etmirəm, əslində biz qara yaraşmırıq, çünki qara hazırlaşa bilmirik, yağandan sonra isə haray həşirə düşürük... Hələ üstəlik bir cəmiyyət, bir gənclik, bir toplum olaraq da qarla rəftarımızdan danışmağa dəyməz. Odur ki, qar hər kəsə yaraşır, sadəcə qara yaraşmayanlar var, onlardan biri də biz.

Şərhiz əlavə.
Azərbaycan xalqının bu çovqunlu, boranlı, qış günlərində əlcəklərini geyinib qarla əlləşdiyi, qarda batdığı, soyuqda donduğu, qaranlıqda qaldığı bir sözlə, qısası nənələr demiş başımıza daş düşdüyü günlərdə ölkə başçısı, preziden İlham Əliyev Almaniyada səfərdə idi və o belə bir açıqlamada bulundu : AZƏRBAYCAN XALQI YAXŞI YAŞAYIR !

Şərhsiz əlavəyə şərh.
Azərbaycan xalqı deyil, onun qanını içənlərdir yaxşı yaşayanlar!


среда, 3 февраля 2010 г.

Komik Tragediya

Bu lənətə gəlmiş taleyimin əlindən hara qaçım?
Hansı qapıları döyüm, hansıları açım?
Ki, xoş üzlər görüm, içimdə olsun kosmos.
Hər saniyəm alt-üst, yerdə sıxılır qəlb, xaos... Xaos!

Üşüdüm tənhalıqdan insanlar içində,
Bu qədər insan varkən.
Tapmadım dərdimə şərik içində.
Bu qədər insan varkən.

Səhifələ kitabın növbəti səhifələrin.
Gör orda kimlər var, cırılacaq maskası kimlərin?
Alo, alo...
Həyat qırdı simlərin.
Kəsdi insan rabitələrin.
Tanrı da aldadar bizi,
Eşqi ilə hurilərin.
Lazım deyil səhifələmə!
Dəyişə bilməzsən düzənin,
Təbiətin yalan səhifələrin.

Deyirlər insan insana canavar.
Ancaq yox, bax gör nə qədər incə əllər var.
Nə olsun, o əllər altında iti caynaq, ülgüclər var.
Tək gecələr var?
Yox, həm gündüzlər var.
Ancaq hər ikisi zülmət, yalançı!
Yalançıdır doğan günəş yalançı!
İsitmədi soyuq ürəyi, doydurmadı qarını acı.
Kölgə vermədi tale ağacı.
Yalandan parlayar, edər gözümüzü zəlil.
Şüaları altında ədalət olub rəzil.
Pəki zülmətdən nə fərqin var, nə?
Həyat tapmacalarının açmacalarını,
Gizlətmə söylə mənə!

Bezdim bu şəhərin soyuq baxışlarından.
Sezdim bu qəlbin həyat yalvarışlarından,
Ki, hələ ölmək istəmir, döyünür... Dup, dup, dup...
Görəsən həyat tragediyasının ssenarisini kim qurub?

Baxdım təqvimə son ayda ilk kəs.
Unutmuşdum günü, ayı, qulaqda incə bir səs.
Hiyləgər İblis elə hey pıçıldayır...
Durma, kəs, kəs, kəs!
Kəs içi zibil axan damarlarını.
Tök qanını!
Saxla zamanı!
Dursun nəbz!
Qanad alıb uçacaqsan cənnətdə,
Hurilərə qovuşacaqsan cənnətdə.
Damarlarını kəs, kəs!
Sən də səsini kəs!
Kim zəmanət verir cənnəti bəs?
Yoxmu orada qaynar cəhənnəm bəs?
Bütün cəhdlərin boş yerə, əbəs!
Lap axirət dünyan kimi.
Lap xoşbəxtlik xülyam kimi.

