четверг, 28 января 2010 г.

Bura Bakıdır



Gəzdim mən Bakını qarış-qarış.
Hər tində nifrətli baxış,
Hər döngədə əzablı yalvarış.
Açıq əllərdə qırılmış qəlblər,
Məyus gözlərdə sınmış ümidlər.
Böyük şəhərin kiçik insanları,
Kiçik insanların böyük dərdləri.
Bura Bakıdır.

Bakı saxta, plastik çiçəklərə bənzər.
Üzdən gözəl, ətiri yox,
Ləçəkləri al, nektarı yox.
Qonmur bu çiçəyə bal arayan arılar.
Bu şəhərdə var ancaq zəhər və ağrılar.

Bakı köhnəlsə də, ayaq üstə.
Bakı mazoxist şəhər, ülgücü çək bilək üstə.
Param olarsa bir gün, yerim var gözün üstə.
Ancaq hələ iqnorda, çökdürmüsən dizi üstə.

Gəzərkən mən Bakını qarış-qarış.
Görmədim mən sevgi, sevinc görmədim.
Gördüm saxta mesajlar, yalançı öpüşlər,
Qondarma bayramlar yaltaq gülüşlər.

Qoyub kərpic üstünə kərpic,
Tikdikcə həyat divarımızı.
Buldozer önünə verib, sökdün ideyalarımızı.
Planınamı düşdük, Bakı?
Yadınamı düşdük, Bakı?
Yaddaşsız yaddaşın qurusun!

Biz keçmişimizi unudub, gələcəyimizi itirmişik.
Biz yol ayrıcında durub, istiqamət itirmişik.
Kim deyir inkişaf etmişik?
Xoşbəxtlik dolu torba versən də,
O da olacaq altı deşik.

Xoşbəxtlik axtararaq döydüm qapısın,
Üzümə bağlandı qapısı Bakının.
Göstərdim sinəm üstə Vətən yarasın,
Damcı da qanamadı yarası Bakının.

Barış quşu göyərçin qax atar bizə.
“Heç biz bu qədər sülhpərvər deyilik, nə olub sizə?”
Sülh quşu bizik biz, azərbaycanlılar.
Hanı qisas, intiqam, dəliqanlılar?

Bakı, küçələrindən gəlir iyrənc qoxu.
Bu deyil neftli Bakı buxtasının mazutu.
Bu çürüyüb qurd basmış sənin qəlbindir.
Bakı, incimə, səni klizma etmək gərəkdir.

Bakı, ən eybəcər yuxularımda gördüm səni, surrealizm.
Küçələrini dağıdıb, şahı taxtdan salacam, anarxizm.
Bakı, sənə yaraşmadı, anlamadın sən demokratizm.
Reinkarnasya edəcək Hitlerin ruhu,
Başına yumruq, quracam şovinizm!

Naləmizi eşitmədin.
Eşitdinsə dinmədin.
Bura soyuq baxışlar, göz yaşlar hakim.
Küləklər şəhərinə yağışlar hakim.
Bura Bakıdır.




Yenə Qar Yağdı



Yenə bəyaz qar yağdı boz küçələrə.
Yenə qar topu, qar adamı...
Oynaşan uşaqların sevinci qarışdı gülüşlərə.
Bircə öncəki tək həvəsim olmadı.

Yenə axdı göydən ağ buz parçaları.
Yenə baxdı göydən xoşbəxtlik allahı.
Qəzəbə gəldik, tutdu ahı.
Söndü qazlar, oldu qəza.
Aldıq cəza.

Töküldü saf qar dənələri başımıza.
Qaldı ayağımızın altında, buladıq palçığımıza.
Kim deyir ki bizə qar yaraşmır?!
Biz qara yaraşmırıq!

Yağdı yenə qar...
Rəngi dəyişdi yollarımızın.
Doldu topa qar...
Əyildi budaqları ağaclarımızın.
Bircə öncəki tək qar adamı düzəltməyim olmadı.

Hopdu yenə qar pəncərəmizə.
Coşdu, daşdı...
Güc gəldi ümidimizə.
Ancaq söndü o ümidlər işığımızla.
Şam işığında közərmiş divarımızla.

Yenə qardan sonra sükut bağırdı çöllərə.
Qayğısız çocuqlar da vermişdilər əl-ələ.
Xarçıldatdım, gəzdim, dolaşdım qar üstündə.
Boş-boşuna, el-belə.
Bəlkə ötən günlər qayıdar deyə.


Yenə qar yağdı elimizə, sevinmədim.
“Dağlara qar yağdı bu gün, birinci qar”, demədim.
Duyğularım da bu şaxta ilə buzlaşır, hiss etdim.
Həyat daşlaşdırar bizi ötdükcə, dərk etdim.


вторник, 19 января 2010 г.

İyirmi İl Öncə və Sonra (20 Yanvar faciəsinə həsr olunur)

İyirmi il öncə iyirmi yanvar Azərbaycan tarixinə öz qanlı möhürünü vurdu.

İyirmi il öncə Azərbaycan xalqı öldü... və yenidən doğuldu!

İyirmi il öncə biz soyuq duşa girdik sanki, sifətimizə dəyən şapalaqların səsindən oyandıq, ayağa qalxdıq və azadlığımızı qazandıq! Görünür biz yalnız başımıza yumruq dəyəndə oyanırıq. Yenə bizi qapazlayan olsaydı, iyirmi il öncəki kimi...

İyirmi il öncə biz həyatın kələ-kötür yollarında qara-qura tarix səhifələrimizi yazdıq!

İyirmi il öncə Azərbaycan adlı ağacı qanımızla suladıq biz!

İyirmi il öncə sinəmizdə açılan yaralar hələ də sağalmayıb, tökülən qanlar qurumayıb! Həmin gün biz heç zaman olmadığı kimi həmrəy idik, bir yerdə idik və çox təəssüf ki o birlik elə orada qaldı.

İyirmi il öncə bizi ağlatdılar... Və biz hələ də ağlayırıq... Demək biz hələ hazır deyilik!

İyirmi il öncə şəhid olanlar bilməzdilər ki iyirmi il sonra biz bütün bu olanları unutmağa başlayacağıq!

İyirmi il sonra başımızın üstündən yenidən güllələr yağacaq, vəhşicəsinə qırılacağıq yenə, bəlkə də, unutqanlığımız üzündən! Unutqanlığımız buna layiqdir! İnsanın gücü yaddaşında, xalqın gücü tarixindədir!

суббота, 9 января 2010 г.

Bizi Bizləyən Həyat

Uşaqlıqda müxtəlif cür əyləncələr olur. Onlardan biri belə idi. İplə bağlanmış taxta dirəyə bir yeşik söykəyirdik, yeşiyin altına gedən yola dən səpirdik. Özümüz isə pusquda durub sərçələrin yerdəki dənləri dimdikləyə-dimdikləyə yeşiyin altına getməsini gözləyirdik. Elə ki zavallı sərçə yeşiyin altına girdi, bir ucu əlimizdə bir ucu taxtada olan ipi, yeşiyin dirəyini dartırdıq və zavallı sərçə tələyə düşürdü. Ancaq biz o zaman anlamırdıq ki özümüz də dəni dimdikləyərək tələyə doğru gedən sərçələr kimiyik, biz də həyatın bizə qurduğu tələyə doğru gedirik və bir gün gec-tez o tələyə düşəcəyimizin fərqində deyildik. Biz sərçələr üçün taxta çərçivə hazırlayan zaman həyat da bizə torpaq çərçivələr hazılayırdı və bir gün öz ipini çəkərək bizi ora salacağını bilmirdik. İndi bilsək də heç nəyi dəyişmək gücündə deyilik. Təbiətin ana qanunlarına qarşı çıxmaq mümkün deyil, güclü hər zaman qalibdir, biz sərçələrdən güclüyük, həyat da bizdən... Görəsən həyatı da kimsə tələyə salacaqmı?

* * * * * * * * * * * * * *

İlk xəyanəti mənə atamla anam etdi. Məni dünyaya gətirərək bu qəddar, əclaf dünyanın ağuşuna atmaqla. Məni həyatla mübarizəyə arxadan itələsələr də bir gün yanımda olmayacaqlarını və mənim çabalayacağımı, sonda məhv olacağımı bilə-bilə, eqoistcəsinə məni həyatın hüzuruna buraxdılar. Uşaq evinin darvazası qabağına atılmış kiməsiz uşaqlardan bizim heç bir fərqimiz yoxdur, heç bir! Biz də onlar kimi həyatla təkbaşına mübarizə aparırıq, arxamızda kimlərinsə dekorasiya şəkilində durmasına baxmayaraq. İnsanlar hamısı yetimdirlər, analı-atalı yetimlər. Bu dünya da internatdır. Heç bir bioliji ata-ana bizi həyat hadisələrindən siğortalamayıb, siğortalaya da bilməz, çünki onlar da bizim kimi acizdirlər. Bizi məktəbdə özümüzdən güclü sinif yoldaşımız əzişdirəndə, metroda cibimizdən pul kisəmiz çırpışdırılanda ya dünyaya qüsurlu doğulub digərləri tərəfindən ələ salınanda, alçaldılanda valideynlərimiz bizə kömək etmədilər. Bütün bunlarla biz həyatda təkbətək qaldıq, öz gücümüzlə mübarizə apardıq, valideynlərimiz bizi törədib daha sonra atdılar...

İkinci xəyanəti mənə həyat etdi. Mən bunu yaşa dolduqca, beyin hüceyrələrim ətrafı, dünyanı dərk etdikcə anladım. Həyatın necə boş və mənasız olduğunu anladım. 60-70 illik ömürdən sonra bürmələnib tez-bazar qara torpağa atılacağımı anladım. Həyat əlimizdən tutaraq bizə yeriməyi, danışmağı, düşünməyi, yaşamağı, çarpışmağı, qocalmağı öyrədir, əldən düşüb, ona lazım olmayandan sonra isə bizi uçurumun astanasına gətirir, o zaman biz anlayırıq ki ömürümüz boyu həyatla əl-ələ gəldiyimiz yol, uçuruma gedən yol idi əslində... və əlimizi buraxır, belimizdən də itələyir...

Üçüncü xəyanəti isə özüm özümə etmək istəyirəm. Həyatın acığına! Qoy onun missiyası yarımçıq qalsın! Qoy o istəyinə çatmasın! Qoy o məni tələyə sala bilməsin! Ancaq həyat hərəni bir cür qarmaqlayır, müxtəlif metodlarla, bəlkə də məni bu yolnan salmaq istəyir tələsinə, öz əlim ilə, guya həyat suçlu deyil, o heç nə etmədi, “öz qanına öz əli bulaşdı”...

среда, 6 января 2010 г.

Ruhun Romantikası



Gördüm görüş yerimizdəki tənha ağacı göz yaşlarınla suladığını,
Həmin isti göz yaşların hər gecə yatığını necə islatdığını.
Gördüm sənə dərdiyim çiçəyi hələ də sandığında saxladığını,
Həmin büzük çiçək tək sənin də solduğunu, saraldığını.
Demişdik onu uşaqlarımıza göstərərik.
Xəyallar...Siz qanadlı quş kimisiz.
Yazda varsız, payızda yox.
İnsan xəyal üçün acdır,
Sandıqçası olsa da tox.
Siz zəhərli bal kimisiz,
Ümid verir, səmalarda yaşadırsız.
Bir gün sizdən ayılanda,
Əzab verir, sarsıdırsız.
Saçlarını dara, belini dik tut,
Nəmli gözlərindəki yaşları qurut,
Sevinci saxla, kədəri unut.
Bunları demək istədim sənə...Bacarmadım!
Göz altı qara, əllər əsirdi,
Saçlar ağarır, dodaq titrəyirdi.
O gün səni görəndə sanki zamanından öncə qocalmışdın.
Çox dəyişmişdin...
Bircə mavi gözlərindəki odlu sevgini saxlamışdın,
Məzarımı da bərk-bərk qucaqlamışdın.
Buna dözə bilməzdim, ağladım...
Sən də yağış yağdığını sandın.

Santa Klausa məktub



Əzizimiz Santa.Səndən o qədər şikayətim var ki heç bilmirəm hansından başlayım.Hər il sənə qucaq dolusu arzular yollayıram.Ancaq bilmirəm ya pərilər onu sənə çatdırmır ya da ki sən qocalmısan artıq.Qocalıq haqda söz düşmüşkən.Mən sənə təklif edirəm ki təqaüdə çıxasan.Bir ətrafındakı qocalara bax.Qonşumuz Şirməmməd babanın 70 yaşı var, dili söz tutmur.Sən əsrlərdir işləyirsən məncə çox yorulmusan, sənə təcili şəkildə təqaüdə çıxmaq lazımdır.Bundan əlavə sənin 21 ildir ki mənə yalan satırsan.Mən də nurani üzünə, bığ-saqqalına inanmışdım.Yerinə yetirmədiyin o qədər arzular yollamışdım ki sənə...Yadımdadır 12 yaşımda sənə ürəyimi açmışdım.Ancaq sən nə etdin? O boyda həngamə arzulardan təkcə “pultlu maşın”.Ancaq sən diləklərimi reallaşdırsaydın indi dünya çiçək açırdı.