Doğul, böyü, yarat, törət, yaşa, yaşa...
Yaşa bu zəhər dolu günləri, çıx başa.
Sonda olacaq həyatın sürprizi.
Xoşlanmasan da sürprizlərdən.
Çifayda! Çəkməz həyat kaprizi.
Bürüyəcək bədənimizə ağ bezi,
Torpaq çərçivələrə salacaq bizi.

Gözlərdən deyil, qəlbdəndir axan yaş.
Dünya mənsiz olaydı kaş.
Gözlər sevinclə dolaydı kaş.
Kaş bu kaşlar olmayaydı kaş.

Taxma, gizlədə bilməz eynək mundarlığı gözlərindəki,
Danışma, aldanmayacam hiyləgərliyə sözlərindəki.
Görmədi meymunlar eybəcərliyi özlərindəki,
Qoy baxsın, qoşa-qoşa aynalar,
İnsan qəlbini göstərsəydi,
Çat-çat olardı həmən aynalar.

Kim yazdı axı bu yazını alnımda?
Gərək qıram həmən əlləri!
Kim oynadır bizi bu dramda?
Gərək dağıdam həmən səhnəni!

Həyat qırıq-qırıq gülür bizə,
Siz ona qəhqəhə çəkin.
Yırtıcılar duyuq düşsə sizə,
Əldə tətik, gicgaha çəkin.

Danışacaq əli təsbehli möminlər...
Neçə-neçə uydurulmuş əfsanələr.
Ancaq içim yara, yaram qan,
Kömək əli verərlərmi,
İş mətləbə çatıb, xilas edərlərmi?

Həyat böyük bir restoran.
Hər gün eyni xörəklər, eyni menü.
Söndü günəş, düşdü alatoran,
Hesab gəldi, təhvil ver ömürü.

Dayanmır, elə hey qaçır...
Saatlar üzərində saniyə.
Ağla bir az, gülümsə bir az.
Axı həyat komik tragediya.
İblisin önündə keçirmə fobiya.
Axı o da bir mələk,
Gizlədərsə buynuzların.
Qoy qarışsın gülüşünə,
Gülüşünə göz yaşların.
Axı həyat komik tragediya.
Olmadı ona qarşı məndə maniya.

Bu zibilə dönmüş həyatdan,
Usandım, elə usandım...
Bir yar tapım deyə mən səni,
Axtardım, elə axtardım...
Göyə baxdım, ulduzlara qalxdım.
Axtarıb səni yerdə tapdım.
Dedim yaram sağalar, bitişmədi.
Şər dedim, yenə xeyir gəlmədi.
Dərdimə dərman axtardım,
Ən böyük dərdi dərman verdi.
Mələk istədim şeytan verdi.
Belimdə göstərdim xəncər izləri,
Sənə inandım, mələk gözləri.
Sənin oldu ən dərin xəncər izləri.

Boşdur yaşamaq, sevmək, ölmək...
Ölmək boşdur, mənə revolver gərək,
Oynayaq həyatla “ruskiy rulet”.
Bilirəm, ölməyəcəm, çünki şanslıyam.
Zülm çəkmək üçün mən şanslıyam.
Yaş üstünə axdıqca illər,
Gözdən axdı qanlı gilələr...

Ürək deyir et dediyin, ol İblisə yar.
Beyin deyir, yox, hələ bitirmədiyin işlər var.
Valideyin, iş, ailə, karyera... Dörd divar!
Həyat standartları sanki dörd divar.
Atar bizi ora, elə hey sıxar, elə hey sıxar...
Düşünmürəm ki bu qəlbim sinəmdə sonacan sığar.
Bir gün baxmayaraq sadəliyə, mürəkkəbliyə.
Ayaq altda alıb, tüpürərək müqəddəsliyə!
Aldanmayaraq mələklərin bakirəliyinə,
İnanacam İblisin, alov saçan gözlərinə.
Çəkəcək məni yanına,
Əsl odlar diyarına.
Olacam dostu, qisas, qisas...
Qisas alacam insanlıqdan.
Səbəb soracam nadanlıqdan.
Soracam hesabın tökülən qanların.
Yandıracam dərilərin oğraşların.
Alacam ömür boyu bir-birilərinə,
Zillənən nifrətli baxışların.
Kor, şikəst, kor qoyacam!
Əzab verəcəm, əzab, doymayacam.