Ancaq sən də çoxbilmişsəne deyirəm.Sən yəqinki bu
ölkədə təqaüd gücünə yaşamağın mümkünsüz olduğunu bilirsən, özün üçün bulvarda
bir yolka qayırıb altında dombuşub durmusan, sənə qəlbini açan çocuqlarla şəkil çəkdirisən.Sən yəqin etmisən ki Azərbaycanda 80 manatlıq təqaüdlə yaşamaqdansa burda yolka dibində çak-çuk etməklə daha yaxşı dolana bilərsən.Səndən daha bir şikayətim.Sən şəhərdə son zamanlar o qədər çoxalmısan ki, itə daş atırsan gedib Santaya dəyir.

Pul qazanmağı bacarırsan öz aramızdır.Santa baba,sən papağınla da al-ver edirsən son illər.Bilmirəm bilirsən ya yox, bizim eldə elə də yaxşı baxmırlar papaqla manikulyasiya edənlərə.Yekə kişisən adam da papağını satar? Hər şey bir qırağa sən azərbaycanlı gəncləri tanımırsan elə bil.Bəyəm bulvarda keçən il səni yerə yıxıb belinə minən həmin o gənclər deyildi? Polis gəlməsəydi bəlkə indi o dünyada idin.Ancaq maraqlı hadisə olardı.Azərbaycanda analoqu olmayan olay... Gənclər Santa Klausu döyüb öldürdü...Onsuz bizdə hər şeyin ya da heç bir şeyin analoqu yoxdur ey zavallı Santa.Nə isə sözüm onda yox, belə baxanda o səni təpikləyən cavanların haqları var idi.Qoca adamsan, sənə lazım idi yoldan keçən qızlara ilişmək? Bizdə belə şeyə yaxşı baxmırlar, odur ki bir az özünü yığışdır.Santa Klaus olanda nə olar? Gərək elə şitlik eliyəsən? Bax səni istəyib deyirəm, təqaüdə çıxmaq istəmirsən bir şey demirik, şəhərin göbəyində obyekt də vermişik ki cubbulularnan şəkil çəkdirib dolanasan, daha yoldan keçən qızlara ilişmək yaraşmaz sənə.

Bir sözü qoyub başqasına keçirəm.Papağını satışa çıxarmağından danışırdım axı.Birincisi Santa baba, bu bir az ağır söhbətdir.İkincisi sənin bu papağın daha gözlərimizin mazolu olub.İşsiz gücsüz gənclərimizin əlinə, itin ağzına sümüy düşən kimi düşüb
sənin bu papaqların.Hansı tinə baxırsan qırmızı papaqlılar gəlir, üstündə də “sveto muzıka”.Belə biyabırçılıq olmaz axı.Hələ metro çıxışlarında əlləri sənin papaqlarınla dolu alverçiləri demirəm.Yeni çıxanda birini də mən Gənclik metrosu çıxışından almışdım sənin şərəfivə.

Bütün bunlar azmış kimi keçən dəfə səni İçəri Şəhər Qala Qapısının üstünə dırmaşıq vəziyyətdə gördüm.Özünə görə deyilsən ha ağsaqqal.Divara dırmaşıb Bakımızı, insanlarımızı süzürdün....Düşünmə ki kinayəli gülüşünə fikir verməmişəm, iraq olsun elə bil “qreximiz” var yanında nədi?! Son şikayətim də budur.Santa, adamlara yuxarıdan aşağı baxmaq heç də yaxşı hərəkət deyil.Nə günlərə qaldıq deyirəm.Santa Klaus da bizə yuxarıdan aşağı baxaraq, günümüzə gülür!

* * * * * * * * * * * * * *

Sənin saqqalıvın yalançı olduğunu biləndə çox üzülmüşdüm.Həyatda hər şeyə inanmağın düzgün olmadığını sən öyrətdin mənə, həyata gözlərimi ilk olaraq sən açdın ey Santa! Sənin yalan olduğunu biləndən sonra mənim şirin dünyamın sadəcə bir dekorasiya olduğunu anlayırdım.Sənin tək şirin yalanlar acı doğrularla əvəzlənirdi həyatımda. Sənin yalançı olmağından sonra dərk etməyə çalışdım həyatı.Sonda anladım ki qayğısız, şirin, gözəl şeylər yalan olduğu qədər acı istiot kimi yandırıcı imiş.İndi mən sənə inanan, noyabrın sonundan yolka qurub, təpəsinə ulduz yapışdıran həmin qayğısız, qırmızı yanaq uşaq deyiləm.

Yadımdadır nənəm məni həmişə yolka şənliklərinə aparardı.Sən mənə hədiyyə paketləri verərdin.Ballı-qozlu, saqqız, maska və şar olardı içində.İnanılmaz dərəcədə sevinərdim.Artıq o mutlu dönəm yoxdur, həmin sevinc yoxdur, həmin qəh-qəhəli gülüş yoxdur, həmin həyat ehtirası yoxdur...Dünən güzgüyə baxdım, alnımda nazik uzun bir qırış əmələ gəlib, Santa...Ancaq mən yenə də şar köpürtmək, yolka çevrəsində fırlanmaq, sənin sehirli çubuğunla yolkanı necə yandırmağına tamaşa etmək istəyirəm.Mənim şirin yalanım, mutlu anlarım, qayğısız illərim...Santa Klaus!

İN-anılmaz SAN-cı

Oxu, yaz, poz.
Həyat belədir...
Yarı ağ, yarı boz.
Bir gün sən də gedərsən,
Qalar addımlardan doğan toz.

Uçmaq istəmə,
Quş ola bilməyəcəksən!
Saçmaq istəmə,
Günəş ola bilməyəcəksən!
Yaşamaq istə,
Olsan, olsan insan olarsan!

Sahillər dənizlərin düşməni,
O olmasa ümman sonsuz olardı.
Günəş yağışın düşməni,
O olmasa səhralara yağmur dolardı.
İnsan insanın düşməni,
O olmasa qəlblər qırılmaz qalardı.

Biz bal uğrunda mübarizə aparan,
Pətəyə doldurulmuş bir topa arı.
Həyat-yaşamaq, yaşamaq-mübarizə, mübarizə-ölüm,
Ölümdür axırı.
Sadəcə onlar nizamlı biz nizamsız.
Arılar qədər olmadıqmı? Əfsus.

Deyirlər ki, ay olan yerdə zülmət olmaz.
Gün olan yerdə bulaq donmaz.
Su olan yerdə çiçək solmaz.
Pul olan yerdə gözlər doymaz.

Dovşanı parçalayan aslanmı,
İnsanı parçalayan insanmı vəhşi?
Birinci təbiətin zərurəti,
İkinci çirkin qəlblər xəyanəti.
Hansı daha vəhşi?

Əsrlər keçdi, eralar keçdi...
Biz dəyişmədik, dəyişmirik, dəyişməyəcəyik!
Sərxoş pərvanənin rəqsi tək,
Uçub-uçub sonda öləcəyik.

Həyat adlı ağacın insan adlı meyvələri.
Tumurcuqlayırıq, çiçək açırıq, bar veririk.
Sonda ya dərib yeyirlər,
Ya da ki torpağa enirik.

Torpaqdır insan anası!
Deyil bu vətənpərvər şarkısı.
Yaşayanda üstündə gəzirik,
Öləndə içində yatarıq.

Bioloji anamızdan qat-qat qayğıkeş torpaq.
Doqquz ay bizə dözmədi anamız,
Sonsuzadək dözəcək torpağımız.
Qucaq açıb özləyəcək torpağımız.

Sənin incə dodaqların...

Sənin incə dodaqların...
Təsvir etmək çox çətin.
Sanki barmaqlar quruyub,quruyub qələm.
Mələksən ya insan?
Düşünürəm hələm.

Dostum idi sevincdə qəmdə,
Oxşayardın nazlı sözlərlə məni həm də.
O dodaqlardan sıyrılan sözlər,
Qarşısında şam tək əriyərdi gözlər.

Sənin incə dodaqların...
Yəqin ki, Da Vinçinin fırçası aciz qalardı onun qarşısında.
Şopen də çevirə bilməzdi notlara onu sonatasında.

Sənin incə dodaqların...
Toxunmuşdu mənə ilk kəs yeni il gecəsində.
On iki ərəfəsində.
Dodaqlarını ayıranda bir il,tam bir il ötmüşdü.
O zaman hiss etmişdim necə qırmızılar ağlara hücum edirdi qanımda.
Üsyan idi damarlarımda.

Sənin incə dodaqların...
Nə biləydim kabusum olacaq,
Soyuq payız küləyi tək bir gün məndən soyuyacaq.
Sualıma da cavab tapmışdım.
Nə mələk, nə insan.
İblis! İblisə aldanmışdım.

Özün kimi dodaqların da xəyanətkar,
Sözlərin boş, sevgin saxtakar çıxdı.
Toxunarkən başqa dodaqlara.
Sənin incə dodaqların...

Bir Tələbənin Gündəliyindən


4 dekabr 2009.

Yenə də düşüncələr burulğanında boğuluram...İçim sıxılır...Sıxır məni...Vicdan...Bilmirəm bu yaxşıdır ya pis?Yaxşı ona görə ola bilər ki vicdan ağradırsa demək o var,vicdansız deyiləm.Pis nə üçün bəs?Heç özüm də bilmirəm nə üçün ancaq çox pisəm.Dayanacaqda durmuşam.Avtobusu gözləyirəm.Gəlmək bilmir.Tez gəlsəydi fikirim yayınardı,beynimdə məni əzən düşüncələr dağılardı...Aha,avtobus gəldi və mən ona minib evə yola düşdüm.Bu gün bitdi.

Konfrans və ya konfırıldağs.

Hər şey dərsdən sonra konfrans olacağı xəbəri ilə başladı.Saat 11-ə qalırdı,bekar idim.Getməyə qərara aldım.Görüm yenə nə danışırlar həm də bir az vaxtımı öldürüm deyə.Akt zalına tərəf götürüldüm.Tədbir hələ başlamamışdı,içəridə sakit uğultu var idi.Qrup yoldaşlarımı gözlərimlə axtarıb tapdım,arxalarındakı boş sıraya keçib oturdum.Səhnədə kürsü qurulmuş,masanın üzərinə bir azdan o kürsdüdə oturanların adları yazılmış vərəqlər qoyulmuşdu.Siyavuş Qarayev.Aha,demək rektorumuz da bu konfransa təşrif buyuracaq.Sevindim hardasa ki,dörd ildə ilk kəs bu insanın üzünü görmək şərəfinə nail olacam.Hələlik zala göz gəzdirirdim,səhnədə sağda küncdə monitor.Samir Bağırov,Nadir Qafarzadə...Deyirdim sənə sevgi gözəldi...Ey mənim bəlalı sevgim...Yüngül səslə zal dinamikləri bu tip mahnılarla guya konfrans iştirakçılarını əyləndiridi,komfort deyirlər dəyəsən bunun adına.İyirmi dəqiqə də belə keçdi,dvd söndü nəhayət.,deyəsən başlamağa az qalırdı ancaq hələ qarışıqlıq idi.Qarşı sırada oturan qrup yoldaşlarımdan biri ayağa qalxdı,işi var idi,getməli idi.Birdən ”Ay qaqaş,ay qaqaş” deyə arxadan yetərli qədər arxayın bir səs gəldi,nəzarətçi idi.Qrup yoldaşım çönüb baxdı.”Otur aşağı,rektor gəlir!”.Bu arada rektorumuz haqqında bildiklərimdən qısa bir arayış.


Arayış.

Siyavuş Qarayev.Deyilənə görə Neft Akademiyasının rektorudur,akademikdir.Bu vaxtacan onu ancaq qəzet səhiflərindəki şəkillərdən görmüşdüm,hansı ki fəxarətlə akademiyamızın elan guşəsinə vurulur.Tələbələri heç sevmir deyilənə görə.Bu doğrudur.Onun akademik guşəsi akademiyanın ikinci mərtəbəsində,otağının qarşısındakı dəhlizə qırmızı xalı salınmış,güclü mühafizə olunmuş bir yerdədir.O orada olan zaman hər iki tərəfdə həmkarlar yolu bağlayar,hərəkəti mümkün qədər məhdudlaşdırarlar.Akademiyamıza kameralar quraşdırılmamışdan öncə (akademiyada kameralar bu ildən quraşdırılıb) rektorun düşərgəsinə aparan yollar kamera nəzarəti altında idi.O gələn zaman qarşısına heç bir canlının çıxmaması üçün həmkarlar ittifaqının üzvləri əllərindən gələni edirlər.Akademiyamızın xudmani bir həyəti də vardır ancaq o da akademik rektorumuzun ixtiyarındadır.Rektor akademiyaya gələrkən bu həyətdən istifadə edir,o üzdən bu həyətə tələbələr buraxılmır.Deyilənə görə rektor maşından düşərkən qapını özü açmağı xoşlamır,yəqin elə bağlamağı da.Öz aramızdı bunu özüm də görmüşəm.Tələbələrə qarşı bu cür fobiyanın haradan qaynaqlandığı sizin kimi mənə də sirrdir.Bu cür əməllərə görə rektorumuz mənə peyğəmbər təsiri bağışlamışdı.O gəlir budur...Çəkilin!!!Rektorumuz haqqında bildiklərim bu qədər.

Konfırıldağs davam edir.