Gözləri örtər bu gün qan...
Qan qoxusu gələr, artıq havadan.
Bu qoxu xəbərdarlıq bizə,
İblisin hücumundan.
Qəfil fırtınalar gəldi.
İldirımlar yerə endi.
İblis güldü, sonunuz gəldi!
Gözlərdə yaş gilə-gilədi,
İnsan rəhm, rəhm dilədi...
Yenə gözlər yaşlandı,
Komik tragediya başlandı!

четверг, 28 января 2010 г.

Bura Bakıdır



Gəzdim mən Bakını qarış-qarış.
Hər tində nifrətli baxış,
Hər döngədə əzablı yalvarış.
Açıq əllərdə qırılmış qəlblər,
Məyus gözlərdə sınmış ümidlər.
Böyük şəhərin kiçik insanları,
Kiçik insanların böyük dərdləri.
Bura Bakıdır.

Bakı saxta, plastik çiçəklərə bənzər.
Üzdən gözəl, ətiri yox,
Ləçəkləri al, nektarı yox.
Qonmur bu çiçəyə bal arayan arılar.
Bu şəhərdə var ancaq zəhər və ağrılar.

Bakı köhnəlsə də, ayaq üstə.
Bakı mazoxist şəhər, ülgücü çək bilək üstə.
Param olarsa bir gün, yerim var gözün üstə.
Ancaq hələ iqnorda, çökdürmüsən dizi üstə.

Gəzərkən mən Bakını qarış-qarış.
Görmədim mən sevgi, sevinc görmədim.
Gördüm saxta mesajlar, yalançı öpüşlər,
Qondarma bayramlar yaltaq gülüşlər.

Qoyub kərpic üstünə kərpic,
Tikdikcə həyat divarımızı.
Buldozer önünə verib, sökdün ideyalarımızı.
Planınamı düşdük, Bakı?
Yadınamı düşdük, Bakı?
Yaddaşsız yaddaşın qurusun!

Biz keçmişimizi unudub, gələcəyimizi itirmişik.
Biz yol ayrıcında durub, istiqamət itirmişik.
Kim deyir inkişaf etmişik?
Xoşbəxtlik dolu torba versən də,
O da olacaq altı deşik.

Xoşbəxtlik axtararaq döydüm qapısın,
Üzümə bağlandı qapısı Bakının.
Göstərdim sinəm üstə Vətən yarasın,
Damcı da qanamadı yarası Bakının.

Barış quşu göyərçin qax atar bizə.
“Heç biz bu qədər sülhpərvər deyilik, nə olub sizə?”
Sülh quşu bizik biz, azərbaycanlılar.
Hanı qisas, intiqam, dəliqanlılar?

Bakı, küçələrindən gəlir iyrənc qoxu.
Bu deyil neftli Bakı buxtasının mazutu.
Bu çürüyüb qurd basmış sənin qəlbindir.
Bakı, incimə, səni klizma etmək gərəkdir.

Bakı, ən eybəcər yuxularımda gördüm səni, surrealizm.
Küçələrini dağıdıb, şahı taxtdan salacam, anarxizm.
Bakı, sənə yaraşmadı, anlamadın sən demokratizm.
Reinkarnasya edəcək Hitlerin ruhu,
Başına yumruq, quracam şovinizm!

Naləmizi eşitmədin.
Eşitdinsə dinmədin.
Bura soyuq baxışlar, göz yaşlar hakim.
Küləklər şəhərinə yağışlar hakim.
Bura Bakıdır.




Yenə Qar Yağdı



Yenə bəyaz qar yağdı boz küçələrə.
Yenə qar topu, qar adamı...
Oynaşan uşaqların sevinci qarışdı gülüşlərə.
Bircə öncəki tək həvəsim olmadı.