Qayıdaq konfransa.Bir neçə dəqiqə sonra rektor yan-yörəsi ilə zala daxil oldu.Səliqəli geyimli,qəhvəyi qalstuklu,sakit görkəmli,ağ saçlı,orta boylu,böyük ehtimalla altmışdan yuxarı yaşı vardı ancaq yaşından cavan görsənirdi.Beləliklə,konfrans başladı.Sözə hörmətli rektor başladı,vərəqdən özü də.Birinci özümdə narazıçılıq etdim ki,bu boyda akademiyanın rektoru,üstəlik akademik olasan üç-dörd kəlmə bir-birinin ardına qoşub öz sözlərini deyə bilməyəsən.Rektor danışmağa daha doğrusu oxumağa başlayandan sonra fikirim dəyişdi.Bu adam üzündən güc-bəla ilə oxuyur,mən də öz sözləri ilə danışmasını istəyirəm.Bu haqda çox danışıb xırdaçılıq etmək istəmirəm.Adamdır da,adam səhv edər,”həyəcanlı” olub bəlkə də.Daha sonra prorektor çıxış etdi.Şişirdilmiş,saxta rəqəmlər...Daha sonra baş məsələyə keçildi.Elmi konfransın qaliblərinin adları bir-bir çəkildi,onlar zaldan tribunaya qalxır,şəxsən rektorla əl-ələ verib,onun əlindən diplomunu,sponsorlardan hədiyyəsini alıb gedirdilər,hər dəfə də alqışlar.Ancaq mən alqışlamırdım,alqışlanılası bir şey yox idi də.Mən dəqiq bilirdim ki alqışlayanlar da heç kimi,nəyə görə alqışladıqlarını bilmirdilər.Sadəcə bu axındır,su belə axır,mən də qarışım...Dörd ilimi məndən alan,gəncliyimi məhv edən,mənə bilikdən başqa hər şey öyrədən bu akademiyanımı,bu insanlarımı alqışlamalı idim?Öz bədbəxtliyimi alqışlamalı idimmi?

Gözlərdə üsyan.

Tədbir bu sürətlə davam edirdi,mən isə dərin fikirlərə dalmışdım.O qədər də arxa sırada olmayan yerimdən düz rektorun gözlərinin içinə (!) baxırdım,sanki gözlərimdən çıxacaq qığılcımla onun gözlərini oymaq,çıxartmaq fikirindəydim.Arada rektorun da gözlərinin gözlərimə sataşdığını görürdüm,ya da mənə elə gəlirdi.Gözlərimiz toqquşan kimi o gözlərini çəkirdi.Mən isə daha kəskin baxırdım və hər dəfə o gözünü çəkdikdə arxayınlaşırdım.Yəqin doğrunun gözünün içinə baxa bilmir,yəqin doğrudan saçan işıq gözlərini qamaşdırır...Deyə düşünürdüm.Xeyir!Mən özümü düz qalanları yalnış hesab edənlərdən deyiləm.Mən özüm kimi akademiyaya gəlib vaxtlarını keçirən savadlı tələbə yoldaşlarımı,heç kəsə lazım olmayan mühazirə dəftərlərini,tələbələrə gor qazan müəllimləri,rüşvətxor dekanları,özbaşına,nəzarətsiz buraxılmış akademiyanı,pul-pul deyə cəh-cəh vuran professorları,soyuq auditoriyaları,başımıza uçan tavanı doğru hesab edirəm!Həyatımızın gəncliyimizin gözəl dörd ilini bu saxtakar,ədalətsiz divarlar arasında keçirmədik,itirdik.Bir kağız parçasına görə bu qədər çirkinliyə,bu cinayətə dözürük.Bəli cinayət.Bu boyda tələbələrə savad verməmək,müəllim tələbkarlığı göstərməmək,tələbənin əlindən pul götürmək cinayətdir.Mən isə bunları DORĞRU hesab edirəm,gördüklərimi,eşitdiyim qondarma rəqəmləri yox!

Xəyanət.


Mükafatçı tələbələr bir-bir çıxır eyni xronoloji ardıcıllıqla mükafatlarını alırdılar.Hər elan olunan addan sonra isə alqışlar...Məndə isə isə fikirlər,fikirlər,fikirlər...Sifətlərə baxıram,həyasız üzlərə,rektorun guya əl çalmasına,soyuq simasına,tələbə kütləsinə,düşünürəm...30 aprel bu qədər tezmi yaddaşlardan silindi?Bu hadisənin üstündən bir il keçməyib hələ.Bizimlə bir neçə ay öncə çiyin-çiyinə duranlar,bir partada oturanlar bu gün yoxdur.Biz isə onları artıq unutmuşuq.Öz xoşbəxtliyimizə,güllənin bizə tuş gəlməməsinə sevinirik ancaq yoldaşlarımızın faciəli ölümünə,ailələrinin gözü yaşlı,qəlbi yaralı olmalarını düşünmürük.Bu Neft Akademiyasının ömürlük tarixinə yazılmış bir olay idi,bu olayda cavan,suçsuz yoldaşlarımız öldü və bunu nəinki bir ili çıxmadığına görə indi,bunu daima yad etmək lazımdır.Olmazmıdır ki tədbiri bir dəqiqəlik sükutla açaq?Axı onlar bizim yoldaşlarımız idi...Axı bu pilləkənlər bir neçə ay öncə al qan idi...Axı biz onların xatirəsini yad etməliyik...Axı onları bu cür tez unutmaq xəyanətdir!

Tribunaya “qalxıb” “alçalmaq”.

Daha sonra yenidən çalınan alqışlar məni fikirlərimdən ayırdı.Bu arada deyim ki,öncədən alqışlayıb alqışlamayacağımı plan etməmişdim,sadəcə içimdən gəlmirdi.Mükafatçılar bitdikdən sonra isə söz bəzi sözü olan mükafatçılara verildi.Tələbələr tribunaya qalxır çıxış edirdilər.Hər çıxış eyni ilə belə başlayırdı:”hörmətli rektor”,”müstəqil Azərbaycanın BANİSİ ulu öndər,ümummilli lider,dahi şəxsiyyət Heydər Əliyev”,”möhtərəm prezidentimiz cənab İlham Əliyev”.Bu elmi konfransda bu şəxslərin adlarının hər çıxışda çəkilməsi mənə qaranlıq qaldı.Özü də bu adları öz çıxışlarında tələbələr çəkirdilər.Ola bilər onları buna elmi rəhbərləri təhrik edirdi ancaq vicdan bəs?Üstəlik heç kimi heç nəyə məcbur etmək olmaz.Bu arada rektorun üzündə heç bir ifadə yox idi,tam ifadəsizlik.Bəzən etinasızlıq,bəzən darıxdırıcılıq,bəzən diplom verdiyi tələbələrin üzünə çıəxardığı gülüş və bu belə çox süni alınırdı,çox keçmirdi ki bu gülüş üzün öncəki halına ani olaraq qayıdırdı.

Fil və biz.

Uzaqlaşmayım.Bir neçə çıxış oldu.Çıxış edən qızlardan biri daha yaxşı hazırlaşmışdı.Eyni cür başladı,hörmətli rektora təşəkkürlər,çox sağolun ki belə konfransın keçirilməsinə şərait yaratmısınız.Guya bu aydan düşmə bir hadisədi,çox qlobal bir iş olub!Mən anlamıram,rektorun işidir bu,yeri gələndə bundan da artıqlarını etməlidir.Ancaq biz etmədiklərini tələb etmək əvəzinə bir salxax etdiyinə görə təşəkkür edirik.Anlamırıq ki bu adam rektor,bu onun vəzifə borcudur,o fövqəladə bir iş etməyib!Ancaq biz ya yaltaqlanmağı sevirik ya da ki qorxuruq ki çox istəsək azdan da qalarıq.Bəlkə də buna görə təşəkkür edirdilər.Daha sonra çıxış edən qız xronologiyaya uyğun olaraq Azərbaycanın banisinin və prezidentinin adını çəkərək tərifli sözlər oxuyurdu.Özü də qızımız intonasiya ilə oxuyurdu,sanki kiminsə xoşuna gəlməyə çalışırdı.Gözümün qabağına avtoritar quruluş zamanı qırmızı qalstuklu pionerlərin Leninin şəninə söylədikləri şerlər gəldi.Biz irəli,azadlığa,demokratiyaya getməkdənsə 20ci əsrə,diktaturaya,avtoritarizmə yuvarlanırıq.Yox,mən istəmirəm ki kimsə çıxıb orda radikal fikirlər səsləndirə idi ancaq eyni şablon sözlər,standart şəxslərin adlarını çəkmədən normal,sakit bir çıxış etmək mümkün deyildimi?Onlara qulaq asarkən burada görəsən hamı eyni cür düşünürdü? Bu arada bir maraqlı kitabdan oxuduğum bir maraqlı hekayə yadıma düşdü. Bir gün bir turist Afrikaya gedir. Yerli afrikalılardan birinin fili lap arıq bir dirəyə bağladığını görür.Turist təəccüblənir,fikirləşir ki bu dirəyi mən özüm də bir təkanla qıra bilərəm.Yaxınlaşır afrikalıya soruşur ki bu nə məsələdi.Afrikalı cavab verir:Bu fil lap uşaq olarkən mən onu həmişə bu dirəyə bağlayardım.O zamanlar o ha vurnuxurdusa bu dirəyi tərpədə bilmirdi.İndi isə o bir təkanla onu parça-parça edə bilər ancaq onun artıq psixologiyasında bu dirək güclü,qopmazdır və o bununla,öz taleyi ilə barışıb.

Şərhsiz.

Biz də gözümüzü açandan eyni adamlara müxtəlif cür təriflər,başda oturanlara itaət,yaltaqlıq,qorxu görmüşük və biz artıq onların müqəddəs,böyük və yenilməz olduğu ilə barışmışıq.İndi biz bəlkə də hər şeyi alt-üst edə bilərik,sadəcə inanmırıq buna.Fil dirəyin qopmasını necə qeyri mümkün sayırsa biz də bu sistemi,bu şəxsləri yıxılmaz sayırıq.Ancaq hekayənin sonu maraqlıdır.Fil nəhayət bir gün cəsarət edib o dirəyi qoparmaq üçün cəhd edir yoxsa elə nakam ölür?Bunu heç kim bilmir ancaq maraqlıdır...Lenin də yıxılmaz idi,heykəlləri böyrü üstə uzanmayana qədər.

Söz sözü çəkər.

Fikirlər ucu olub sonu olmayan bir kəndirdir.Ucundan tutub gedirsən...İnsan var olduğu qədər onu sonu olmur.Bu sözlərə də aiddir ancaq özün istəyəndə sən danışmağı,sözləri dayandıra bilərsən.İstəməsən də dayanar sözlər,qeyri iradi olaraq.Ağzını yumarlar...Ona görə də sözlər sonsuz deyil ancaq fikirlər...Fikirlər bəzən heç şəxsi iradəyə də tabe olmur,istəməsən də beyin fikir üyüdücəcəkdir üstəlik heç kəs sənə düşünməyə,fikirləşməyə qadağa qoya bilməz.Fikirlər sonsuzdur!

Üç nöqtə.

...tələbələrin yüksək səviyyəli təhsil alması üçün yüksək səviyyəli şərait yaradılmışdır...təşəkkürlər...falan-filan...Qızın çıxışı təxminən bu cür əhval ruhiyyəli fikirlərlə bitirdi.Deyirəm bu cür sözləri demək üçün ya kor ya da ki ifrat dərəcədə ədalətsiz olasan.Elə yuxarıda yazdıqlarım əlverişli şəraitin hansı səviyyədə olmasından təsəvvür yarada bilər.Labaratoriya işlərinin,kurs işlərinin,məqbulların,imtahanların,qayıbların pulla həll olunduğu məkanda hansı əlverişli şəraitdən danışılır anlamıram.Ancaq həqiqət var.Pul yığmaq üçün əlverişli şərait...

Cəsur ürək.

Bu minvalla tədbir sona yaxınlaşırdı.Son çıxış edəni də alqışlarla yola sadıqdan sonra rektor ayağa qalxaraq başını mikrafona yaxınlaşdırdı.Bu deyəcəyi sözlər isə mən hələ bilmirdim ki beynimdə fikir inqilabı yaradacaq,paradoksal düşüncələr biri-birilərinə qılınc çəkəcək beynimdə.”Başqa sözü olan var?” Aman!Bu necə də çətin sualdır!Bu sual mənim qarşıma yaşamaq üçün seçməli olduğum iki qapı qoydu sanki.Birinin üzərində “Sus,otur” digərinin üzərində “Dur,danış”sözləri yazılmış qapılar.On saniyə keçdi.Rektor ikinci kəs “Müəllimlərdən,tələbələrdən danışmaq istəyən var?” deyə auditoriyaya müraciət etdi.Bu sual beynimdə mübarizəni daha da kəskinləşdirdi,amansızlaşdırdı,ürəyim bərk-bərk vurmağa başladı.Beynim fikir üyüdürdü,gözlərim nifrət,dodaqlarım susmaq...Ya bəlkə danışım?Azad fikirimdən,qanuni hüququmdan istifadə edim?Yox,bu ölkədə qanuni hüquq mənim kimilər üçün deyil.Daha beş saniyə keçdi və bu vaxt ərzində daha sürətli fikirləşirdim.Bu suallar arası intervalda zalda ölü bir sükut vardı.Rektor üçüncü kəs yekun vurmaq məqsədi ilə “Sözü olan yoxdursa...” dedikdə orta sıralardan cəsarətlə bir əl qalxdı,ardıncı əlin sahibi də ayağa durdu.Rektor və yanında oturanlar,nəzarətçi həmkarlar və ardınca bütün zal çönüb bu əlin yiyəsinə baxdılar.Rektor “Buyur” dedi.Növbəti “ağıllı” uşaq deyə hammı fikirləşirdi,səhv etmirdilər.Geyimi bir az fərqli idi.Kapşonlu gödəkçə,cins şalvar,boynunda plastmas yekə qulaqcıq olan bir oğlan idi.Çıxış edənlər üçün tribuna səhnənin solunda yerləşdirilmişdi.O qətiyyətli addımlarla tribunanın pilləkənlərini qalxdı və mikrafona yaxınlaşdı.Həyəcan onun daxilini meyvə içindəki qurd kimi gəmirirdi,rəngi ağarmışdı.Maraqlıdır görəsən bu oğlan kim idi?Bu mən idim.Bəli mən.İlk kəlmələrdən sonra həyəcanım çəkilirdi.Hammı mənə öncəki uşaqlara baxdığı darıxdırıcı nəzərlərlə baxmasa da növbəti mənasız çıxış gözlədikləri aydın idi.