Yenə axdı göydən ağ buz parçaları.
Yenə baxdı göydən xoşbəxtlik allahı.
Qəzəbə gəldik, tutdu ahı.
Söndü qazlar, oldu qəza.
Aldıq cəza.

Töküldü saf qar dənələri başımıza.
Qaldı ayağımızın altında, buladıq palçığımıza.
Kim deyir ki bizə qar yaraşmır?!
Biz qara yaraşmırıq!

Yağdı yenə qar...
Rəngi dəyişdi yollarımızın.
Doldu topa qar...
Əyildi budaqları ağaclarımızın.
Bircə öncəki tək qar adamı düzəltməyim olmadı.

Hopdu yenə qar pəncərəmizə.
Coşdu, daşdı...
Güc gəldi ümidimizə.
Ancaq söndü o ümidlər işığımızla.
Şam işığında közərmiş divarımızla.

Yenə qardan sonra sükut bağırdı çöllərə.
Qayğısız çocuqlar da vermişdilər əl-ələ.
Xarçıldatdım, gəzdim, dolaşdım qar üstündə.
Boş-boşuna, el-belə.
Bəlkə ötən günlər qayıdar deyə.


Yenə qar yağdı elimizə, sevinmədim.
“Dağlara qar yağdı bu gün, birinci qar”, demədim.
Duyğularım da bu şaxta ilə buzlaşır, hiss etdim.
Həyat daşlaşdırar bizi ötdükcə, dərk etdim.


вторник, 19 января 2010 г.

İyirmi İl Öncə və Sonra (20 Yanvar faciəsinə həsr olunur)

İyirmi il öncə iyirmi yanvar Azərbaycan tarixinə öz qanlı möhürünü vurdu.

İyirmi il öncə Azərbaycan xalqı öldü... və yenidən doğuldu!

İyirmi il öncə biz soyuq duşa girdik sanki, sifətimizə dəyən şapalaqların səsindən oyandıq, ayağa qalxdıq və azadlığımızı qazandıq! Görünür biz yalnız başımıza yumruq dəyəndə oyanırıq. Yenə bizi qapazlayan olsaydı, iyirmi il öncəki kimi...

İyirmi il öncə biz həyatın kələ-kötür yollarında qara-qura tarix səhifələrimizi yazdıq!

İyirmi il öncə Azərbaycan adlı ağacı qanımızla suladıq biz!

İyirmi il öncə sinəmizdə açılan yaralar hələ də sağalmayıb, tökülən qanlar qurumayıb! Həmin gün biz heç zaman olmadığı kimi həmrəy idik, bir yerdə idik və çox təəssüf ki o birlik elə orada qaldı.

İyirmi il öncə bizi ağlatdılar... Və biz hələ də ağlayırıq... Demək biz hələ hazır deyilik!

İyirmi il öncə şəhid olanlar bilməzdilər ki iyirmi il sonra biz bütün bu olanları unutmağa başlayacağıq!

İyirmi il sonra başımızın üstündən yenidən güllələr yağacaq, vəhşicəsinə qırılacağıq yenə, bəlkə də, unutqanlığımız üzündən! Unutqanlığımız buna layiqdir! İnsanın gücü yaddaşında, xalqın gücü tarixindədir!

суббота, 9 января 2010 г.