Sözə başladım.

”Öncə bütün konfrans iştirakçılarını salamlayıram.Bir neçə ay öncə faciəli şəkildə həlak olan yoldaşlarımızın ruhu şad olsun deyirəm.Bu gün burada məndən öncə çox gözəl çıxışlar dinlədik,mükafatlar aldıq.Ancaq mən sizdən bir anlığa dayanmanızı və bir qədər düşünmənizi istəyirəm.Biz kimi aldadırıq?Biz bu akademiyada nələrin baş verdiyini çox gözəl bilirik,bəs bunu kim deyəcək?Bəs biz necə gəncliyin məhv olmasına göz yumuruq,susuruq?!Öncə dinlkədikləriniz çıxışları zibil yeşiyinə atın,bu özü-özünü aldatmaqdan başqa bir şey deyil,hamınız bilirsiniz ki bu ağ yalandı!”Son cümlələr hecalara bölünərək qətiyyətli səs tonu ilə deyildi.Zalda oturan tələbələrin gözlərində şaşqınlıq,inanılmaz bir təəccüb yarandı,rektor donmuşdu,yanında oturan həmkarlar ittifaqının sədri isə hirsindən pörtdü. Ayağa durub mənə sarı gəlmək istədi.Bu arada deyim ki bu şəxs rektorun sağ əlidir,deyirlər kobud oğlandır,akademiyada şuluq edənlərin qənimidir.“Lütfən məni sonacan dinləyin,söz demək haqqım var,cənab rektor”.Rektor həmkarın əlindən tutdu,başı ilə sanki “qoy görək nə deyəcək” tipli jest etdi.Mən davam etdim.”Biz bayaqdan pafozlu sözlər eşitdik.Ancaq siz bu adamlara baxın(əlimlə rektor oturan kürsüyə işarə edərək).Bu adamlar bizim həyatımızı,gələcəyimizi,təhsilimizi oğurlayıblar!Bu adamlar oğrudurlar!!!”Zalda gurultu qopdu,bu kəs həmkarlar ittifaqının sədri lap coşdu,rektora baxdı,rektor da xeylaq sinirlənmişdi,bu dəfə əli ilə yığışdırın onu dedi.Sözə baxan kuklalar kimi həmkarlar üstümə tökülüşdülər.Həmkarların sədri qolumnan möhkəm yapışaraq tribuna pilləkənlərinə kimi dartdı məni,nəzarətçilərə itəliyərək “Bayıra atın bunu” dedi.Pilləkənlərədn endim,məni tutmaq istəyən nəzarətçiyə əsəbi halda “əlin dəyməsin,özüm gedirəm” dedim.Zal coşmuşdu,hammı mənə marsdan gələn yadplanetli kimi xeylaq dombalmış gözlərlə baxırdı ancaq heç kəs heç nə demirdi.Nə təsdiq anlamaq olurdu baxışlarından nə də inkar.Sanki onların reaksiyası kürsüdə oturanların sözlərindən asılı hala düşmüşdü.Əgər onlar “Eybi yox,öz azad düşüncələri idi,biz sevinirik ki aramızda öz fikirlərini çəkinmədən söyləyən uşaqlar var.Düzdür bir az aqressiv və subyektiv idi...”desəydilər,mən hammının qəhrəmanına çevriləcəkdim.Yox əgər onlar “Bu cür parazit,avara tələbələrdir akademiyamızın imicinə mənfi təsir edənlər,belə avaralara görə bu gündəyik elə biz...”desəydilər mən hammı üçün ən axmaq,ən səfeh bir adama çevriləcəkdim.Bunun siyasi adı diktaturadır.Bu halda isə publikanın fikiri mənim üçün önəmli deyildi,mən bunu onların gözlərində ucalmaq üçün yox,onları ucaltmaq üçün etdim.

Beyində inqilab.

Bəli,mən soyuq nəzərlərin müşaiəti ilə zalı tərk edərkən mikrafon başında həmkarlar ittifaqının sədri üzrxahlıq edirdi konfrans iştirakçılarından.Ünvanıma məzəmmətlər başlayırdı ki qapını arxadan örtdüm,səs kəsildi.Ürəyimdə də.O dayandı yoxsa nədir?Nəyə görə dup-dup-dup səslərini eşitmirəm?Əlimi sinəmə qoydum.Yox,zəif də olsa vurur.Dərindən nəfəs aldım,içim sarsıntı keçirirdi sanki.Akademiyadan tez uzaqlaşmağı qərara aldım.Qorxurdum,tutsalar çırpacaqlar...Pilləkənləri iki-iki,üç-üç düşürdüm,qapıdan çıxdım açıq havaya.Dayandım,düşünməyə başladım.Yaxşı indi nə olacaq?Axı nə?Nə isə dəyişəcək?Kim isə dəyişəcək?Yox.Hə,dəyişən tək mən olacam,bundan sonra məni adımla yanaşı demaqoq,sarsaq kimi də tanıyacaqlar ən yaxşı halda.Normal halda məni akademiyadan xaric edəcəklər.Bunu göz altına öncədən almışdım.Pis halda isə polisə verə bilərlər.Bunu az ehtimal edirdim ancaq güman var idi.Birdən ürəyimə sanki uzun bir iynə batırdılar.Artıq həm mənəvi həm də fiziki ağrılarım başlayırdı.Anam yadıma düşdü.Düzü heç yadımnan çıxmamışdı da.Sadəcə rektor “Sözü olan var?” soruşarkən sanki sözü mənə atmışdı,sanki o mənə “Hə,içində danışırsan,camaatı qınayırsan,kişiliyin və vicdanın varsa gəl,buyur,bu meydan bu şeytan” demişdi.Mən artıq səhnədə ağ saçlı,kostyumlu bir adam yox,qırmızı rəngli,ox quyruqlu,iti buynuzlu bir iblis görürdüm və o mənə meydan oxuyurdu.Mən ya qorxaqlar kimi susmalı ya da cəsarətlilər kimi danışmalı idim.Bu cür sinir gərginliyində isə ailəmi bir anlıq unudub,özlüyümlə davrandım.İndi isə gözümün qarşısında məni tənbeh edə-edə ali məktəbə hazırlaşdıran anam,yuxusuz gecələrim,anamın imtahan həyəcanı,qəbul sevinci,mənimlə həmişə fəxr etməsi,mənə dayaq olması,ürək-dirək verməsi və qovulma xəbərindən sonra kədərli gözləri,daha sonra məzəmməti,qəzəbli baxışları durdu.O necə də məyus olacaqdı,onun ümid ulduzu necə də sönəcəkdir.Çox danlayacaq.Haqqı da var bəlkə.Öz övladım belə etsə idi,çox sarsılardım.Aman,mən nə etdim!Son altı ayım qalmışkən.Dörd ilin son altı ayı...Dörd il buna dözən üçün altı ay heç nə idi.Ailəmə görə dözməli idim.Özümə görə dözməli idim,o diplom adlanan kağız parçasına görə.Hər nədirsə o kağız parçası həyatda rol oynayır.Ya da yox.Mən lap düz etdim.Bu mənim həyatımdır,mənim seçdiyim yoldur.Bu yolu mən gedəcəm və bu yolda hara dönmək lazım olduğunu mən seçməli,qərarlarımı özüm verməliyəm.Heç kimə görə üzülməyə dəyməz,bu həyat ailəmin yox tək mənimdir.Bundan başqa,mən kimi aldadıram o yalançı diplomla?!Ancaq özümü.O diplom saxta olacaqdı,o diplom mənə savadımı yox pulla əldə etdiyim yalançı bir kağızı təcəssüm edəcəkdi.Onsuz bilik diplomla ölçülmür.Diplom heç də biliyin qarantı deyil.Bilikli adam diplomsuz da bilikli,biliksizə isə yüz cüt diplom versən də elə o kağızlar onu bilikli etməyəcək.Kolumb dünyanın yumru olduğunu sübut edəndə diplomu yox idi.Mendeleyev də elementləri kəşf edəndə diplomsuz idi,siyahını uzatmaq da olar...Ancaq məsələnin başqa tərəfləri də var.İş orasındadır ki mən Kolumbun,Mendeleyevin dönəmində yaşamıram.Mən 21ci əsrdəyəm və bu əsrdə diplom mühüm sənəddir.Ancaq yenə də Azərbaycanda diplom gələcəkdə uşaqların gözünə soxmaq,ətrafdakılara şeşələnmək üçündür.Mənə bu lazımdırmı?Başqa yandan götürsək,mən nə qədər həyatımın ağasıyam desəm də həyatımda mənə görə məndən heç də az maraqlı olmayanlar var.Onlar necə olacaq qovulsam?Tək övlad olasan o da sənin ümidlərini doğrultmaya,bu cür əziyyətlərdən sonra və qurtluluşun bir addımlığında ikən.Haqlıdırlar...”Oxumaq istəmirdinsə öncədən deyərdin,işimizi bilərdik”desələr haqlı olacaqlar.Axı nə üçün hər şey bu qədər çətin və qəlizdir?

Paradoks.

Doğrudan da həyat axınına qarşı üzmək çox çətindir,çox!Ailəmin üzünə nə cür baxacam?Kaş ki susaydım.Yox,o zaman vicdansız olardım,şərlə,haqsızlıqla barışmış olardım.Susmadım,danışdım...İndi də ailəmə qarşı vicdansızlıq etdim.Hər iki hal məni uçuruma aparır,susmaq da,danışmaq da.Ancaq birinci halda susmağım bəlkə də şərə uduzmağım və vicdansızlıq deyildi.Həyatım qabaqda idi,mübarizə aparmaq üçün bir ömür var idi hələ,bəlkə də mən vaxtından öncə düşmən üzərinə atıldım,vəziyyəti düzgün analiz etmədim,döyüş zamanını düzgün seçmədim.Bu düşüncələrlə beynim sanki çatlayacaqdı.Suallar,axtardığım cavablar,ziddiyyət,çıxış yolu,düzgünlük,yalnışlıq,vicdan...

Qaranlıq suallar.

Başımı aşağı salıb gedə-gedə düşünürdüm.Başımı qaldırıb düşüncələrdən ayılarkən harada olduğumu anlamadım.Aman,nə olub?Məni qara basır?Mən haradayam?Yox,bura haradır?Hər yan qaranlıq idi.Qaranlıq düşüb?Ola bilməz,mən akademiyadan çıxanda saat 12 idi.Mən otaqdayam?Ola bilməz,mən akademiyadan çölə çıxdım,açıq havaya.Oysa bu divarlar nədir?Görməsəmdə əllərimlə toxunuşdan qarşımdakı səddin divar olduğunu anladım.Sağa çəkildim divar,sola çəkildim divar,geriyə qayıtmaq istədim divar...Qaranlıq...Yox məni qara basır,yoxsa dəli olmuşam?Yox dəli olsa idim dəliliyimi anlaya bilməzdim.Bəlkə ölmüşəm?Yox,ürəyim vurur axı.Bu tabutdur bəlkə?Hə,hə,tabutdur.Ancaq diriyəm axı.Tapdım,rektorun adamları məni tutub diri-diri tabuta atıblar ki ağılım başıma gəlsin.

İşıqlı cavablar.

Bir anlıq dayandım,dərin nəfəs aldım,sakitləşmək istədim və bu deyəsən alınırdı.Get gedə gözüm işıqlanırdı.Aha,lap işıqlanırdı və mən deyəsən ayılırdım.Tam olaraq gözümün önündəki mənzərə açıldı,budur.Yox,ola bilməz!OLA BİLMƏZ!Gördüyüm məni şoka salcaqdı az qala,başım gicəlləndi.Eşitdiyim səs:”Başqa sözü olan yoxdursa,tədbiri bağlı elan edirəm,sağolun”,gurultulu alqışlar...Mən konfrans zalındakı,bayaqkı yerimdə oturmuşam.Son sözləri rektor dedi.Hammı ayağa qalxdı,mən də həmçinin.Nə baş verdi axı?Zaman geri qayıtdı?Yox,bir az sonra mən anladım ki bayaqdan baş verənlər mənim təxəyülümdən başqa bir şey deyildi.Ancaq 15 saniyə içində bu qədər olayı nə cür xəyal edə bilərdim?Görünür etmişəm.Bilmirəm indi sevinim ya kədərlənim.Öz əsl içimi açmışdım,əsl özüm kimi hərəkət etmişdim çıxışımda.İndi isə aydınlaşır ki bu sadəcə xəyal imiş.Bu kədərlidir.Sevincli tərəfi isə orasındadır ki,bu gün evə üzüqara,üzgün getməyəcəm.Hansısa bir əsəb sıçrayışına,qıcığa görə,beş qramlıq dilimə görə.Ancaq mən susmuşam demək və hər bir halda mən rektorun qabağında haqsızlığa susdum.Zaldan çıxarkən bunu düşünürdüm.Düşündükcə isə düşüncələrin sonsuzluğuna yuvarlanırdım,özü də mənfi sonsuzluğa tərəf.Zaldan çıxdım,yoldaşlarla da sağollaşmadım,halım qarışmışdı.Dayanacağa tərəf yollandım.... Yenə də düşüncələr burulğanında boğuluram...İçim sıxılır...Sıxır məni...Vicdan...Bilmirəm bu yaxşıdır ya pis?Yaxşı ona görə ola bilər ki vicdan ağradırsa demək o var,vicdansız deyiləm.Pis nə üçün bəs?Heç özüm də bilmirəm nə üçün ancaq çox pisəm.Dayanacaqda durmuşam.Avtobusu gözləyirəm.Gəlmək bilmir.Tez gəlsəydi fikirim yayınardı,beynimdə məni əzən düşüncələr dağılardı...Aha,avtobus gəldi və mən ona minib evə yola düşdüm.Bu gün bitdi.

Burada bir qəlb haqsızlıq qarşısında susduğuna görə sızladı.

Bütün bunlardan sonra mən bir şeyi özüm üçün teorem etdim.Mən susdum ancaq anladım ki dilin susmağı heç də vicdanın susmağı deyil.Dil haqsızlığa susa bilər ancaq vicdan əsla!O susa bilməz,o danışacaq,dayanmayacaq!Düzdür vicdan dil açaraq danışmır.O incidir,o ağradır...Onun danışmağı elə budur.Əgər vicdanla susmağı koordinat oxunda təsvir etsəydik onlar tərs mütənasiblik əmələ gətirərdilər.Yalnız mənim durumumda susmaq da,danışmaq da hər ikisi vicdanla tərs mütənasibliyə çevrilmişdilər.Hər ikisinin də öz müdafiə arqumentləri var idi.Bu da son.Düşüncələrin yox hekayənin sonu.Düşüncələr isə sonsuzluğa olan yolçuluğuna davam edəcək...

Şəffaf Azərbaycan

Azərbaycanda hər şey safdır,şəffafdır.Azərbaycanda hər şey o qədər şəffafdır ki hətta göy qurşaqları rəngsiz,şəffaf çıxır, işıqforlar şəffadır...Elə buna görə də azərbaycanlı sürücülər ona məhəl qoymurlar.Görmüşük işıqforun rəngləri olar...Azərbaycanda bayraqları belə artıq şəffafdır.Göydə nə isə dalğalanır ancaq biz seçə bilmirik ki nədir o elə?! Ay camaat, görmüşük ki bayrağın rəngi olar...Ancaq yox, bu şəffaflar ölkəsində hər şey şəffaf olmalıdır, lap seçkilər kimi.

Muştuluq! Bu yaxınlarda şəffaf məclisi millimiz ölkənin adını dəyişdirilməsini müzakirəyə çıxaracaq.Heç şübhə etməyin parlamentimiz həmişəki kimi çox şəffaf bir qərar çıxaracaq və ümid edirik ki sayqılı deputat və deputatələrimiz ölkəmizin adını dəyişərək Şəffafxana qoyacaqlar.

Hər gözəlin eybi olar deyib atalarımız.Şəffaflar ölkəsi Azərbaycanda da bir-iki qeyri şəffaf şey qalıb.Bunlardan biri insanların üzləridir.Hələ ki bunu şəffaflaşdırmaq mümkün olmayıb.Bu bizdə qıp-qırmızıdır.Qırmızılıq isə bilirsiz də, heç də yaxşı əlamət deyil.Digəri isə insanlarımızın qəlbidir, qap-qaradır.Onu da hələ ki şəfaflaşdırmaq mümkün olmayıb.Biz sadə azərbaycanlılar inanırıq ki ölkəmizdə bu cür qeyri şəffaf proseslərə tezliklə xitam veriləcək, qırmızı üzlərimiz, qara qəlblərimiz də tezliklə şəffaflaşdırılacaq.Azərbaycanda hər şey seçkilər kimi şəffaf olmalıdır.

Moskvanı bir günə tikməyiblər ki...Bakını da bir günə sökməyəcəklər.

Azərbaycanda yekdilliklə dəstəklədiyimiz,başına duz, üzərlik fırlatdığımız hökumətimiz güclü şəffaflaşdırma proseslərinə girişib.Hökumət şəffaflaşdırmanı bütün sektorlarda keçirəcəyinə söz verib.Belə ki, bura həkimlərin xəstələri müalicəsi (diş ağrısı əvəzinə qarın ağrısı resepti verməsi), müəllimlərin tələbələrə dərs deməsi (semestrin axırında qiymət deməsi), zabitlərin əsgərlərə “şaqat” təlimi keçməsi (cibi dolular bu təlimdən “azad” komandası alır) nə bilim canım sizə desin, deputatlarımızın parlamentdə gördüyü yuxularacan hər şey daxildir.

Deputat demişkən,daha bir xəbər.Güllü-xallı deputatlarımız bu aralar Avropaya şikayət ərizəsi yazıblar.Məktubda deyilir: ”Hörmətli Avropa! Bildiyiniz kimi dinamik iqtisadi inkişaf nəticəsinə biz Azərbaycanda şəffaflaşdırma proseslərinə girişmişik.Ancaq bu harmoniyanı hər gün Günəş adlı ən böyük ulduz pozur və biz buna öz etirazımızı bildirir, xahiş edirik ki Günəşi ya uzaq bir yerə, məsələn Sibirə sürgün edəsiniz ya da bununla bağlı lazımi bir tədbir görəsiniz.Hörmətlə Goverment Azerbaijan.”

Sayqılı oxucular,mən hökumətimizin bütün siyasi gedişlərini dəstəkləsəm də bu məktuba görə narazıyam.Deyim niyə.Məncə sayqılı başıbilənlərimiz instansiyanı düzgün seçməyiblər.Bu barədə Avropanı suçlamaq yersizdir.Günəşlə bağlı konfliktə görə məktubu Yaponiyaya göndərmək lazım idi.Bu açıq-aşkar Azərbyacana qarşı təxribatdır.Mən adım kimi əminəm ki məhz bu gözü qıyıqlar hər səhər Azərbaycanda gedən şəffaflaşdırma proseslərini pozmaq üçün Günəşi biz tərəfə yollayırlar və hər gün o sarı şüaları ilə Azərbaycandakı şəffalaşdırmaya rəng atır,saflığı pozur.Yapon qaqalar Azərbaycanda analoqu olmayan,dinamik iqtisadi inkişaf tempinə görə qorxuya düşüblər.Onlar tezliklə Azərbaycan iqtisadiyyatının Yaponiya iqtisadiyyatına çatacağından hələ üstəlik bir təpik də vurub onu arxada qoyacağından qorxuya düşüblər.Yaponlar Azərbaycanda ÜDM in miqdarını, tikilən körpüləri, binaları eşidəndə qıyıq gözləri lap təpələrinə çıxıb.Onlar Azərbaycan Gəncə avtomobilqayırma zavodunun tezliklə “Nissan”, “Toyota” kimi şirkətləri geridə qoyacağından təşvişə düşüblər, bütün bunlara görə də Azərbaycanda Günəşin köməyi ilə təxribat törədirlər.Mənim fikirimcə Yaponiyaya, gün doğar ölkəyə sərt şəkildə nota göndərmək lazımdır ki, zəhmət olmasa doğub üstümüzə atma!

Deyirəm təbiətin ziddiyətinə baxın e.Günəş yer tapmır sanki saçmağa.Günəş qardaş,yer kürəsi sənə azlıq edir bəyəm,istəmirik də səni məcburdur? Sən bizim apardığımız müqəddəs əməllərə işıq salırsan.Bizə ayın yaratdığı alatoran bəsdir.

Ermənilər dilənirlərmi yoxsa dövlətlərinə xidmət edirlər? (Aktual)

 
Bu il Ermənistan “Bizim Şuşa” adlı telemarafona start verib.Bu günlərdə ermənilər öncə Moskvada daha sonra Los Ancelesdə Şuşanın bərpası adlı fond açaraq,teleaksiya keçirmişlər.Bu arada bizim bəzi ağzıgöyçək,bığıburma millət “təəssübkeşlərimiz” bu aksiyaya DİLƏNMƏK donun geyindirdilər.İndi bu haqda fikirlərimlə bir qədər başınızı ağrıtmaq qərarına gəldim.

Bu xəbəri oxuyanda cin vurdu başıma.Dedim yəqin biz çox namuslu,şərəfli xalqıq ki dilənməyi özümüzə yaraşdırmarıq.Sonra düşündüm ki,kimsə nəsə eləyirsə sözbaz arvadlar kimi ona qulp qoymağa nə gərək?Çox çirkindir,lap errrmənicəsinə çirkindi!

Ay qardaş,camaat vətəni üçün,qanla qazandığı torpağı üçün çalışır!Sən çalışmırsan,əllərini qoltuğuna soxub oturmusansa buna erməni nə etsin?Yoxsa biz ona buna qulp qoymaqda görürük vətənə xidməti?Ola bilər də nə deyim?!Kimsə təbliğatda,aksiyada görür vətənə xidməti kimsə də qıraqdan oturub gecə gündüz düşmənin nəslini söyməkdə.Atalarımız gözəl deyib:İt hürər karvan keçər.Sən hürməyində ol,ermənilər milyardları qatlasın.Sən adını DİLƏNMƏK qoysanda onlar üçün nəticə maraqlıdı,nəticəyə aparan yollar yox.

Anlamıram!Biz başımızı sallayıb oturmuşuq,altımızı yumuşaq etməklə məşğuluq və bunu analoji olaraq düşməndən də istəyirik.İndi erməni neyləsinki bizim başımız şouya,müğənniliyə,matişkəliyə qarışıb?Onlar bunda suçlumu?Yox əlbəttə!Adamlar adam kimi iş görürlər daha ağzımız niyə əyilir bilmirəm.Soğan yeməmisənsə için niyə göynüyür?Mən deyim nə üçün.Paxıllıq!Biz həzm edə bilmirik ki erməni dünyaya car çəkir,Şuşanı reklam edir,hələ üstəlik fond açıb milyardlar yığırlar...Biz bunu uda bilmirik,özümüz yatmışıq onların da yatmasını istəyirik.Onların canfəşanlığını “bezpantovı” hərəkət adlandırırıq.Ay “brat” belə də iş olar?

Deyirik ki adam şərəfli,namuslu,vicdanlı olar,həyasızlıq eləməyinizin yeri yoxdu,adam DİLƏNÇİLİK etməz!Ancaq başına min cür oyun açılıb öldürülən minlərlə soydaşlarımız varkən,torpağımızda bu gün də Vazgenlər şıllaq atarkən necə də namusdan,şərəfdən danışırıq,danışmağımız bir yana,cammatı suçluyuruq ki,namusun olsun dilənmə.Əsl həyasızlıq baxın budur!

Kimlərsə iş görür,kimlərsə qulp qoyur.Prinsipcə ikisi də işdir ancaq nisbilik anlayışı var...

Kimsə deyə bilər:Şuşa onların vətəni deyil.Hə,hə,həə!!!Bu pafozlu sözləri eşitmək belə istəmirəm!!!Ermənilər də deyir ki Şuşa türklərin deyil,bizimdi.Danışmaq lazım deyil Şuşa onlarındı ya yox.Hərəkət etmək,sübut etmək lazımdı!Bu meydan bu şeytan.Onlar sübut edirlər,bəs biz?Biz bəs?Şərait də var güc də var,para da...Sadəcə bizim yekəqarın nazirlər,məmurlar,biznesmənlər özlərinə sarayLAR,villaLAR tikdirəndə,gül balalarına Ferrari gətizdirəndə,qayıqlarda,vertolyaotlarda gəzəndə,qarşılarında müğənniləri burcutdurmaq üçün pulları havaya sovuranda ermənilər dövlətlərini yaşatmaq,inkişaf etdirmək üçün REAL İŞLƏR görürlər.Hansın ki biz dilənmək adlandırmışıq,bizim etdiyimiz isə hünərdəndir,bilmirdiniz?

Yəqin sübuta ehtiyac yoxdur.Özümüzün olanı sübut etməliyik bəyəm?Özümüz bilirik ki bizimdir bəs edər.Qoy ermənilər özlərinə əl qatıb lap uzay adamlaracan car çəksinlər.Yalan ayaq tutar yeriməz!Qoy onlar orda-burda fond açıb dilənsinlər.Bizə yaraşmaz!Bəs torpaqları satmaq?Bu bizə yaraşardı?

Nəysə istər şərəfli deyək istər şərəfsiz,ermənilər əziyyətlə torpaq əldə edib,indi təbliğ edir.Kim tez tərpəndi.Əgər tərpənsək.Babam həmişə tənbəl olduğuma görə bu atalar sözünü mənə tez-tez xatırladır,biədəb olsa da:Tez duran inək gec duranın başına o məsələ edər...