Bizi Bizləyən Həyat

Uşaqlıqda müxtəlif cür əyləncələr olur. Onlardan biri belə idi. İplə bağlanmış taxta dirəyə bir yeşik söykəyirdik, yeşiyin altına gedən yola dən səpirdik. Özümüz isə pusquda durub sərçələrin yerdəki dənləri dimdikləyə-dimdikləyə yeşiyin altına getməsini gözləyirdik. Elə ki zavallı sərçə yeşiyin altına girdi, bir ucu əlimizdə bir ucu taxtada olan ipi, yeşiyin dirəyini dartırdıq və zavallı sərçə tələyə düşürdü. Ancaq biz o zaman anlamırdıq ki özümüz də dəni dimdikləyərək tələyə doğru gedən sərçələr kimiyik, biz də həyatın bizə qurduğu tələyə doğru gedirik və bir gün gec-tez o tələyə düşəcəyimizin fərqində deyildik. Biz sərçələr üçün taxta çərçivə hazırlayan zaman həyat da bizə torpaq çərçivələr hazılayırdı və bir gün öz ipini çəkərək bizi ora salacağını bilmirdik. İndi bilsək də heç nəyi dəyişmək gücündə deyilik. Təbiətin ana qanunlarına qarşı çıxmaq mümkün deyil, güclü hər zaman qalibdir, biz sərçələrdən güclüyük, həyat da bizdən... Görəsən həyatı da kimsə tələyə salacaqmı?

* * * * * * * * * * * * * *

İlk xəyanəti mənə atamla anam etdi. Məni dünyaya gətirərək bu qəddar, əclaf dünyanın ağuşuna atmaqla. Məni həyatla mübarizəyə arxadan itələsələr də bir gün yanımda olmayacaqlarını və mənim çabalayacağımı, sonda məhv olacağımı bilə-bilə, eqoistcəsinə məni həyatın hüzuruna buraxdılar. Uşaq evinin darvazası qabağına atılmış kiməsiz uşaqlardan bizim heç bir fərqimiz yoxdur, heç bir! Biz də onlar kimi həyatla təkbaşına mübarizə aparırıq, arxamızda kimlərinsə dekorasiya şəkilində durmasına baxmayaraq. İnsanlar hamısı yetimdirlər, analı-atalı yetimlər. Bu dünya da internatdır. Heç bir bioliji ata-ana bizi həyat hadisələrindən siğortalamayıb, siğortalaya da bilməz, çünki onlar da bizim kimi acizdirlər. Bizi məktəbdə özümüzdən güclü sinif yoldaşımız əzişdirəndə, metroda cibimizdən pul kisəmiz çırpışdırılanda ya dünyaya qüsurlu doğulub digərləri tərəfindən ələ salınanda, alçaldılanda valideynlərimiz bizə kömək etmədilər. Bütün bunlarla biz həyatda təkbətək qaldıq, öz gücümüzlə mübarizə apardıq, valideynlərimiz bizi törədib daha sonra atdılar...

İkinci xəyanəti mənə həyat etdi. Mən bunu yaşa dolduqca, beyin hüceyrələrim ətrafı, dünyanı dərk etdikcə anladım. Həyatın necə boş və mənasız olduğunu anladım. 60-70 illik ömürdən sonra bürmələnib tez-bazar qara torpağa atılacağımı anladım. Həyat əlimizdən tutaraq bizə yeriməyi, danışmağı, düşünməyi, yaşamağı, çarpışmağı, qocalmağı öyrədir, əldən düşüb, ona lazım olmayandan sonra isə bizi uçurumun astanasına gətirir, o zaman biz anlayırıq ki ömürümüz boyu həyatla əl-ələ gəldiyimiz yol, uçuruma gedən yol idi əslində... və əlimizi buraxır, belimizdən də itələyir...

Üçüncü xəyanəti isə özüm özümə etmək istəyirəm. Həyatın acığına! Qoy onun missiyası yarımçıq qalsın! Qoy o istəyinə çatmasın! Qoy o məni tələyə sala bilməsin! Ancaq həyat hərəni bir cür qarmaqlayır, müxtəlif metodlarla, bəlkə də məni bu yolnan salmaq istəyir tələsinə, öz əlim ilə, guya həyat suçlu deyil, o heç nə etmədi, “öz qanına öz əli bulaşdı”...

среда, 6 января 2010 г.