P.S.Yeri gəlmişkən sonda lazım bir qeydi edim.12 saat ərzində Bostondan erməni kanalları ilə canlı yayımlanan telemarafonda fonda yığılan pulların sayı nə az nə çox düz 15 875 043 (yuvarlaq desək 16 milyard) dollara çatmışdır.

Harada?

Hanı Türk?Nərdə Türk?Türklük qədim dastanlarda,nağıllarda,tozlu tarix səhifələrindəmi qaldı?Türklük unuduldumu ya ümumiyyətlə yox oldu?Türklük öldümü?Özümə Türk deyərkən Türklük axtarışında olmağımdan üzgünəm.

Midiyadan vurmuş,Səlcuqlarla,Ağqoyunlu,Qaraqoyunlu,Osmanlı,Səfəvi,Teymurilərlə öyündük!Onlar bizim yüzdə-yüz Türk babalarımız,biri-birilərini qıran Türk babalarımız...Bəzən düşünürəm ki,biz çoxuq,dəliqanlı,öncül xarakterli olmuşuq deyə birləşə bilməmişik.Adətən az saylı xalqlar bir-birlərinə dayaq olurlar,birlik göstərirlər.Düşünürəm ki,Türk irqi böyük olduğundan,Türklərin öncül olduğundan birləşə bilmədik.Sibirdən Doğu Avropayacan Türk irqinə rast gəlmək olar.Bu boyda arealı,bir qitə boyda ərazini birləşdirmək çox çətin,mümkünsüzdür deyərdim,Quzey və Güney Azərbaycanın birləşməyinin mümkün olmadığı durumda.

Türkün öncül,daim birinci,ən güclü olmaq xarakteri birləşməyə əngəl oldu.Səfəvi,Osmanlını,Teymuriləri qoyaq bir qırağa.Xanlıqlar dönəminə nəzər salaq.Fətəli xan mən deyərkən,Pənahəli xan,Hacı Çələbi,Zənd dilləndi bir birilərinə kələk gəlməyi belə unutmadılar onlar.Konkret olaraq Qızılqaya xəyanəti Azərbaycan tarixinin ən “mehriban” səhifələrindən biridir.Onlar birləşib böyük,vahid Azərbaycan torpaqları yaratmaqdansa hərəsi bir parçasının tək hakimi,xanı olmağı üstün tutdular.Özlərini ağıllı saydılar...Tarixdən göründüyü kimi isə ruslar,farslar daha ağıllı çıxdılar.Məşhur məsəldə deyildiyi kimi çöpləri tək-tək qırmağın asan olduğunu düşmənlərimiz çox gözəl bilirdisə,ağıllı babalarımız isə çöplərin bir yerdə qırmağın çətin olduğunu dərk etməmişdilər görünür.Bu üzdən diz üstə çökdürdülər babalarımızı...başlarından vurub əllərindən aldılar dədə baba torpaqlarını,öz aralarında böldülər...hansı ki həmin həlledici,lazımi birlik göstərilməli olan tarix səhifələrinin acısını onların milyonlarla nəvə-nəticələri bu gün çəkir!!!Mövzudan kənarlaşdım deyəsən,nə isə...

Bir az bu günümüzə aktual olan ictimai-sosial vəziyyətə baxaq görək Türklük nərdədir?Yox!Bu toplum həqiqətən də türk deyil,özünüzü yorub onlara nəsə sübut etməyə ehtiyac yox,bu kütlə həqiqətən də azəri.Bunlara Türk deməklə həqiqətən Türk irqini aşağılamış oluruq.3-5 səmimi Türk qanlı,Türk ruhlu insanlar var danmıram.Millətə,vətənə görə canını fəda verənlər,verməyə hazır olanlar da var...İnternet məkanında lazımi canfəşanlığı edib təbliğatçılıq göstərən gənclər də var...Çox az bir büdcə ilə hər həftə mətbu orqan nəşr edənlər,kitab yazanlarımız da var...Müəllimin milli zəmində haqqsız söhbətinə dözməyib dərsdə müəllimlə mübahisə edib auditoriyadan qovulan,daha sonra universitə bufetində tək oturub ürək sözlərini kağıza köçürənlər tələbələr də var...Lakin “çoxluq” qarşısında “yoxluq” təəssüratı bağışlayır ortadakı say nisbəti.

Kimdir axı Türk?Şəhərdə düşgün hərəkətlər edib,böyük-kiçik,danışıq yeri bilməyib,qızlarla harda gəldi mazaxlaşanlardımı Türk? Onlara türk demək olarmı?Olarsa özümüzü təhqir etmiş olarıq.Onlara elə azəri damğası yaraşar,onsuz onlar üçün fərqi yoxdur soyun-kökün...

Yurddaşlar,bu gün Türklük də yox,Türk də yox!Humanist islamçı ərəblərin Babəki tikə-tikə doğradığı anda Türklük öldü!Çaldıranda Türk qanı axanda Türklük öldü!Cavad xanın şərəflə canını vətənə fəda verdiyi an Türklük öldü!Qarabağda Türk qızının onlarla erməni tərəfindən bir gecədə zorlandığı zaman Türklük öldü!

Artıq Türklük yoxdur!Türklər arasında istər siyasi,istər sosial bir bağlılıq,uzlaşma belə yox! "Qüdrətli,böyük Türk" və başqa deyimləri eşitdik sözlərdə,lakin əməldə görmədik.Hanı o yücə Türk?Başqırdların,tatarların öz köklərini unudub,ruslaşandan sonra onlar Türkdürlərmi?Çinin qapazaltısı uyğurlardımı Türk?Yaxud fars bayrağı altında əsrlərdi yaşayıb səsələrini çıxara bilməyən azərbaycanlılardımı Türk?Müstəqil siyasət yürüdə bilməyən,bir birilərini didən Orta Asiya türkləridirmi Türk?Kərkükdə haqqlarını qapı-qapı gəzənlərdimi Türk?Hardadır Türk,kimdir Türk?

Quzey Azərbaycanda o dəqiq yoxdur..Gəlin axtaraq...”tarqovıda” rusca cəh-cəh vuranlarmı,bütün gün şou axtaran,barlarda dolaşan,manıslardan təsirlənib onları təqlid edənlərmi ya ölkənin qabığını soyan məmurlar, hakimiyyət üstündə hər cür həyasızlığa gedənlərmi Türk?Nərdə Türk?Türklük yalnız millətçilərin pafozlu çıxışlarında,şüarlarında qalıb...Yalnız söz müstəvisində.Görəsən yazılan şerlər,şüarlarmı bizə xilas?Nədən bu suallara cavab tapa bilmirəm?

Hər meşənin çaqqalı var deməyin.Atalarımız onu azlıq təşkil olunan duruma uyğunlaşdırıblar.Azlıq isə bizik.Bu məsəli korrektə etmək lazım.Hər meşənin BozQurdu olar!Yəni tək-tük əqidəli insanlar var da orda-burda...Bəzən düşünürəm ki,bu meşədə təkləri çıxmaqla çaqqalardan başqa kimlərsə var ki?

Gecələr (Elçin Abukerova həsr olunur)


 
Ön söz :15 Dəqiqəlik Dayanacaq Fəlsəfəsi adlı cızma-qaramdan sonra sonra “pərəstişkarlarımdan” birinin ( :D ) “bakının gözəlliyi gecələdiridi,onu da tərifləmisən” deməsi məni düşünməyə vadar elədi.Həmən ağlıma “gecələr çirkin qızın eyibləri görsənməz” deyə fikir gəldi.Dedim bir “poema” da buna aid yazım və Elçinə həsr eliyim.Nə qədər olmuya duz-çörəy kəsməsək də,2gb-lıq mahnılar verib mənə vaxtilə. ( :) )

Gecələr gözəldi yoxsa Bakı gecələri?Düşünürəm ki harda olmasından asılı olmayaraq gecələr gözəldi.Gecə bir sirrli məfhumdu.Gecə insanların romantik hisslərini yüksəldən bir təbiət hadisəsidir.Yəqin buna görədi ki əksər insani proseslər gecə baş verir.Düşünürəmki elə əksəriyyətimiz gecələrin “məhsuluyuq”,yəqin ona görə gecələri bu qədər çox sevirik.

Gecələrdə mistik nəsə var...Bəlkə də yoxdur,gecələr sadəcə gözəldi.Araşdırsaq lap Adəmlə Həvvanın da cənnət qaydalarını gecə pozmuş olduğlarını da yəqin edə bilərik.Zavallılar düşünüblər ki gecədir,qaranlıqdır yəqin Allah da görməz...Ancaq sən saydığıvı say...

Həqiqətən bu günəşin batıb ayın çıxması ilə insan həyatı dəyişir.İşıqlar yanır,gərnəşirik,əsnəyirik,romatikləşirik (arada :D),yatırıq.Nəyə görə gecə?Nəyə görə sevgililər ay işığına qucaqlaşaraq saatlarla baxıb həzz alırlar ancaq eyni hadisə günəş işığında baş vermir?İnsanlar ay işığından qəlblərini,hisslərini,günəş işığından isə bədənlərini yandırmaq üçün istifadə eliyirlər.

Hə belə...Bu gecə haqqında düşüncələrim idi,indi bunu oxuyan deyəcək ki bu uşaq sarsaqdı ya da başına hava gəlib boş-boş şeylər yazır.

Hər halda balansı qorumaq lazımdı,çünki təbiət bizə gecə ilə gündüzü balanslaşdırılmış olaraq verib. :)

15 Dəqiqəlik Dayanacaq Fəlsəfəsi

 
Dünən gecə 28 may yaxınlığında avtobus dayanacağında avtobus gözlərkən gözəl Bakının havasını ciyərimə çəkərək Bakımıza tamaşa etdim...Uzaqdan reaktiv uçaq sürətilə gəlib,qırmızı işıqda döngəni iki təkər üstə dönən 07...Ardınca “sirenalı” yol polisləri...Uzaqda əyləc səsləri...Qarşı yolun o biri tərəfində ipləri sahibləri tərəfindən tarım çəkilmiş itlərin biri-birilərinə vəhşicəsinə hürməsi...İt yiyəsi cavan oğlanların itin hürməsinə qəzəblənib söyməyə başlaması...Soldakı taksi sürücülərinin azğın baxışları...Bütün bunlar Bakı gecələrinin özünə xas romantikliyi idi...

Az sonra dayanacağımıza iki əli zənbilli,üz-gözlərindən yoğunluq yağan xalalar təşrif buyurdu.Bu arada göy limon satan kişi öz limonlarını kiməsə sırımaq istəyirdi...Mən gələndən “20 qəpik” deyə-deyə o tərəf bu tərəfə gedib gəlirdi...Bir-iki dəqiqə sonra uzaqdan bir neçə nəfərin dayanacağa tərəf yaxınlaşdığı görünürdü.Toyda nəyi var mıxlayıb,ağzı-burnu əyilmiş,ayaq üstə dura bilməyən ərini arvadı kontrol etmək istəyirdi.Bu elə də uğurlu alınmırdı...Bunu dayanacaqdakıların da sifətindən sezmək çətin deyildi.

Arxadan gülə-gülə üç cavan qızın keçməsi isə kişili-qadınlı hər kəsin diqqətini çəkir...Qadınlar ikrah,gədələr ehtiras,taksi sürücüləri isə öz amplualarına sadiq qalaraq hələ də azqınlıq dolu baxışları ilə cavan qızların arxasınca baxırdılar...Kimisi arxasınca,kimisi arxasına.

Bu arada avtobus gəlmək bilmirdi.Artıq 15 dəqiqə keçmişdi.Yol polisləri hələ də şütüyür,uzaqdan it hürüşləri,insanların nizamsız səslərindən doğan uğultu eşidilirdi ...

Başımı yuxarı qaldırdım.Gözəl Bakı səmasını televiziya qülləsindən sıyrılan şüalar bəzəyirdi...Ulduz axtardım...Tapmadım...Öz-özümə donquldandım,onsuz onlar yerdədilər göydə niyə axtarıram ki deyə başımı aşağı saldım...Bu kəs lap aşağı...Lap.

Ağ-qara sevgi hekayəti və ya sevgililərin polemikası


Hər şey gözəl idi…Lakin o bir gün bunun baş verəcəyinə əmin idi.Həmişə qeyri-adi adlandırırdılar özlərini çünki standart sevgililərdə olduğu kimi bu etalon sualı bir-birilərinə verməmişdlər.Lakin son zamanlar opponentində narahatçılıq hiss edirdi və gözlənilənin bir gün qaçılmaz olduğunu anlayırdı.Gözəl günlərin birində həmin an gəlib çatdı…

Qız - Sən məni sevirsən?
Oğlan - Hə deyərdim...Amma sevgiyə inanıram.
Qız - Mən öyrətsəm necə?
Oğlan - Mən yaxşı şagird deyiləm.
Qız - Mən yaxşı müəlliməyəm.
Oğlan - Buyur :)
Qız - Nəylə əsalandırırsan fikirivi?
Oğlan - Sevgi sadəcə illuziyadır.Mən gözümnən görüb toxuna bilmədiklərimə inanmıram.
Qız - O zaman insani hissləri inkar edirsən?Hörmət,qorxu,istək,həyəcan...Bu hisslər demə ki səndə yoxdur.
Oğlan - Yox,var.
Qız - O hisslərə də toxuna bilmirsən.İnanmırsan bəyəm?
Oğlan - Mmm...Belə deyək də.İnanıram o hisslərə.Emossiyaları danmaq mümkün deyil,məhz bunlar insanı digər canlılardan fərqləndirir.
Qız - O zaman sevgiyə də inanmalısan.
Oğlan - Bilirsən,inanmıram deməyim düz olmaya bilər,hardasa və sənlə razıyam bu barədə.Əlində var sevgi,sadəcə sən şişirtdiyin kimi o qədər də böyük bir hiss deyil.Sevgi hər an yox ola və ya yenisi ilə əvəz oluna bilər.”Ülvi hiss” şüarı isə utopiyadır,illuziyadır və sadəcə.
Qız - Yox,niyə?İnsanlar sevgiyə həyatlarını veriblər,indi də olur bu cür hallar.Leyli və Məcnun,Romeo və Culietta pis misaldır bəyəm?
Oğlan - Burda dayan!İşdə elə burasındadır ki,sən sevgini kimlərinsə romantik fantaziyaları kimi qəbul edirsən...Sən sevgiyə öz gözlərinlə yox xəyalpərəst romantiklər Nizami,Füzuli və ya Şekspirin gözləri ilə baxırsan.Sən sevgini əslində heç zaman mövcud olmayan Leyli və Məcnun kimi dastanlarla qavrayırsan...Belə bir söz var,sevənlər arasında ülvi hiss o qədər nadirdir ki,bəşəriyyət min illiklər ərzində bir-iki əfasnə uydura bilib.İndi də sən həmin əfsanələrlə yaşayırsan.Sevgi mifdir bəyəm?
Qız - Yox.sevgi realdır,reallıqdır.
Oğlan - O zaman sevgi dedikdə nə üçün ağlına əfsanələr gəlir?
Qız - Sadəcə onlar sevginin mövcudluğuna sübutdur.
Oğlan - Miflərin,əfsanələrin əslində...
Qız - Nə demək istəyirsən,mifdir indi sevgi?
Oğlan - Bunu mən demədim.Sevgi deyərkən sənin ağlına ilk olaraq mif gəldi.O ki qaldı kimsə canını verib ya verməyib...Bu qərəzli fikirdir.Təbii həyatda hər cür hallar olur.Pişiyinin ölümünə də barışmayanlar olur...Amma sənə bir söz deyim,gəl reallığa baxaq.Əslində sevirik deyərkən insanlar (eləcə də sən) bir-birilərinə yumuşaq,yağlı sevgi oxşamaları döşəmək kimi anlayırlar.Sevgi budur bəyəm?Bax mən inanmıram deyərkən bu sevgini nəzərdə tuturdum.O qədər eşitmişəm ki “sən həyatımsan,hər şeyimsən,sənsiz yaşaya bilmərəm,ayrıldığımız gün ölərəm və.s.” tipli sözlər.Amma eee?Axırı nə oldu?Sevgi ki ülvi hiss idi?!Niyə yaşadılar o sözləri deyənlər,bu dəqiqə də xoşbəxtdilər.
Qız - Demirsən həyatda hər şey olur?!O sənin qarşına çıxanlar elə olub.
Oğlan - Biri,ikisi,üçü...Daha bir parad?Tək mənim yox,bir çoxlarının başına gəlib belə hallar.
Qız - Sevgini ucuzlaşdırırsan sən!
Oğlan - Sevgi baha idi ki?Blutuzla qurulan sevgilərdir baha?Yoxsa gecə gündüz çatda sevgili ovuna çıxmaq,elanlar verməkdir sevgini bahalaşdıran?Yoxsa skamyada bir-birinə dırmaşanların alovlu ehtiraslarıdır sevgini isidən və bahalaşdıran?Bu gün birinə sevirəm deyib bir il sonra unudub başqasına “səni çooox sevirəm” deyərkən baha olur sevgi?Əzizim,ucuzdur sevgi zatən.
Qız - Necə olur?!Sən ömürləri boyu bərabər,bir-birilərini sevən cütlüklər görməmisən?Danışıqların absurddur.
Oğlan - Var,danmıram.Amma onlarda sevgi yox bağlılıq olur.Sevgi nədir?Hə?
Qız - Sevgi hörmət,istək və ehtirasdır.
Oğlan - Ay sağol.Birinci deməli olduğuvu sonda dedin.Bax,bioloji cəhətdən heç bir ehtiras hissi keçirməyən 60 yaşlı inanlara necə sevir deyə bilərsən?O insanlar sadəcə öyrəşib,bağlanıblar.İtlə də 40 il yaşasan ona da öyrəşərsən.Sevgi ehtirasdır və o gözlənilməz,qeyri iradidir.Sən sevgiyə tam olaraq hisslə yanaşırsan amma mən sevgiyə müxtəlif rakurslardan baxıram,sevgiyə elm kimi yanaşıram.
Qız - Razı deyiləm.sevgi ehtirasdır deyirsən və sadəcə.İndi sənə bir sual verim.Yolda gördüyün hansısa cazıbədar,açıq-saçıq geyimli qınadığın tipli bir qıza da güclü ehtiras hissi keçirə bilərsən.Belə çıxır ki onu da sevirsən?Sevgini niyə bu qədər çirkləndirirsən axı…
Oğlan - Cavabım səni şaşırtmasın.Bəli bir anlıq sən onu sevirsən.Hisslərlə qəbul olunur sevgi lakin sonrası şüurlu şəkildə qavranılır,beyində analiz olunur,bura kriteriyalara uyuşma,xarakter və.s. daxildir.Amma ilk görərkən beyinə ötürülən siqnallar məhz adi məktəbdə ilk dəfə vurulduğumuz vaxt baş verən siqnallarla eynidir.Hər kəs ehtiras keçirdiyini sevir,bu ani olsa da.
Qız - Heç anlamıram.Sevgi necə ehtiras ola bilər?Ata,ananı sevmirsən?Ya torpağı,vətəni?
Oğlan - Canım,biz ata-ana sevgisindən danışmırıq axı.Biz qız-oğlan münasibətlərindən danışırıq.Birdə ki sevginin kateqoriyaları var.Hə,bir sual verim sənə,deyirsən sevgi ehtiras deyil və sairə…Ehtiras hissi keçirmədiyivi sevə bilərsən?
Qız - Yox.Ancaq hörmət hissi keçirmədiyim birini də sevə bilmərəm!Sözüm də odur ki,razıyam sevgi yarı ehtirasdısa da yarı hörmətdi.Ehtirassız sevgi yoxdusa hörmətsiz də yoxdur.Umumiyyətlə sevgi hisslərlə dərk olunan bir fəlsəfədir.
Oğlan - Sən elə hisslərlə dərk etməyə çalışdığın qədər anlamayacaqsan sevgini.Sevgini hisslərə buraxmaqdan əlavə arada düşünmək də laızmdır.Belədi ki hisslər də bioloji olaraq şüuru,mərkəzi sinir siteminə tabedir.Sadəcə insanlar özü özlərindən hiss və ağıl kimi kateqoroloji bölmələr qurublar.Yadıma belə maraqlı bir deyim düşdü…Deyirlər ki sevgi inanlara verilən fürsətdir,ağıllılar onunla xoşbəxt,ağılsızlar bədbəxt olur.Bax belə.
Qız - Bilmirəm artıq,heç nə haqda düşünmək istəmirəm.Danışıqların məndə şübhə oyadır.Bilmirəm artıq sonumuz nə olacaq.
Oğlan - Bəs sonsuzadək sevəcəkdin məni?!Tuta bilmədiyim yağış damcıları qədər sevirdin…Qəlbivə yazmışdın adımı…İndi gördün ki sevgini yalnız romantik,pafozlu sevgi kəlmələri,mesajları kimi anlayırsan?Və gördün ki sevgin sadəcə sözlər idi və bir anın içində sevgivin üstünə kölgə düşdü.
Qız - Bəli,ona görə ki hörmətsizlik görürəm səndən…Hörmət olmayan yerdə dediyim ki sevgi də yoxdur.
Oğlan - Bəhanədir.Hörmətsizlik…Hansı hörmətsizlik?Fikir bildirmək hörmətsizlik oldu?Bilirsən sən elə səni romantik poeziya ilə vəsf eliyən,dərdindən küçələrə düşəcək Qeys kimi sarsağ axtarırsan!Problem də budur,hörmətsizlik yox.
Qız - Sən də oyuncaq,Barbi.Hansı daha pisdir?
Oğlan - Bilmirəm amma böyük sevgi nümayəndəsi,sənin sevgivə beş dəqiqəyə şübhə saldımsa hansı böyüklükdən danışa bilərsən?Anladın ki ağılnan qiymətləndirilir…Bilirəm xoşuva gəlirəm amma danışıqlarım ağlında “bu axmaq nə danışır,atacaq səni bir gün” deyə ifadə yaranıb.
Qız - Nəysə,tək qalmalıyam...Uzaqlaşsaq yaxşıdı.
Oğlan - Düzdür,nəysə.Hərə sevgini bir cür anlayır.
Qız - Ya da anlamır.
Oğlan - Yaxşı müəllimə deyilmişsən..
Qız - Doğurdan da pis şagirdsən.
Oğlan - Əlini ver!
Qiz - Sənə inanmıram artıq!Getdim mən...
Oğlan - Böyük sevgi…

Deyərək pıçıldadı və qurduqları hər şeyin başına yavaş yavaş uçduğunu hiss edirdi.O sonunu belə gözləmirdi ancaq bəlkə belə yaxşıdır deyib üstündən keçmək istədiyi zaman sevgilisinin küləkdə üsyan edən ipək saçları,içini darmadağın edən gülüşü,onun ruhunu canından çox uzaqlara aparan baxışları hər şey,hər an yadına düşdü…Gözləri sarı yarpaqlarla dolu uzun yolun sonuna zillənmişdi…Çünki o yolun sonunda sevgisi yavaş yavaş gözdən itirdi…Hər iki mənada.Bu an yağış yağdı.Göylərdən yox gözlərindən…Qeyri iradi idi bu,isti damcılar yanağından qəlbinin dərinliyinə qədər süzülürdü sanki.Bu yerdə sevginin növbəti qurbanı tarixə düşdü.Öz özünə nəsə pıçıladadı yenə…

Xoşbəxtlik Formulu

 
Səni evdə gözləyən,qarşına isti çay qoyan,başını tumarlayıb,gecə yuxudaykən üstünü örtən insanlar varsa demək sən XOŞBƏXTSƏN!

Biz nəyə görə xoşbəxtliyi uzaqlarda axtarırıq?Bütün bunlar bizdə varkən,yanımızdaykən xoşbəxtsənmi sualına HƏ,MƏN XOŞBƏXTƏM deyə arxayınlıqla cavab vermirik,nədən?Biz beləyik...Öz əlimizdə olana dəyər vermirik.Bütün bunları sıradan,kiçik,adı bir hal sayırıq.Ancaq bu elə deyil!Bu adi dediyimiz hallar məhz xoşbəxtliyin özüdür!Əgər bunlar xoşbəxlik deyilsə xoşbəxtlik nədir bəs?

Xoşbəxtlik bizim solumuzdadır...O dayanmır...O döyünür!

Xoşbəxtlik evimizin içindədir...O hər gün evə gələrkən döydüyümüz qapını açır...Üzümüzdən öpür!

Xoşbəxtlik biz özümüzük,insan olmaq...!

Amma biz heç zaman bunların fərqində olmuruq,elə hey axtarırıq...Axtarırıq...Tapmırıq,çünki o elə özümüzdə idi.Biz günəş işığında çıraq axtarırıq sanki.Biz pərdə önündəkini onun arxasındakı pəncərə arxasında axtarırıq.Bir kapitanının uzağa,üfiqlərə köklənən,quru sahə arayan baxışalarını təsəvvür edək.Biz də həmin kapitan kimi xoşbəxtliyi uzaq üfiqlərdə axtarırıq,ancaq anlamırıq ki biz xoşbəxtliyimizin üstündə üzürük!

Ancaq biz ayılacayıq!Biz ovcumuza baxacayıq!Biz güzgüdəki əksimizə baxacayıq!Biz ətrafımıza baxacayıq!Biz xoşbəxtik!

Xoşbəxtliyimizi vaxtında görək ona sahib olaq və deyək “MƏN XOŞBƏXTƏM! Bu gün biz evə gələrkən xoşbəxtliyimizin qapısını döydük və o bizim üzümüzə açıldı...!

Tanrının Göz Yaşları

Axı mən siz belə yaratmamışdım.Sizə xəyanətkarlığı,saxtakarlığı,cinayəti,azqınlığı,rüşvəti,qeybəti,zülmkarlığı,müharibələri,alçaqlığı,pozqunluğu mən öyrətmədim axı...