Ruhun Romantikası



Gördüm görüş yerimizdəki tənha ağacı göz yaşlarınla suladığını,
Həmin isti göz yaşların hər gecə yatığını necə islatdığını.
Gördüm sənə dərdiyim çiçəyi hələ də sandığında saxladığını,
Həmin büzük çiçək tək sənin də solduğunu, saraldığını.
Demişdik onu uşaqlarımıza göstərərik.
Xəyallar...Siz qanadlı quş kimisiz.
Yazda varsız, payızda yox.
İnsan xəyal üçün acdır,
Sandıqçası olsa da tox.
Siz zəhərli bal kimisiz,
Ümid verir, səmalarda yaşadırsız.
Bir gün sizdən ayılanda,
Əzab verir, sarsıdırsız.
Saçlarını dara, belini dik tut,
Nəmli gözlərindəki yaşları qurut,
Sevinci saxla, kədəri unut.
Bunları demək istədim sənə...Bacarmadım!
Göz altı qara, əllər əsirdi,
Saçlar ağarır, dodaq titrəyirdi.
O gün səni görəndə sanki zamanından öncə qocalmışdın.
Çox dəyişmişdin...
Bircə mavi gözlərindəki odlu sevgini saxlamışdın,
Məzarımı da bərk-bərk qucaqlamışdın.
Buna dözə bilməzdim, ağladım...
Sən də yağış yağdığını sandın.

Santa Klausa məktub



Əzizimiz Santa.Səndən o qədər şikayətim var ki heç bilmirəm hansından başlayım.Hər il sənə qucaq dolusu arzular yollayıram.Ancaq bilmirəm ya pərilər onu sənə çatdırmır ya da ki sən qocalmısan artıq.Qocalıq haqda söz düşmüşkən.Mən sənə təklif edirəm ki təqaüdə çıxasan.Bir ətrafındakı qocalara bax.Qonşumuz Şirməmməd babanın 70 yaşı var, dili söz tutmur.Sən əsrlərdir işləyirsən məncə çox yorulmusan, sənə təcili şəkildə təqaüdə çıxmaq lazımdır.Bundan əlavə sənin 21 ildir ki mənə yalan satırsan.Mən də nurani üzünə, bığ-saqqalına inanmışdım.Yerinə yetirmədiyin o qədər arzular yollamışdım ki sənə...Yadımdadır 12 yaşımda sənə ürəyimi açmışdım.Ancaq sən nə etdin? O boyda həngamə arzulardan təkcə “pultlu maşın”.Ancaq sən diləklərimi reallaşdırsaydın indi dünya çiçək açırdı.

Ancaq sən də çoxbilmişsəne deyirəm.Sən yəqinki bu
ölkədə təqaüd gücünə yaşamağın mümkünsüz olduğunu bilirsən, özün üçün bulvarda
bir yolka qayırıb altında dombuşub durmusan, sənə qəlbini açan çocuqlarla şəkil çəkdirisən.Sən yəqin etmisən ki Azərbaycanda 80 manatlıq təqaüdlə yaşamaqdansa burda yolka dibində çak-çuk etməklə daha yaxşı dolana bilərsən.Səndən daha bir şikayətim.Sən şəhərdə son zamanlar o qədər çoxalmısan ki, itə daş atırsan gedib Santaya dəyir.

Pul qazanmağı bacarırsan öz aramızdır.Santa baba,sən papağınla da al-ver edirsən son illər.Bilmirəm bilirsən ya yox, bizim eldə elə də yaxşı baxmırlar papaqla manikulyasiya edənlərə.Yekə kişisən adam da papağını satar? Hər şey bir qırağa sən azərbaycanlı gəncləri tanımırsan elə bil.Bəyəm bulvarda keçən il səni yerə yıxıb belinə minən həmin o gənclər deyildi? Polis gəlməsəydi bəlkə indi o dünyada idin.Ancaq maraqlı hadisə olardı.Azərbaycanda analoqu olmayan olay... Gənclər Santa Klausu döyüb öldürdü...Onsuz bizdə hər şeyin ya da heç bir şeyin analoqu yoxdur ey zavallı Santa.Nə isə sözüm onda yox, belə baxanda o səni təpikləyən cavanların haqları var idi.Qoca adamsan, sənə lazım idi yoldan keçən qızlara ilişmək? Bizdə belə şeyə yaxşı baxmırlar, odur ki bir az özünü yığışdır.Santa Klaus olanda nə olar? Gərək elə şitlik eliyəsən? Bax səni istəyib deyirəm, təqaüdə çıxmaq istəmirsən bir şey demirik, şəhərin göbəyində obyekt də vermişik ki cubbulularnan şəkil çəkdirib dolanasan, daha yoldan keçən qızlara ilişmək yaraşmaz sənə.