Bu gün Tanrının səbr kasası dolmuşdu sanki.Çox qəzəblənmişdi.Öz yaratıqlarının dualarını qəbul etmirdi bir həftə idi ki...İçində nifrət yaranmışdı artıq özü yaratdığı insanlara.Sanki ona yönəlik duaların yalançı,saxta olduğundan üzülmüş,həvəsdən düşmüşdü.Səmalardan baxırdı...Min-bir fırıldaqdan sonra əl-ayağını yuyub namaz qılıb ona itaət edənlərə,min bir pozqunluqdan sonra kilsəyə gəlib dua edib sonra tüfeyli həyatını davam etdirənlərə,fırıldaqçı keşişlərə,mollalara,özlərindən başqa hamının səhv olduğunu düşünən büdpərəstlərə...Hammıya baxırdı...və insanların hətta quduraraq onu aldatmağa cəhd göstərməsindən şaşırmışdı,qəzəblənmişdi.Üzdə mələk obrazını yaradıb,Tanrıya ibadət göstərən,içlərini qurd yeyənləri,altdan xainlik,pislik,ev yıxanlıq edənləri çox yaxşı görürdü...Bəzən o insanlara bir sual vermək istəyirdi...Sən,səni yaradanı aldatmaq istəyirsən?Peşman idi...Bu xəyanətkar içi pislik,çirkinliklə dolu insanları yaratdığına görə.Düşünürdü,harada səhv etdiyini...Axı o insanları yaradarkən onları bu qədər azğın yaratmamışdı.Axı bunu mən etməmişəm!Axı nə üçün?Deyərək Tanrı düşünürdü.Amma cavab tapa bilmirdi və yer üzündəki bütün haqsızlıqlara,ədalətsizliklərə,pozqunluqlara görə özünü günahkar görməyə başlamışdı.İnsanları mən yaratmışamsa,onların içlərindəki yaxşılıqların da,pisliklərin də səbəkarı mənəm demək.Artıq səbrim çatmır.Neçə min illilərdir baxıram yaratıqlara,hər gələn əsrin daha müsbət olacağına,hər eranın yeni ədalətli başlanğıc olacağına inanırdım.Yox tək inamırdım.Həm də yaratdığım insanlara kömək edirdim,onlara işarələr göndərirdim,peyğəmbərlər göndərirdim...Hər dəfəsində bu dəfə daha yaxşı olar,insanlar,cəmiyyətlər dəyişər deyə düşünürdüm.Lakin onlar mənim istədiklərimi etmir,işarələrimə önəmsiz yanaşır,elçilərimi öldürürdülər...Əcəba düşünürdüm,mən ki bunlara şüur verdim.Nədən belə olsunlar?Bunlar mənim səhvimdir...!Artıq bütün ümidlərim ölüb,eralardı bu yaratıqlar düz yola gəlmirlər...Bəlkə bunları yaratdığım kimi məhv edim?!Hə?Ya yox?Deyə Tanrı tərəddüdlə öz-özündən soruşurdu.

Ancaq Tanrı insanları çox sevirdi.O özü də bilirdi ki insanları nə qədər istəsə də yox edə,məhv edə bilməz.Əks halda bu qədər zamanlar gözləməzdi,səbr etməzdi,mübarizə aparmazdı.Düzdür artıq mübarizə aparmır,yaxşılığa inamı itmişdi.Lakin məhv edə bilmirdi öz şah əsərini,insanları,yaşamı,dünyanı.Bir rəssam öz şah əsərinə hər dəfə necə baxıb fəxr edir,rahatlanırsa Tanrı da öz şah əsəri insanlarla daima fəxr edirdi...Lakin son həddin çatdığını özü də bilirdi.Sanki bıçaq sümüyə dirənmişdi...Qərar verməli idi.Bu cür davam edə bilməzdi.Son illərdir ona dua edənlər xeylaq azalmışdı,üstəlik edilən dualar arasında bəd duaların,başqasının pisliyinə yönəlik duaların sayı armışdı və bu Tanrıya inciklik vemişdi.Artıq insanlar arasında ona müharibə elan edənlərə belə baxıb təəccüblənmirdi.Bu satanistlər,ateistlər...Mən sizə görə utanıram!Özümü qınayıram,çox qınayıram.Ama sizi bir yandan başa düşürəm...Bu ədalətsizlik,özbaşınalıq,çirkinliyə görə məni suçlayırız.Amma dərk edə bilmirsiz ki o sistemi yerdə elə sizin özünüz qurmusunuz,mən sizi o cür azqın məxluq kimi yaratmadım.Bəzən siz tutduğunuz əşayanın əlinizdə olmasını unudub bütün evi gəzərək onu axtarırsınız...Bu da elə...Siz yerdə qurduğunuz ədalətsiz sistemin suçunu öz içinizdə,yerdə yox,göylərdə məndə axtarırsınız!Axı mən demədim bir-birinizin qanını için! Mən necə sizin kimi yaradılışlar yaratdım?Şüursuz yaratdığım heyvanlar belə məni pərişan etmədi...Yaratdığım bitkilər məni üzmədi...Axı mən tamam başqa cür düşünürdüm siz haqda,sizi belə görmək istəmirdim...Oysa bu pislik haradan gəlir,haradan qaynaqlanır axı?Yox!Mən hardasa səhvə yol vermişəm!Yaxud da eralardı insanlar arasından çıxan liderlərə,hökmranlara baxıram.Sizi kim bu qədər ədalətsiz etdi axı?Müxtəlif toplumları idarə edən bəylər,xanlar,fironlar,padşahlar,imperatorlar,vəzirlər,krallar,knyazlar,çarlar və prezidentlər.Aralarında yaxşıları pislərin yanında bir damladır.Nədən belə oldu?İnsanlar nədən pisə,çamura,qaranlığa,haqsızlığa yanadır.Mən onlara hakimlik verdim,amma onlara get hakim olduğun kütləni çap demədim.Sizin eradan öncə fironların qullara piramida tikdirməsi,onlarla vəhşicəsinə rəftarının çağdaş formasını bu gün bürokratlar bir çox ölkələrdə vətəndaş cəmiyyətinə qarşı tətbiq edir.Sadəcə forma dəyişib,mahiyyət və nəticə eynidir...Qəddarlıq,özbaşınalıq,süründürməçilik...Hətta ən çağdaş zaman adlandırdığınız bu əsrdə belə politik idarəçilik zamanı dünyanın yarısından çoxu despotik hakimiyyətdə yaşayırlar.İnsanların əllərində hakimiyyət olunca cildləri,içləri dəyişdi.Sanki buna çatınca beyinlərinə “çox qazan,çox topla,çoz zülm et,daha çox...”şəklində impulslar daxil oldu.Hakim insanların əksəriyyəti harın,qudurğan,yoğun,özbaşına,sui istifadəçilər oldu.Artıq dözə bilmirəm bu haqsızlığa...Sadə insanlardan mənə çox suallar gəlir...Niyə İlahi?Tanrı,bizim günahımız nə idi ki sən bizi belə yaratdın?Mən o sadə,yazıq insanlara da yol açdım yüksəyə,hakimiyyətə qədər qaldırdım çoxlarını...Lakin onlar da çox keçməmiş öz keçmişlərini unudurdu və...Yox mən hardasa kobud səhv etmişəm,insan psixikasında...Onları hakimiyyətə gələndən sonra kontrol etmək mümkün olmur.

Bəli.Tanrı bu gün elə yalnız öz-özüylə danışır,suallara cavab tapmağa çalışırdı.Yox edim bu sivilizasiyanı?Yoxsa boş buraxım?Zatən bunlar o qədər harınlayıb ki düzəldə də bilmirəm.Onsuz bilirəm,bu da digər cəhdlərim kimi boşa çıxacaq.Hmm...Bəlkə əllərini ləğv edim bunların?!Oğurluq etməzlər,bir-birlərinə silah qaldıra bilməzlər...Bəlkə dillərini də?!Bir-birlərini təhqir edib,alçalda,qeybət edə bilməzlər...Bəlkə cinsiyyət orqanlarını da?!O zaman zorakılıq və pozqunluq kimi hallar da olmaz.Bədənləri ilə alver edə bilməzlər,satılıb-alına bilmzələr...Bəlkə gözlərini də?!Onsuz onlar mənim verdiyim işığı görmür,zülmətə qaçırlar...Dözə bilmirəm artıq,bu son həddi.

Tanrı neçə gün idi ki həm də qəhərlənmiş,kövrəlmişdi.Suallar onu rahat buraxmır,son qərarı verə bilmirdi.Birdən gözlənilmədən sivilizasiya,yaşam,təbiət,canlılar yaranandan bu yana heç zaman baş verməyən bir hadisə baş verdi.Bu inanılmaz idi...Bu yaradılışdan bu günə qədər baş verməyən bir hadisə idi...Bu sanki möcüzə idi...Tanrı hönkür-hönkür ağlamağa başladı...Hıçqırıqlarını gizlətmirdi...Gözlərindən yaş dayanmaq bilmirdi,göz yaşları coşmuş,qaynamışdı sanki.Üsyan edirdi...Tanrı elə hey ağlayırdı...

Bu hadisə ilə paralel yer üzündə anormal,qəribə olaylar baş verirdi.Dünya ölkələri bir-birinə dəymişdi.Bütün prezidentlər canlı yayında öz vətəndaşlarına səslənir,fövqəladə vəziyyət elan olunurdu.Bütün ünlü təşkilatlar NATO,BMT,AŞ,MDB hamısı xüsusi,növbədən kənar iclaslar keçirir,qərarlar verir,vəziyyətədn çıxış yolu axtarırdılar...İnsanlar təlaş içində idi...Yer kürəsi,bütün planet bu cür halla rastlaşmamışdı heç zaman.Statistiklər tozlu arxivlərdə eşələnir,bu cür halın nə vaxtsa olub-olmadığını araşdırmağa çalışırdılar...Olliqarxlar,şeyxlər özlərini itirmişdilər...Sinoptiklər çaşıb qalmışdılar...Anlitiklər rəy verməyə çətinlik çəkir...Politoloqlar və müğənnilər isə bu haray-həşirdə heç kimin yadına düşmürdü.Bu misli görünməmiş bir hadisə idi...Bu əsl fəlakət idi!Dünyanın hər bir nöqtəsinə eyni anda leysan yağışlar yağırdı.Dünyanın bütün kanalları xüsusi xəbər buraxılışları ilə efirdə idilər.Durmadan 10 dəqiqə yağan leysan bir çox sahilyanı şəhərləri su altında qoymuşdu.Təhlükə qaçılmaz idi...Telekomunikasiya,elektrik xətlərində güclü nasazlıqlar yaranırdı.Bir azdan dünyanın bütün nöqtələrində elektrik enerjisi verilişi dayandı,mobil operatorlar,internet şəbəkəsi tam fəaliyyətini dayandıraraq iflic oldu.Küçələrdə heç bir texnika hərəkət etmirdi,uçaqlar və gəmilər radarlardan itmişdilər,metro stansıyalarının içinə yüksək təzyiqlə su axını axırdı.Düz 30 dəqiqə idi ki leysan bütün planetə eyni anda yağırdı.Dünya bazarının fəaliyyətini dayandırması xəbəri isə CNN in son xəbəri oldu və tranlassiya kəsildi.Leysan səngimirdi...Küçələri leysan aparmağı azmış kimi okeanlarda,dənizlərdə,çaylarda,göllərdə eyni zamanda suyun səviyyəsi hər saniyə artırdı.45 dəqiqə sonra Avstraliya materiki,Avrasiyanın Doğu,Batı,Orta hissələri,Amerika və Afrikanın yarıdan çoxu suyun altında qaldı.Ancaq su kütlələri dayanmaq bilmirdi...Daha bir saat sonra yer üzündə ən hündür dağların ən uca zirvələrinin başlarından başqa bir şey görünmürdü.Sivilizasiya tamamilə suyun altında qaldı...Bir neçə saat sonra yavaş yavaş ordan-burdan arada bir maşın,qayıq və.s. çıxırdı...Belə,qoca dünya,kainat su altında qaldı...Gözlənilmədən,anidən.İndi qlobusda əksinə baxdığımız planetdən əsər əlamət yox idi,o başdan ayağa suyun içində idi,quru sahə qalmamışdı.

Tanrı isə daha ağlamırdı.Göz yaşlarını siləndən sonra gördüyü mənzərənin təsirindən donub qalmışdı...Necə yəni?Bunu mən etdim?Mənim şedevr əsərim...Kainat...İnsanlar...Bağışlayın məni! Artıq gec idi...İş-işdən daha doğrusu su insanlıq,yer üzündən keçmişdi.Tanrı bunu istəmədən etdi,eralardı yığdığı qəzəbi,kədəri göz yaşları ilə boşaltdı ilk kəs...və bu dünyanın son kəsi oldu.Tanrının son zamanlar zidiyyətli olan fikirləri lap kəskinləşmişdi.İnsanları yaratdığına görə peşman idi öncələr lakin indi onları məhv etdiyinə görə də peşman olmuşdu.Öz-özünə dedi...Artıq mən Tanrı deyiləm!İnsanlıq,mənə sitayiş edənlər,bir sözlə bəşəriyyət yoxdursa bəs kimin,nəyin Tanrısıyam?Əgər tabe olan yoxdursa tabe edən də yoxdur!Övlad yoxdursa ata da yoxdur!Şer yoxdusa şair də yoxdur!

Su altında qalmış qoca planetə tamaşa edirdi Tanrı...Düşünürdü...Yeni ədalətli sistemə söykənən,ideal,təbii haqq qanunlarla işləyən,daha kamil bir yeni kainat,yeni yaradılışlar yaratmaq haqda baş sındırırdı...Köhnə dünyaya bənzəməyən...TAM YENİ BİR DÜNYA...!