Bir sözü qoyub başqasına keçirəm.Papağını satışa çıxarmağından danışırdım axı.Birincisi Santa baba, bu bir az ağır söhbətdir.İkincisi sənin bu papağın daha gözlərimizin mazolu olub.İşsiz gücsüz gənclərimizin əlinə, itin ağzına sümüy düşən kimi düşüb
sənin bu papaqların.Hansı tinə baxırsan qırmızı papaqlılar gəlir, üstündə də “sveto muzıka”.Belə biyabırçılıq olmaz axı.Hələ metro çıxışlarında əlləri sənin papaqlarınla dolu alverçiləri demirəm.Yeni çıxanda birini də mən Gənclik metrosu çıxışından almışdım sənin şərəfivə.

Bütün bunlar azmış kimi keçən dəfə səni İçəri Şəhər Qala Qapısının üstünə dırmaşıq vəziyyətdə gördüm.Özünə görə deyilsən ha ağsaqqal.Divara dırmaşıb Bakımızı, insanlarımızı süzürdün....Düşünmə ki kinayəli gülüşünə fikir verməmişəm, iraq olsun elə bil “qreximiz” var yanında nədi?! Son şikayətim də budur.Santa, adamlara yuxarıdan aşağı baxmaq heç də yaxşı hərəkət deyil.Nə günlərə qaldıq deyirəm.Santa Klaus da bizə yuxarıdan aşağı baxaraq, günümüzə gülür!

* * * * * * * * * * * * * *

Sənin saqqalıvın yalançı olduğunu biləndə çox üzülmüşdüm.Həyatda hər şeyə inanmağın düzgün olmadığını sən öyrətdin mənə, həyata gözlərimi ilk olaraq sən açdın ey Santa! Sənin yalan olduğunu biləndən sonra mənim şirin dünyamın sadəcə bir dekorasiya olduğunu anlayırdım.Sənin tək şirin yalanlar acı doğrularla əvəzlənirdi həyatımda. Sənin yalançı olmağından sonra dərk etməyə çalışdım həyatı.Sonda anladım ki qayğısız, şirin, gözəl şeylər yalan olduğu qədər acı istiot kimi yandırıcı imiş.İndi mən sənə inanan, noyabrın sonundan yolka qurub, təpəsinə ulduz yapışdıran həmin qayğısız, qırmızı yanaq uşaq deyiləm.

Yadımdadır nənəm məni həmişə yolka şənliklərinə aparardı.Sən mənə hədiyyə paketləri verərdin.Ballı-qozlu, saqqız, maska və şar olardı içində.İnanılmaz dərəcədə sevinərdim.Artıq o mutlu dönəm yoxdur, həmin sevinc yoxdur, həmin qəh-qəhəli gülüş yoxdur, həmin həyat ehtirası yoxdur...Dünən güzgüyə baxdım, alnımda nazik uzun bir qırış əmələ gəlib, Santa...Ancaq mən yenə də şar köpürtmək, yolka çevrəsində fırlanmaq, sənin sehirli çubuğunla yolkanı necə yandırmağına tamaşa etmək istəyirəm.Mənim şirin yalanım, mutlu anlarım, qayğısız illərim...Santa Klaus!